reklam
Regionxeberlericom.az » Siyasət » Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır - ABŞ "kəmərlərini sıxır"...

reklam

Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır - ABŞ "kəmərlərini sıxır"...













Ağ Ev rəhbəri Donald Tramp İlon Maskın rəhbərlik etdiyi Hökumətin Effektivliyi Departamentinin təşəbbüslərinə uyğun olaraq ABŞ hökumətinin işçiləri ilə bağlı sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sənədə əsasən ABŞ-nin dövlət departamentləri və agentliklərinin işçilərinin sayı əhəmiyyətli dərəcədə azaldılacaq.

Qeyd olunub ki, qurumlar federal xidməti tərk edən hər dörd işçinin yerinə yalnız bir əməkdaşı işə götürə biləcəklər.

Eyni zamanda Trampın administrasiyası Dövlət Departamentinin xərclərini azaltmaq məqsədilə ölkənin dünya üzrə bir neçə konsulluğunu bağlaya bilər. Bu, Sakit okean adaları, Kanada və Meksikadakı, eləcə də Avropadakı, xüsusən Almaniya və Fransadakı konsulluqlara aiddir.

Bundan əvvəl ABŞ-nin dövlət qurumlarının əməkdaşlarına səkkiz maaşa bərabər təzminat və bəzi müavinətlərin səkkiz ay müddətində saxlanılması müqabilində istefa vermək təklif edilib.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 08:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər