reklam
Regionxeberlericom.az » Siyasət » “Torpaqlarımızı dəyişə bilərik” - Zelenskidən maraqlı təklif

reklam

“Torpaqlarımızı dəyişə bilərik” - Zelenskidən maraqlı təklif

















Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Rusiya ilə birbaşa ərazi mübadiləsinə hazır olduğunu açıqlayıb.

Bu barədə Zelenski “The Guardian”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna Kurskun Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan bəzi ərazilərini Rusiyanın nəzarəti altında olan digər torpaqlara dəyişməyə hazırdır:

“Biz bir ərazini digərinə dəyişəcəyik. Hələ ki, bilmirəm bu hansı ərazi olacaq. Amma bizim bütün ərazilərimiz vacibdir, prioritet yoxdur”, - Zelenski deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna danışıqlarını təşkil edə bilsə, Kiyev bu məsələni qaldıra bilər. Zelenski vurğulayıb ki, Vaşinqtonun iştirakı olmadan Ukraynanın təhlükəsizliyinə təminat verilməsi mümkün olmayacaq.




Paylaş:


Müəllif : Tarix:
Dünən, 21:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər