Maduro Bakıya pul istəməyə gəlir - əliboş qayıdacaq?
Venesuela prezidenti Nikolas Maduro oktyabrın 21-də Azərbaycana səfər edəcək. Azərbaycan Venesueladan Qoşulmama Hərəkatına sədrliyi qəbul edəcək.
Bununla əlaqədar oktyabrın 21-26-da Bakıda təşkilata üzv dövlətlərin başçılarının zirvə toplantısı keçiriləcək.
“Yeni Müsavat” yazır ki, uzaq Latın Amerikası ölkəsi olan Venesuelanın lideri Nikolas Maduronun Bakıya nəzərdə tutulan səfəri kifayət qədər maraq doğurur. Bu maraq heç də Qoşulmama Hərəkatının toplantısı ilə əlaqəli deyil.
Söhbət dünənə qədər kataklizmlər yaşayan, etiraz aksiyalarının cəngində olan, ABŞ, Fransa, İngiltərə kimi dövlətlər tərəfindən yeni prezidenti elan edil2ən ( Xuan Quaydo), lakin qanuni prezidenti devrilməyən, ağır iqtisadi sanksiyalarla üzləşən, yoxsulluq, səfalət içində olan Venesueladan gedir.
O Venesuela ki, indi daha çox demokratiyaya deyil, iş və çörəyə ehtiyacı var. Bu mənada Maduronun regiona səfəri mühüm əhəmiyyət kəsb edir.
Onun ölkə iqtisadiyyatını reanimasiyadan çıxarmaq üçün kapitala ehtiyacı olduğu, Azərbaycandan növbəti dəfə maliyyə yardımı istəyəcəyi proqnozlaşdırılır.
Azərbaycan isə Maduroya səxavətli təəssüratı bağışlamış ölkədir. Nədən ki, Venesuelaya bir neçə milyon dollar yardım etdiyimiz iddiaları səsləndirdi.
Doğrudur, bu ilin yanvarında Maliyyə Nazirliyi Venesuelaya pul verməyimizi təxəyyül məhsulu adlandırmışdı. Bununla belə, OPEC ölkələrindən olan Venesuelanın liderinin Bakı səfərində əhalisinin ağır iqtisadi vəziyyətinə görə kömək istəyəcəyi istisna edilmir.
Sentyabrın 25-də isə Rusiya prezidenti Vladimir Putin Moskvada venesuelalı həmkarı Nikolas Maduro ilə görüşüblər. Rusiya Maduronun azsaylı müttəfiqlərindəndir. ABŞ və dünyanın 50-dək ölkəsi onu qanuni lider kimi tanımır. Venesuelanın ağır iqtisadi və siyasi böhran içində olmasına baxmayaraq, Moskva Maduroya səxavətlə kredit ayırıb.
Nə Putin, nə də Maduro hansısa maliyyə yardımı haqda danışıb. Ancaq Putin deyib ki, Rusiya indiyədək Venesuelaya 4 milyard dollar sərmayə qoyub.
Putin Maduroya deyib ki, Rusiya bu ölkədə siyasi böhrandan çıxış yolu tapmaq üçün hökumətlə müxalifətin dialoqunu dəstəkləyir.
Rusiyanın Interfax agentliyinin yaydığı xəbərə görə, Rusiya bu il Venesuelaya 600 min buğda göndərməyi planlaşdrır. Bu səfərdən bir gün öncə ABŞ prezidenti Donald Tramp BMT-dəki çıxışında Maduronu pisləyib.
Venesuela müxalifəti bildirib ki, Norveçin vasitəçilik etdiyi dialoq başa çatıb. Bundan altı həftə öncə isə Maduro hökuməti ABŞ-ın Karakasa sanksiyaları sərtləşdirməsinə etiraz olaraq danışıqlarda iştirakını dayandırmışdı.
İqtisadçı-ekspert Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Venesuelada iqtisadi vəziyyət həqiqətən də ağırdır: “Ölkədə hiperinflyasiya gedir, mal və məhsul çatışmazlığı var, ciddi problemlərlə qarşı-qarşıya qalıb. Eyni zamanda, Maduronin siyasi hakimiyyətinin gələcəyi barədə özünün şübhələri var. Ona görə inanmıram ki, Azərbaycan böyük məbləğdə Venesuelaya maliyyə yardımı ayırsın” .
N.Cəfərli bundan qabaq Azərbaycanın yarım milyard dollar yardım etməsi haqda yayılan iddialara da inanmır: “Maliyyə Nazirliyi də təkzib eləmişdi, mən də inanmıram ki, hökumət onlara bu qədər yardım eləsin. İndi Maduro Bakı səfərində ola bilər ki, kömək üçün müraciət etsin.
Amma Azərbaycan hökuməti onlara maliyyə verməz. Çünki Qərb və Amerika ilə əlaqələr gərginləşə bilər. Bu da Azərbaycanın marağında deyil. O səbəbdən Venesuelaya maliyyə dəstəyi ehtimalı sıfıra bərabərdir".
Qeyd edək ki, Nikolas 2013-cü ilin martından prezidentdir. 2018-də daha 6 illik prezident seçilib.
O, gəncliyində rok qrupunda ifaçılardan olub, sonra Kubaya gedərək orada təhsilini davam etdirib. Geri qayıdanda paytaxt Karakasın bələdiyyəsində avtobus sürücüsü işləyib.
...Amma Nikolas hakimiyyəti tam əldə saxlaya bilməyib, 2015-ci ildəki parlament seçkilərində uduzur və üstünlük müxalifətə keçir. Qarşıda isə növbəti seçki var: 2020-ci ildə Venesuelada parlament seçkiləri olacaq. Amma seçkiyə il yarım qalmış Venesuela qarışıb, Maduro ilə müxalifət lideri - spiker Xuan Quaydonun tərəfdarları arasında toqquşmalar yaşanıb. Hazırda etirazlar səngiyib.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-10-2019, 09:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-10-2019, 09:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16