reklam
Regionxeberlericom.az » Siyasət » Putin Rusiya-ABŞ görüşünü şərh etdi

reklam

Putin Rusiya-ABŞ görüşünü şərh etdi
















Rusiya prezidenti Vladimir Putin Moskva və Vaşinqton nümayəndələrinin Ər-Riyaddakı görüşünü şərh edib. 

Bu barədə Rusiya KİV məlumat yayıb.

O, danışıqlar zamanı atmosferin mehriban olduğunu bildirib və danışıqların nəticələrini “müsbət” qiymətləndirdiyini vurğulayıb.

Xatırladaq ki, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtında Rusiya və ABŞ nümayəndələrinin görüşü baş tutub. Danışıqlar bir sıra iqtisadi layihələr üzrə ölkələr arasında əməkdaşlığın bərpasına, o cümlədən Ukrayna münaqişəsinin həlli üçün mümkün təmasların hazırlanmasına və iki prezident arasında görüşlərin təşkilinə həsr olunub.

Rusiyanı danışıqlar masasında Lavrov və prezidentin köməkçisi Yuri Uşakov təmsil ediblər. ABŞ nümayəndələri prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Vals, dövlət katibi Marko Rubio və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff olub. İqtisadi məsələlərin müzakirəsi zamanı Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev görüşdə iştirak edib./Unikal




Paylaş:


Müəllif : Tarix:
19-02-2025, 19:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər