reklam
Regionxeberlericom.az » Siyasət » Trampa bunu təklif etdi

reklam

Trampa bunu təklif etdi


















Kanadanın Ontario əyalətinin baş naziri Duq Ford Alyaskanın ABŞ-dən alınmasını təklif edib.

Bu barədə “CTV News” məlumat yayıb.

Belə ki, siyasətçi ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Kanadanın Amerikanın bir hissəsi ola biləcəyi ilə bağlı bəyanatını şərh edib.

“Bilirsinizmi, mən prezident Trampa əks təklif etmək istəyirəm: Gəlin biz Alyaskanı alaq?” - deyib.

Siyasətçinin sözlərinə görə, ona əlavə olaraq ölkəyə Minnesota və Minneapolisi də əlavə etmək olar. Ford Kanadanın ABŞ-yə daxil olmasının qeyri-mümkün olduğunu vurğulayıb. Baş nazir ümidvar olduğunu bildirib ki, iki dövlət dünyaya ən güclü, ən firavan və varlı olduqlarını sübut edə biləcəklər.

Qeyd edək ki, bundan əvvəl Tramp Kanadanın Baş naziri Castin Trüdonun gözlənilən istefasını elan etməsindən sonra ölkəsini 51-ci ştat olaraq ABŞ-yə qoşulmağa dəvət etmişdi.




Paylaş:


Müəllif : Tarix:
Dünən, 20:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər