reklam
Regionxeberlericom.az » Siyasət » «ONLARI DƏSTƏKLƏMƏK BAHA BAŞA GƏLİR…» – Tramp Suriya kürdlərindən üz çevirdi

reklam

«ONLARI DƏSTƏKLƏMƏK BAHA BAŞA GƏLİR…» – Tramp Suriya kürdlərindən üz çevirdi


Oktyabrın 7-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp Amerika ordusunun Suriyanın şimalından çıxarılması barədə öz administrasiyasının qərarını bunula əsaslandırıb ki, kürdlər başda olmaqla, bölgədə «Suriya demokratik qüvvələrini» (SDQ) dəstəkləməkdə davam etmək «çox baha başa gəlir».

«Kürdlər terrorçularla (İD, İQİL) mübarizədə bizimlə birlikdə döyüşdülər, ancaq bunun üçün onlara nəhəng məbləğlərdə pul ödədik və onları hərbi texnika ilə təchiz etdik. Onlar on illərdir ki, Türkiyə ilə döyüşürlər» – deyə, Tramp özünün «Tvitter» səhifəsində yazıb.

«Türkiyə, Avropa, Suriya, İran, İraq, Rusiya və kürdlər indi vəziyyəti özləri aydınlaşdırmalıdırlar» - deyə, Ağ Evin sahibi fikrini belə tamamlayıb.

Xəbər verildiyi kimi, bu ərəfədə, oktyabrın 6-da ABŞ və Türkiyə prezidentləri telefon danışığı aparblar. Danışığın nəticəsində məlum olub ki, ABŞ ordusu Suriyanın şimal-şərqində öz iştirakına son verir və faktiki olaraq, Suriya üsyançı kürdlərini Türkiyə ordusu ilə təbətək qoyur.

Türkiyənin hərbi-siyasi rəhbərliyi bundan əvvəl bəyan etmişdi ki, yaxın vaxtlarda Suriya ərazisində başlanacağı gözlənilən əməliyyatı Ankara müstəqil olaraq həyata keçirəcək və ərazidə «təhlükəsizlik zona»sını özü yaradacaq.


Paylaş:


Müəllif : Tarix:
8-10-2019, 09:12
Sikayət   


loading...
Загрузка...