Zurabişvili Trampın andiçmə mərasimi üçün ABŞ-yə səfər edəcək
Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Cənubi Karolinadan olan respublikaçı konqresmen Co Vilsonun dəvəti ilə Donald Trampın andiçmə mərasimi üçün ABŞ-yə gedəcək.
Bu barədə Zurabişvili Tbilisidə yeni ofisində keçirdiyi brifinqdə bildirib.
“Bilirsiniz və mən bu gün təsdiq edirəm ki, mən prezident Trampın inauqurasiyasına gedirəm. Co Vilsonun dəvəti ilə Vaşinqtona gedirəm. Bilirsiniz ki, bu inauqurasiyaya dəvətin müxtəlif variantları var. bunun üçün, yeri gəlmişkən, heç kim pul ödəmir. Əgər belə olsaydı, inauqurasiyaya dəvət üçün bu məbləğləri ödəməyə məndən çox adamın imkanı var“, - keçmiş prezident bildirib.
Zurabişvilinin sözlərinə görə, onun Vaşinqtonda yüksək səviyyəli görüşləri olacaq.
Qeyd edək ki, dekabrın sonlarında Vilson “X”də yazıb ki, o, Gürcüstanın yeganə qanuni lideri kimi Zurabişvilini Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə dəvət edir.
Xatırladaq ki, dekabrın 29-da Gürcüstan parlamentində altıncı Prezident Mixeil Kavelaşvilinin andiçmə mərasimi keçirilib. O, dekabrın 14-də Seçicilər Kollegiyası tərəfindən beş illik müddətə seçilib. Bu, Gürcüstan prezidentinin ilk dolayı seçkiləri olub. İnauqurasiya ilə paralel olaraq, Zurabişvili prezident iqamətgahının həyətində tərəfdarları ilə danışıb və onu tərk etdiyini, lakin siyasi mübarizəni davam etdirəcəyini bildirib. Zurabişvili oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrini tanımır və özünü yeganə legitim prezident hesab edir.
Paylaş:
Müəllif : Fuad
Tarix:Dünən, 21:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər