Kadırovun bu hərəkəti Putini özündən çıxartdı – Yerinə başqasını axtarır...
Çeçenistan rəhbəri Ramzan Kadırov ilə Rusiya prezidenti Vladimir Putin arasındakı münasibət gərginləşməyə başlayıb. Çünki o, verdiyi vədi yerinə yetirə bilmir.
Bu barədə rus “Telegram” kanallarında məlumat yayılıb.
Belə ki, Kadırov Suriya höküməti ilə razılığa gələcəyini və bu ölkədə Rusiyanın hərbi mövcudluğunu saxlayacağına zəmanət verib. Ancaq həmin zamandan bu günə qədər heç bir dəyişiklik nəzərə çarpmır. Eyni zamanda danışıqlardan sonra Rusiya mənfi mövqe əldə edib. Buna baxmayaraq, Almaniya, Fransa, hətta Ukraynanın xarici işlər naziri də Dəməşqə səfər edib. Belə vəziyyət səbəbindən Suriya hakim dairələrində Rusiya üçün mürəkkəb, qeyri-rəsmi ünsiyyət hökm sürür. Rusiya Suriyanı tamamilə tərk etməli olduğunu artıq qəbullanıb.
Türkiyə prezidenti R.T.Ərdoğan da işə qarışıb. O, Suriyanın yeni hakimiyyət orqanlarına legitimlik təmin etmək üçün çalışır. Digər bir məlumata əsasən, Vladimir Putin “Heyyət Təhrir-Əş-Şam”la danışıqlar üçün başqa vasitəçilər axtarışına çıxıb. Lakin Putin hələlik Kadırovdan daha yaxşısını tapa bilməyib.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-01-2025, 22:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər