Nümayəndələr palatası sanksiya layihəsini qəbul etdi - Türkiyəni nələr gözləyir?
ABŞ Nümayəndələr palatasının Xarici Əlaqələr Komissiyası Türkiyənin Suriyada başlatdığı “Sülh Çeşməsi” hərəkatının sona çatması üçün türkiyəli məsul şəxslərə və müdafiə sənayesi ilə bağlı banklara sanksiya nəzərdə tutan qərarnaməni qəbul edib.
Sanksiyalarla bağlı qanun layihəsi Eliot Engel və Mişel MakKaul tərəfindən hazırlanıb.
Sənəddə Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə sistemlərinin satın alınması əleyhinə məhdudiyyətlərlə bağlı maddə də yer alıb.
Sənəd qanuni qüvvəyə minərsə, Amerika silahlarının Türkiyə Silahlı Qüvvələrinə satışı əngəllənəcək.
PACT (Protect Against Conflict by Turkey Act) adı verilən sanksiya qanun layihəsində aşağıdakı maddələr var:
Qanun qəbul edildikdən sonra 15 gün ərzində Türkiyə Müdafiə naziri TSK baş qərargah rəisi, ordu kapitanı, Xəzinə və maliyyə nazirinə sanksiyalar qoyulacaq.
Qanun qəbul edildikdən sonra 30 gün ərzində ABŞ Xarici işlər naziri, Müdafiə naziri və Beynəlxalq Kəşfiyyat direktoru bir araya gələrək xüsusi siyahı hazırlayacaq. Həmin siyahıya Türkiyənin ali rütbəli hərbçiləri, eləcə də digər vəzifəli şəxslərin adları daxil ediləcək.
Siyahı hər 60 gündən bir yenilənəcək. Yenilənmə zamanı siyahıya yeni adlar da daxil edilə bilər.
Qanun qüvvəyə minərsə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və ailə üzvlərinin mal varlığı, gəlirləri və qoyduqları sərmayələrə dair xüsusi siyahı hazırlanacaq.
Sənəd qanuniləşdirilərsə, “Halkbank”a da xüsusi maliyyə sanksiyası qoyulacaq.
Sənəddə adıçəkilən sanksiyalar Türkiyə “Sülh Çeşməsi” əməliyyatını dayandırarsa, yaxud bu əməliyyatdan 3 il keçərsə, qüvvədən düşəcək.
Komissiya qanun layihəsini bir daha nəzərdən keçirdikdən sonra yenidən Nümayəndələr Palatasına göndərəcək. Sənəd 218 səs toplayarsa, Senata təqdim ediləcək. Senat layihəni olduğu kimi qəbul edərsə, təsdiqlənmək üçün prezident Donald Trampa göndəriləcək. Tramp 10 gün ərzində sənədi imzalamaq hüququna malikdir. O, eyni zamanda sənədə veto da qoya bilər. Nümayəndələr palatası və Senat 2/3 səs çoxluğu ilə sənədi yenidən qəbul edərsə, Trampın veto qərarı keçərli hesab olunmayacaq.
Paylaş:
Müəllif : Redaktor
Tarix:16-10-2019, 23:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:16-10-2019, 23:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
26-12-2024, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
26-12-2024, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
26-12-2024, 08:29