“Seçki baş tutub” - Gürcüstan MSK
Gürcüstanın Mərkəzi Seçki Komissiyası parlamentdə keçirilən prezident seçkilərini baş tutmuş hesab edib.
TASS xəbər verir ki, bu barədə məlumatı brifinqdə Gürcüstan MSK-nın nümayəndəsi Natiya İoseliani açıqlayıb.
Onun sözlərinə görə, 300 nəfərlik seçici kollegiyasının üzvlərinin yarıdan çoxu artıq seçkidə iştirak edib və bu səbəbdən də, prezident seçkisi baş tutub:
“10:30-a qədər prosesdə seçici kollegiyasının artıq 170 üzvü iştirak edib. Buna müvafiq olaraq, seçki baş tutub. Çünki kollegiyanın tam tərkibinin yarıdan çoxu artıq səs verib”.
İoseliani, həmçinin xatırladıb ki, səsvermə 14:00-a qədər davam edəcək, bundan sonra isə MSK səslərin hesablanmasına başlayacaq.
Xatırladaq ki, bu gün Gürcüstanda prezident seçkiləri keçirilir. Parlamentdə təşkil edilən seçki 14:00-da başa çatacaq. Prezidentliyə yeganə namizəd isə deputat, Gürcüstanın futbol üzrə yığma komandasının keçmiş hücumçusu Mixail Kavelaşvilidir.
Ölkədə prezident ilk dəfə olaraq birbaşa ümumxalq səsverməsi ilə seçilmir.
Belə ki, Gürcüstan Konstitusiyasına yeni düzəlişlərə əsasən, yeni prezident deputatlardan və yerli özünüidarə orqanlarının nümayəndələrindən ibarət 300 nəfərlik seçici kollegiyası tərəfindən 5 illik müddətə seçiləcək. İlk turda səslərin üçdə ikisini qazanan namizəd qalib gəlmiş hesab olunacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-12-2024, 13:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər