Kremlin "qara günləri" indi başlayır - BELƏ DAVAM EDƏRSƏ...
Çin və Hindistan mart ayı üçün nəzərdə tutulmuş Rusiya neftinin alışını ABŞ sanksiyalarına məruz qalmayan tankerlər üçün fraxt xərclərinin artması səbəbilə dayandırıb. Bu barədə Reuters ticarətçilərə istinadən məlumat yayıb.
Ticarətçilərin sözlərinə görə, Rusiyanın ESPO xam neftinin ICE Brent markasına nisbətən barrelinə olan əlavəsi $3–5 artıb, Çinə marşrut üzrə Aframax tipli tankerlərin fraxt tarifləri isə "bir neçə milyon dollar" yüksəlib.
Yanvarın 10-da ABŞ Rusiyanın enerji sektoruna "ən ciddi sanksiyalarını" tətbiq etdi. Bu tədbirlər "Qazprom Neft", "Surqutnefteqaz", onların törəmə şirkətləri və Vaşinqtonun Moskvanın yanacaq daşınması üçün "kölgə donanması" kimi qiymətləndirdiyi 180-dən çox gəmiyə şamil edildi. Nəticədə, Çində və Hindistanda neft emalı zavodlarının Orta Şərq, Afrika və Amerika kimi regionlardan idxalı artırması gözlənilir ki, bu da yanacaq və fraxt xərclərinin artmasına səbəb ola bilər, Reuters vurğulayıb. Bildirilir ki, bəzi Çin və Hindistan idxalçıları sanksiyalara məruz qalmış tankerləri qəbul etməkdən imtina ediblər.
2024-cü ildə Hindistanın neft idxalının 36%-i, Çinin isə idxalının təxminən beşdə biri Rusiyadan asılı olub. Hindistanın Neft və Təbii Qaz Nazirliyinin müavini Pankaj Ceyn qeyd edib ki, ABŞ Rusiyadan olan neft tankerlərinin 27 fevraladək boşaldılmasını və yeni sanksiyalar çərçivəsində ödənişlərin 12 martadək tamamlanmasını tələb edib. Reuters əlavə edib ki, Çində gəmilər yanacağın boşaldılmasında gecikmələrlə üzləşirlər.
Rusiya Qərb sanksiyalarını qanunsuz hesab edir və onların ləğvini tələb edir. Kremlin sözçüsü Dmitri Peskov ənənəvi yanacaq təchizatı marşrutlarının dayandırılmasını mümkün olmadığını bildirib. "Bir yerdə nəsə bağlanarsa, başqa yerdə alternativ marşrut açılır," deyə Peskov qeyd edib və Moskvanın ABŞ məhdudiyyətlərinin təsirlərini minimuma endirmək üçün variantlar axtaracağını vurğulayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:Dünən, 08:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər