“SİYASİ ELİTA DAXİLİNDƏ PROSESLƏR GEDİR…” – “Qarabağ danışıqlarını bərpa etmək mümkün deyil”
Azərbaycanın sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovla Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfəri və onun nəticələri, cəmiyyətdə müşahidə olunan fəallaşma və Prezident İlham Əliyevin son çıxışında toxunduğu məsələləri əhatə edən mövzular ətrafında söhbət edib.
Sabiq nazirlə müsahibəni təqdim edirik:
- Tofiq müəllim, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona növbəti səfəri baş tutub. Türkiyənin Suriya ərazisində antiterror əməliyyatları keçirdiyi bir ərəfədə baş tutan bu səfərin yekunlarını necə qiymətləndirirsiniz?
– Valday konfransından sonra Lavrov Rusiyanın timsalında etiraf etdi ki, danışıqlar prosesi yoxdur. Əslində danışıqların olmaması bəlli idi, sadəcə onun imitasiyası prosesi də yoxdur. İmitasiya prosesi demək olar ki, Paşinyanın məlum bəyanatından sonra dayanıb. Diqqət etdinizsə Valday konfransında Lavrovun bəyanatı və cənab Prezidentin çıxışı sanki diskusiya formatında idi. Belə anlaşılırdı ki, diskusiyanın əsas ünvanı Putin idi. Bu maraqlı vəziyyət idi. Müşahidələrə əsasən deyə bilərik ki, Lavrovun baxışları “danışıqlar olsaydı yaxşı olardı, amma danışıqlar yoxdursa, müharibə də mümkün deyil” şəklindədir. Bu halda “vəziyyət hansı formada inkişaf edəcək” sualı ortaya çıxsa da, ona cavab yoxdur. Biz onu da başa düşməliyik ki, Azərbaycanda ictimaiyyətin rəyi “danışıqlar olmadığı təqdirdə müharibə olmalıdır” şəklindədir. Bu fikirlər indi Azərbaycanda güclənir. Təbii ki, ortaya hansısa bir fikir və ya hadisə çıxmalıdır ki, Azərbaycan ictimaiyyəti mövqeyini dəyişsin. Amma belə hadisə yoxdur. Danışıqları bərpa etmək mümkün deyil. Artıq Azərbaycan xarici işlər nazirləri arasındakı təmasları danışıqlar prosesi yox, görüşlər şəklində təqdim edir. Nazir Məmmədyarov bildirib ki, Vaşinqtondakı danışıqlar yox, görüş idi və nəticəsi də olmayıb. Demək olar ki, danışıqlar da mümkün deyil. Amma Azərbaycanda yeni bir məqam özünü göstərir və atıq Prezident də bununla bağlı fikrini söyləyib.
- Konkret nəyi nəzərdə tutursunuz?
– Müxtəlif proseslər gedir və ictimaiyyət də fəallaşır. Belə anlayıram ki, hansısa ictimai hadisələr istər-istəməz Qarabağ mövzusunu ortaya çıxaracaq. Çünki müxalifət bunda maraqlıdır, iqtidar da başa düşür ki, hərəkətlər etməlidir ki, dalandan çıxsın. Hesab edirəm ki, siyasi həyatda müşahidə edilən canlanma, həm siyasi elita daxilində gedən proseslər, həm də hakimiyyət-müxalifət prosesləri Qarabağ mövzusunu gündəmə gətirəcək. Təbii ki, bunu başa düşən həmsədrlər də regiona səfər edirlər. Şəxsi qənaətim budur ki, hələlik danışıqların bərpası mümkün deyil. Paşinyan danışıqların formatını və yaxud prinsiplərini ictimaiyyət qarşısında elan edib. Mən düşünmürəm ki, Paşinyan rəsmi şəkildə fikirlərini dəyişəcək. Əgər bəyanatını dəyişməsə, danışıqlar mümkün deyil. Proses bundan ibarətdir. Həmsədrlərin regiona səfəri onu göstərir ki, proseslər bu istiqamətdə gedir.
- Bir çoxları Türkiyənin oktyabrın 9-da Suriyanın şimalında başlatdığı anti-terror əməliyyatından ilhamlanaraq, Azərbaycanın da Qarabağda oxşar əməliyyat keçirməli olduğunu düşünürlər. Sizcə, bu əməliyyat Azərbaycan üçün nümunə kimi götürülə bilərmi?
– Mən demirəm ki, hərbi əməliyyatlar mümkün deyil, bu fikri Rusiyanın Xarici İşlər naziri Lavrov deyib. Mən Valday konfransında diskusiya haqda təsadüfən danışmadım. Söhbət ondan gedir ki, Lavrovun Cənubi Qafqaz və münaqişəyə dair siyasəti dalana gətirib çıxarıb. Sonra da Lavrov Rusiyanın öhdəliyini xatırladaraq deyib ki, onun ölkəsi imkan verməz ki, əməliyyatlar olsun. Amma Rusiya Lavrovun xatırladığı öhdəliyi keçmiş illərdə üzərinə götürüb. O zamanlar ki, Ermənistan-Rusiya münasibətləri yaxşı idi, Paşinyan-Putin münasibətləri kimi deyildi və s. İndi isə bu öhdəlik sual altındadır. Lavrovun bunu xatırlatması ona dəlalət etmir ki, belə də olmalıdır. Lavrov təmsil olunduğu qruplaşmanın fikrini açıqlayır, amma etiraf edir ki, vəziyyət dalana gəlib çıxıb.
Azərbaycanda belə bir stereotip formalaşıb ki, Rusiya hər zaman Ermənistana kömək edəcək. Biz burada Türkiyə ordusunun Suriyanın şimal şərq hissələrində həyata keçirdiyi əməliyyata baxa bilərik. ABŞ da bəyan etmişdi ki, kürdləri dəstəkləyəcək, orada qoşunları var, əməliyyata qarşıdır və s. Amma Türkiyənin başlatdığı əməliyyatdan sonra hərbi ləvazimatlarını yığaraq Suriyanın şimal hissələrindən çıxıblar. Bu baxımdan, Qarabağ münaqişəsinə dair vəziyyət stabil deyil. Yəni ictimaiyyət üçün bəlli olub ki, bu danışıqlar əslində boş şeydir. Nəticədə, illərlə olan imitasiya indi mümkün görünmür. Bu vəziyyətdə iqtidar ictimaiyyətə izahat verməlidir. O mənadakı proseslər hara gedir, bizim siyasətimiz nədən ibarət olacaq, hansı addımlar atmalıyıq. Bu mənada məsələ aktuallaşır və Azərbaycanda ortaya yeni amil çıxır. Bu vəziyyət köklü dəyişməsə, ictimaiyyətin Qarabağ məsələsinə diqqəti günü-gündən artacaq. Əslinə qalsa bu normal və hər bir ölkədə baş verən prosesdir. İctimayyət istər-istəməz hakimiyyətin siyasətini formalaşdırır. Burada yeni bir şey yoxdur.
Sözsüz ki, bu mövzunu ilk növbədə müxaliət öz üzrərinə götürəcək. Mən heç kəsi tənqid etmək istəmirəm, amma açıq deyim ki, indi müxalifətin şüarları o qədər aktual görünmür. Amma onlar Qarabağ məsələsini gündəmə gətirsələr, təbii ki, bu, iqtidarla rəqabət yaratmaq cəhdi olardı. İqtidar istəməz ki, Qarabağ mövzusuna dair monopoliyanı müxalifətə versin. Bu halda iqtidarın özü istəyəcək ki, Qarabağ mövzusunda addımlarını ortaya qoysun.
- Prezidentin ölkənin iqtisadi sahələrinə cavabdeh olan nazirlərlə keçirdiyi son müşavirədə çıxışı cəmiyyətdə müzakirə mövzusudur. Dövlət başçısının müasir düşüncəli, savadlı gənc kadrların irəli çəkilməsinin vacibliyini qeyd etməsi, islahatların aparılmasının mühüm olduğunu vurğulamasını, demək olar ilk dəfə hökumətin daxilində islahatlara mane olan insanların olduğunu dilə gətirməsini necə qiymətləndirirsiniz? Prezident cəmiyyətə hansı mesajları verirdi?
– Əsas mesaj odur ki, hər zamanın öz tələbləri olur və rəhbərlikdə olan insan bu tələbləri hiss edir. Görür ki, cəmiyyətdə gedən proseslər bu və ya digər addımların atılmasını tələb edir. Elə ona görə də, biz həmsədrlərin regiona səfərini müzakirə edərək belə fikrə gəlmişik ki, artıq bu məsələ Azərbaycanın gündəminə çıxır. Siyasi elitada qruplaşmaların bir-biri ilə rəqabət aparması da göstərir ki, daxili siyasətdə proseslər gedir. Bu həm elita daxilində, həm ictimaiyyət arasında, həm də iqtidar-müxalifət arasında gedir. Mən də bu səbəbdən qeyd edirəm ki, cəmiyyət aktivdir və proseslər gedir. İndiki mərhələdə bu boşluq var və bunu həmsədrlər də, bununla birbaşa məşğul olan Lavrov da, məsələnin dalanda olmasını deməklə, etiraf edir. Boşluq olan yerdə, sözsüz ki, kimsə bu şüarları öz üzərinə götürəcək. Və iqtidar məcbur olacaq ki, bu məsələdə daha aktiv olsun.
- Hökumət daxilində ciddi kadr dəyişikliklərini, müasir təfəkkürlü, savadlı gənclərin siyasi elitaya transformasiyasını gözləyirsinizmi?
– Bu, zamanın tələbidir. Elita, istər-istəməz, zamanı gəldikcə təzələnməlidir. Yəni yeni təfəkkürlü insanlar gəlməlidir. 40-50-60 il əvvəl ali təhsil alan elita nümayəndələrinin bilikləri indiki şərait üçün yetərincə deyil. Bu normal haldır və hər bir cəmiyyətdə baş verir. Bizim cəmiyyətimizdə də bu olmalıdır. Yəni həm elita, həm kadrlar təzələnməlidir. Gənc nəsil həm idarəçiliyə, həm iqtisadiyyata, həm də digər sahələrə yeni fikirlər gətirməlidir. Bunları normal və təbii hal kimi qarşılamaq lazımdır.
- Ancaq Prezident son çıxışında açıq qeyd etdi ki, bəzən islahatlara maneə olan qüvvələr də olur…
– Bunun olması da təbiidir. Çünki dövlət xidmətində olan insanlar, təəssüflər olsun ki, məsələlərə həm də biznes nöqteyi-nəzərindən baxırlar. Digər ölkələrdə bu ayrı formadadır. Dövlət xidmətində olan, xalqa xidmət edən insanların sərt çərçivəsi olur. Yəni onların biznes imkanları bağlanır. Bu mənada, ola bilsin ki, islahatlara mane olanların biznes maraqları var. Onlar maddi maraq üçün mübarizə aparmağa hazır olurlar. Mən burada ideoloji bir şey görmürəm. Qruplaşmalar var ki, istəyirlər özlərinin maddi imtiyazlarını saxlasınlar. Prezident bununla bağlı açıq mövqe nümayiş etdirir. Əslində, mən Prezidentin çıxışında bir ictimai sifariş görürəm. İctimaiyyətdən gələn sifarişi rəhbərlkdə olan insan icra etməlidir.
Mən ona görə deyirəm ki, Qarabağ mövzusunun gündəmə gəlməsi qaçılmazdır. Əvvəllər deyilirdi ki, danışıqlar gedir, proses var. İndi bunun olmadığı etiraf olunur. Biz, dövlət, cəmiyyət olaraq ordumuzu gücləndirirdik. Vətəndaşlarımızın tapdalanan hüquqlarını bərpa etmək, ərazi bütövlüyünü təmin etmək üçün bunları edirdik. Bu bizim vəzifə borcumuzdur. Bu borcun yerinə yetirilməsi üçün ictimaiyyət fəallaşacaq. Mən deyərdim ki, artıq fəallaşıb. Bu da siyasi məntiqdən irəli gələn addımlardır və mütləq atılmalıdır.
Paylaş:
Müəllif : Redaktor
Tarix:20-10-2019, 16:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:20-10-2019, 16:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:52
Pekin ilk növbədə Suriyadakı Türküstan İslam Partiyası üzvlərinin tərksilah olunmasını istəyəcək
Dünən, 19:00
Sumqayıt Tibb Mərkəzində BİABIRÇILIQ - 10 gün əvvəl xəbər verməlidir, canı çıxsın, yıxılmasın
Dünən, 10:45
Miqrasiya Xidmətində ŞOK HƏBSLƏR: Həsənovlara da sıra çatdı... - Kərəm Həsənov müdaxilə edirsə...
Dünən, 08:54