reklam
Regionxeberlericom.az » Siyasət » Azərbaycan erməni soyadı olan rusiyalılara ŞƏRT QOYDU

reklam

Azərbaycan erməni soyadı olan rusiyalılara ŞƏRT QOYDU


Erməni soyadı olan rusiyalılar Azərbaycana səfər etmək istədikdə, münaqişə yaranmasın deyə, bu barədə Azərbaycanın Moskvadakı səfirliyini öncədən məlumatlandırmalıdırlar.

regionxeberlericom.az lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov "İzvestiya" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə əsasən, ölkələr arasında vizasız rejim tətbiq olunduğu üçün Rusiya vətəndaşları rahat şəkildə Azərbaycana gələ bilərlər. Lakin erməni soyadı olan rusiyalıların öncədən xəbərdarlıq etməsi sərhəddə xoşagəlməz halların qarşısını ala bilər.

Bununla Azərbaycanın xarici işlər naziri 2018-ci ildə 81 yaşlı Rusiya vətəndaşı Olga Barsegyanın ölkəyə buraxılmamasıyla bağlı yaranan qalmaqalı şərh edib.

Rusiya Xarici İşlər Nazirliyinin mənfi reaksiyasına baxmayaraq, oxşar hadisələr bundan sonra da təkrarlanıb.


Paylaş:


Müəllif : Tarix:
17-10-2019, 17:12
Sikayət   


loading...
Загрузка...