reklam
Regionxeberlericom.az » Siyasət » ABŞ BMT-yə Ukraynaya dair qətnamə təqdim etdi

reklam

ABŞ BMT-yə Ukraynaya dair qətnamə təqdim etdi
















Birləşmiş Ştatlar BMT Baş Assambleyasına Ukrayna münaqişəsinin sülh yolu ilə həllinin zəruriliyinə dair qətnamə layihəsi təqdim edib

CNN xəbər verir ki, bunu dövlət katibi Marko Rubio bildirib.

"Birləşmiş Ştatlar Birləşmiş Millətlər Təşkilatında sadə, tarixi qətnamə layihəsi təklif edib və biz bütün dövlətləri onu dəstəkləməyə çağırırıq. Bu, sülhün əldə olunmasına kömək edəcək, - deyə dövlət katibi qeyd edib. - Bu qətnamədə münaqişənin dəhşətli olduğunu, BMT-nin onun həllinə kömək edə biləcəyini və sülhün mümkün olduğunu qeyd edirik”.

Rubio deyib ki, ABŞ BMT-nin “sülh və təhlükəsizliyin qorunması” kimi əsas missiyasına diqqət yetirməli olduğuna inanır.

ABŞ münaqişənin növbəti ildönümü üçün Avropa ölkələri və Ukraynanın hazırladığı qətnamə layihəsinin müəllifləri sırasında olmamaq qərarına gəlib. Amerika layihəsində, Avropa layihəsindən fərqli olaraq, Rusiya tərəfini pisləyən heç bir ifadə yoxdur və Ukraynanın ərazi bütövlüyünün vacibliyindən bəhs edilmir.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 12:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər