reklam
Regionxeberlericom.az » Siyasət » Putin Trampla danışıqlarda Ukraynadan nə tələb edəcək? – TƏFƏRRÜATLAR

reklam

Putin Trampla danışıqlarda Ukraynadan nə tələb edəcək? – TƏFƏRRÜATLAR



















Rusiya lideri Vladimir Putin ABŞ-ın yeni prezidenti Donald Trampla qarşıdakı danışıqlarda Ukraynadan NATO ilə hərbi əlaqələri qəfil kəsməyi və məhdud orduya malik neytral dövlətə çevrilməsini tələb edəcək.

Lent.az-ın məlumatına görə, bu barədə “Bloomberg“ öz mənbələrinə istinadən yazır.

Qeyd olunur ki, Putin Ukraynadakı döyüş meydanında öz üstünlüyünə getdikcə arxayınlaşır. Buna görə də o, Kiyevin heç vaxt NATO-ya qoşulmaması və onun hərbi potensialına məhdudiyyətlər qoyulması məqsədinə çatmaq niyyətindədir.

"Yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi zədələnib" - PREZİDENT MÜSAHİBƏ VERDİ

İsraillə Türkiyə arasındakı münasibətlərdə ciddi böhran: onların ortaq maraqları da var - İDDİA

Şimali Qafqaza PUA HÜCUMU: "AZAL"ın təyyarəsi "Pantsir-S1" raketi ilə vurulub? - ARAŞDIRMA

“Kremlin mövqeyi ondan ibarətdir ki, ayrı-ayrı NATO üzvləri ikitərəfli təhlükəsizlik razılaşmaları əsasında Ukraynaya silah tədarükünü davam etdirə bilsələr də, bu silahlar Rusiyaya qarşı və ya əraziləri ələ keçirmək üçün istifadə edilməməlidir”, - Moskvanın mümkün danışıqlara hazırlığından xəbərdar olan mənbə nəşrə bildirib.

“Bloomberg“ qeyd edir ki, Ukrayna bu cür sərt tələbləri mütləq bəyənməyəcək. Putinin mövqeyi həm də Trampın müharibəyə tez bir zamanda son qoymaq istəyi ilə ziddiyyət təşkil edir və ola bilər ki, Moskvaya danışıqlarda sərbəstlik vermək məqsədi daşıya bilər. Bu arada, Rusiyanın Ukraynanın şərqindəki irəliləyişi ləng gedir və baha başa gəlir.

“Bloomberg”in mənbəyi həmçinin iddia edir ki, Ukrayna və Rusiya Qətərdə nüvə obyektlərinin hücumdan qorunması qaydaları ilə bağlı məhdud danışıqlar aparır.

Eyni zamanda, adının açıqlanmasını istəməyən Ukrayna rəsmiləri iddia edirlər ki, Kiyev və Moskva arasında yeganə danışıqlar əsirlərin mübadiləsi və uşaqların qaytarılması ilə məhdudlaşır.

Rusiya həmçinin danışıqlarda Krım yarımadası da daxil olmaqla, Ukraynanın işğal olunmuş ərazisinin demək olar ki, 20 faizi üzərində ən azı faktiki nəzarətin saxlanmasını tələb edəcək. Baxmayaraq ki, “Bloomberg”in iddiasına görə,  guya “Moskva ərazilərin mübadiləsinə açıqdır”.

Gələcək ABŞ lideri və onun yüksək səviyyəli köməkçiləri, xüsusilə NATO-ya üzvlük yolu ilə Ukrayna üçün məcburi təhlükəsizlik təminatlarına çox az həvəs göstərsələr də, Tramp düşərgəsindəki bəziləri güclü mövqedən danışıqlar apara bilmək üçün Kiyevi dəstəkləmək üçün mübahisə etdilər.

Nəşr xatırladır ki, Ukraynanın ən böyük narahatlığı hərbi əməliyyatların dayandırılmasının Rusiyanın yenidən toplanaraq növbəti hücuma keçməsinə imkan verməsidir. Bu səbəbdən Ukraynanın Qərb silahlarına və kifayət qədər böyük ordusuna ehtiyacı var.

Putin bundan əvvəl demişdi ki, istənilən sülh sazişi İstanbul razılaşması deyilən sazişə əsaslanmalıdır. Sənədin 2022-ci ilin yazından olan son layihəsinə görə, o, Ukraynada xarici qoşunların yerləşdirilməsi, birgə təlimlər və Kiyevin hər hansı xarici hərbi ittifaqlara üzvlüyünü qadağan edir.

Keçən il Amerika mediası bu sənədlərin təfərrüatlarını yaymışdı, qeyd edilirdi ki, xarici silahlar, o cümlədən raketlər Ukrayna ərazisinə buraxılmamalıdır. Xəbərdə bildirilirdi ki, tərəflər hələ də bəzi məsələlərdə, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin sayına qoyulan məhdudiyyətlərlə bağlı fikir ayrılığına malikdirlər.

Rusiya Ukrayna Silahlı Qüvvələrinin sayını 85 min nəfər və 342 tankla məhdudlaşdırmaqda, eləcə də Ukrayna raketlərinin uçuş məsafəsini 40 kilometrə qədər məhdudlaşdırmaqda israr edir, Ukrayna isə 250 min nəfərlik ordu və 800 tank, 280 kilometrlik raket məsafəsi istəyir.

 




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 12:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər