reklam
Regionxeberlericom.az » Siyasət » İstefadan imtina edib, sona qədər mübarizə aparacağını dedi

reklam

İstefadan imtina edib, sona qədər mübarizə aparacağını dedi

















Cənubi Koreya Prezidenti Yun Sok Yol sona qədər mübarizə aparmaq niyyətində olduğunu açıqlayıb.

“Yonhap” agentliyi xəbər verir ki, o bu haqda barəsində dövlətə xəyanət və qiyam ittihamı ilə bağlı aparılan araşdırmaya dair danışarkən deyib. 

Sol vətəndaşlara müraciətində könüllü olaraq istefa verməkdən imtina etdiyini bildirib. Onun sözlərinə görə, ötən həftə hərbi vəziyyəti xalqın qorunması və dövlət işlərinin normallaşdırılması üçün tətbiq edib. 

Prezidentin fikrincə, hərbi vəziyyətin tətbiq edilməsi barədə qərarı qiyam hesab etmək olmaz, çünki o, bununla ölkəni müdafiə etməyə çalışıb.

Qeyd edək ki, Cənubi Koreya müxalifəti dekabrın 14-də prezidentin impiçmenti ilə bağlı yeni təklifi səsverməyə qoymaq istəyir. 

Onu da xatırladaq ki, Cənubi Koreya prezidenti dekabrın 3-də ölkədə hərbi vəziyyət elan edib. Bundan sonra orduya paytaxta daxil olmaq və parlamenti mühasirəyə almaq əmri verilib. Lakin parlamentdə səsvermə ilə bütün bu qərarların ləğvi barədə qətnamə qəbul edilib. Hərbi vəziyyətin ləğv edilməsinə isə 190 deputat səs verib.

Yun Sok Yol hərbi vəziyyət rejimi ilə bağlı qərarını Şimali Koreyayönümlü qüvvələrdən müdafiə olunmaq istəyi ilə izah edib. Cənubi Koreya parlamenti prezidentə qarşı impiçment elan edə bilməsə də, hakim partiya dövlət başçısının istefasının qaçılmaz olduğunu hesab edir.





Paylaş:


Müəllif : Tarix:
12-12-2024, 11:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər