“İsa Qəmbərin sürücüsünü də üzv etmək istəyiblər”
Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər və hazırkı başqan Arif Hacılının sürücülərinin partiyanın ali nəzarət orqanına - Mərkəzi Nəzarət Təftiş Komissiyasına üzv seçildiyi iddia edilir. Bu barədə partiyanın üzvü Alya Yaqublu sosial şəbəkədə məlumat yayıb.
O bildirib ki, İsa Qəmbərin sürücüsü digərlərindən az səs aldığı üçün əsas heyətə düşməyib, hər hansı səbəbdən yer boşalsa, o yerə keçəcək: “Amma bu, məsələnin mahiyyətini dəyişmir. İsa Qəmbərin sürücüsünü də MNTK üzvü etmək istəyiblər. Bunu rəqiblərini çıxdaş eləmək, partiyanın ali nəzarət orqanının tərkibini öz tərəfdarlarıdan təşkil etmək üçün ediblər. Əvvəlki tərkibdə rəhbərliyin göstərişlərinə əməl etməyib qanunsuz qərarların təsdiqinə etiraz eləyən bir-iki nəfər vardı, bu dəfə heç bir başağrısına yer qoymayıblar”
Onun sözlərinə görə, MNTK siyasi partiyanın ən vacib qurumlarında biri, hətta birincisidir: “Partiyada qəbul edilən qərarlara qiymət vermək, onları təsdiq və ya ləğv etmək hüququ var. Məsələn, partiya üzvü haqsız şəkildə cəzalandırılanda və ya partiyadan çıxarılanda MNTK-ya müraciət edib haqqını bərpa eləyə bilər. Müsavat MNTK-sının indiki tərkibi tamamən Arif Hacılı tərəfdarlarından ibarətdir”.
Qeyd edək ki, partiya başqanlığına namizəd olmuş Tofiq Yaqublu isə səsvermə nəticələrinə görə, Məclis üzvü seçilməyib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:16-10-2019, 10:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:16-10-2019, 10:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
Dünən, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Dünən, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Dünən, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Dünən, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56
Qanunlara əməl olunarsa, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və belə hüququ olan heç bir əlil işsiz qalmaz.
13-11-2024, 10:54