“Rusiya bizə vəd verib” - Türkiyənin Azərbaycandakı səfiri
Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın APA-ya müsahibəsi
- Türkiyə və ABŞ arasında əldə edilən razılaşmaya əsasən, “Barış bulağı” əməliyyatına 120 saat ara verildi. Bu müddət dünən başa çatıb. Bu razılaşmanın nəticəsini necə qiymətləndirmək olar?
- Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında bölgədəki terrorçuların geri çəkildiyi bildirildi. “Barış bulağı” əməliyyatı ilə əldə etmək istədiklərimizin önəmli qisminə nail olduq. Amma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, hələ yerinə yetirilməsi vacib olan bir sıra məsələlər, ABŞ-ın verdiyi sözlə bağlı atması lazım olan bir sıra addımlar var. Bu addımların da atılıb-atılmadığını izləyəcəyik. “Barış bulağı” əməliyyatı ilə Türkiyənin iki əsas hədəfi vardı. Bu hədəflərimizdən birincisi, sərhədimizin terror ünsürlərindən təmizlənməsi, ikincisi, suriyalı qaçqınların Türkiyədən ölkələrinə dönmələri üçün həmin bölgədə lazımi şəraitin yaradılması idi. Birinci mərhələ böyük ölçüdə tamamlanmış oldu. İndi ikinci hədəf üçün də fəaliyyətlərimiz davam edəcək.
- Türkiyənin narazı qaldığı məqamlar hansılardır?
- Türkiyə və ABŞ arasındakı razılaşma ilə əlaqədar 13 maddəlik açıqlama ortaya qoyulmuşdu. Açıqlama əlsini tapan müddəaların hamısının tama yerinə yetirilməsi gərəkdir. Məsələn, bunlardan biri terror ünsürlərinin tamamilə bu yerlərdən çəkilməsi idi. Çəkildilər, indi bununla bağlı həmin yerlərdə lazımı nəzarət təmin olunmalıdır. Terror təşkilatının bu bölgədəki hərəkətinin qarşısının tamamilə alınması lazımdır. Əsgərlərimiz 32 km genişlikdə ərazidə nəzarəti tam təmin edəcəklər və bu bölgə təhlükəsiz hala gətirilmiş olacaq. Tel-Abya və Resulayn şəhərlərində təhlükəsizlik artıq təmin olunacaq. Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi fəaliyyətlər zamanı hələ də orada silah anbarları, müxtəlif silahlar aşkarlanır. Bu istiqamətdə fəaliyyət davam edəcək. Hədəfimiz bölgənin terror yuvası olmaqdan tam çıxarılmasıdır. Məqsədimiz insanların yaşaya biləcəyi, kimsənin qorxu hiss etmədən məmləkətinə dönməsi üçün uyğun mühit yaradılmasıdır. Bu istiqamətdə də tək ABŞ deyil, Rusiya ilə də bir razılaşma əldə etmişik. Hazırda hədəfimiz türk əsgərinin təhlükəsiz bölgədəki ərazidə nəzarəti tam təmin etməsidir. Bununla əlaqədar addımlar da atılır.
- Soçidə Rusiya ilə əldə olunan anlaşma Türkiyənin maraqlarına cavab verirmi?
- Rusiya hazırda Suriyada sülhün bərqərar olması istiqamətində Türkiyənin təmasda olduğu önəmli ölkələrdən biridir. Biz Astana prosesində Rusiya ilə birlikdəyik və birlikdə fəaliyyətimiz, sadəcə, savaşın sona yetməsi deyil, eyni zamanda savaşdan sonra Suriyanın barış və sabitliyinin təmin olunmasına yönəlik addımları da əhatə edir. Bu çərçivədə Konstitusiya Komissiyasının yaradılması və digər tədbirlərin görülməsi də yer alır. Türkiyə Prezidenti dünənki Soçi səfərini də Rusiya Prezidenti Vladimir Putinin keçən həftəki dəvətə əsasən gerçəkləşdirib. 6 saat davam edən görüşdə Suriya böhranı, Türkiyə-Rusiya münasibətləri ilə əlaqədar bütün məsələlərin müzakirə edildiyi qənaətinə gəlirik. Bu görüşün sonunda da 10 maddəlik razılaşma sənədi açıqlandı. Türkiyə və Rusiya həm Suriyanın gələcəyi, həm Türkiyəyə yönəlik terror təhdidinin aradan qaldırılması, həm də bölgədə barışın qorunması istiqamətində yaxın əməkdaşlığı daha da inkişaf etdirəcək. Bununla “Barış bulağı” əməliyyatı ilə terrorçulardan azad etdiyimiz bölgəyə qonşu olan bölgənin də terror ünsürlərindən tamamilə təmizlənməsi, bu yerlərin qaçqınların geri qayıtması üçün əlverişli hala gətirilməsi ilə bağlı Rusiya ilə razılığa gəldik.
- Soçi razılaşmasına əsasən, artıq Türkiyə sərhədində Rusiya ilə bərabər Bəşər Əsədə sadiq qüvvələr yerləşəcək. Bu, Türkiyənin maraqlarına cavab verirmi?
- Türkiyənin Suriya sərhədi ilə bağlı atdığı addımların əsas hədəfləri içərisində birinci yeri terror ünsürlərinin sərhədlərimizdən uzaqlaşdırılması, Türkiyənin təhlükəsizliyinin təmin edilməsi tutur. Terror təşkilatının üzvləri sərhədimizin yaxınlığında bəzi dövlətlərdən aldıqları dəstəklə terror dövləti qurmuş kimi Türkiyəyə qarşı terror aktları həyata keçirirdilər. “Barış bulağı” əməliyyatı dövründə, hətta əməliyyata 120 saat ara verdiyimiz dönəmdə Türkiyəyə qarşı terror aktları həyata keçirdilər. Nəticədə çoxlu sayda vətəndaşımız şəhid oldu, yaralandı. Ona görə də əsas hədəfimiz sərhədlərimizin yaxınlığındakı ərazilərin Türkiyəyə qarşı terror aktları üçün istifadə edilməsinin qarşısının alınması olub. Rusiya ilə əldə etdiyimiz razılaşmanın əsas məqsədlərindən biri də sərhədlərimiz yaxınlığındakı bölgənin terror ünsürlərindən təmizlənməsidir. Hədəfimizə nail olmaq üçün ABŞ-la olduğu kimi, Rusiyayla da eyni istiqamətdə müzakirələr apardıq.
Əsəd qüvvələrinin sərhəd bölgələrinə gəlməsinə gəlincə, bizim ikinci hədəfimiz Suriyanın torpaq bütövlüyü çərçivəsində sülhə, sabitliyə və gözəl günlərə qovuşmasıdır. Bunun üçün də terror təşkilatlarına bu bölgələrdə yer ola bilməz. Terror təşkilatları ilə əməkldaşlıq etməyən, sıx əlaqə qurmayan, terror təşkilatlarına dözümlü yanaşmayan tərəflər bizim yanımızda, sərhədimizdə yer ala bilərlər. Bizim bütün problemlərimiz terror təşkilatları və Suriyanın gələcəyi ilə bağlıdır. Bunun üçün də atılması vacib addımları atırıq. Suriya rejimi ilə bizim hər hansı təmasımız, müzakirəmiz olmayıb. Amma sərhədimizin yanında təhlükəsizliyin təmin olunması üçün gərəkən addımları Rusiya ilə müzakirə etdik, Rusiya da bu istiqamətdə lazımi addımların atılmasını təmin etdi.
- Soçi razılaşmasında 150 saatlıq müddətdə YPG/PYD terrorçularının Türkiyə sərhədindən 32 km uzaqlaşdırılması əksini tapıb. Bəşər Əsədə sadiq qüvvələr bu müddətdə Türkiyə ilə sərhəd bölgələrinə yerləşsə, ancaq YPG/PYD terrorçularının bu bölgədən çıxması təmin edilməsə, Türkiyə hansı addımları atacaq?
- Soçi razılaşmasında əsas şərtimiz YPG/PYD terrorçularının sərhədlərimizdən geri çəkilməsidir. Bizə Rusiya tərəfindən verilmiş vəd var, biz Rusiyanın bu vədini yerinə yetirəcəyinə inanırıq. 150 saatdan sonra Türkiyə və Rusiya əsgərləri birlikdə patrul xidmətinə başlayacaq, bu bölgələrin təhlükəsizliyini birgə təmin edəcəklər. Bizə verilən bu vədin yerinə yetiriləcəyinə inanırıq, 150 saatlıq müddətdən sonra da buna şahid olacağımızı düşünürük. Heç kim başqa bir şeyə ehtiyac qalmasını da arzu etməz. Türkiyə isə bunu heç arzulamaz. Amma Türkiyə təhlükəsizliyinin təmin edilməsi üçün hansısa addımların atılmasına ehtiyac yaransa, bu addımları hər zaman atar və atır.
- YPG/PYD terrorçularının əsas düşərgələrinin məhz Qamışlı və Aynan əl-Arab olduğu barədə məlumatlara rast gəlirik. Amma Soçi anlaşması bu bölgələri əhatə etmir.
- Bu bölgələrin təhlükəsizliyini təmin etməklə bağlı Rusiya bizə vəd verib. Biz bu yerlərdə də təhlükəsizliyimizin qorunması ilə bağlı addımların atılacağını bilirik və gözləyirik. 150 saatlıq müddətin sonunda bu yerlərdə də nələrin olduğunu görəcəyik, buna müvafiq olaraq da gərəkli addımları atacağıq. Əsas hədəfimiz təhlükəsizliyi təmin etmək və həmin bölgələrə suriyalıların qayıtmasını təmin etməkdir. Nə Aynan əl-Arab, nə də Qamışlı suriyalıların geri döndüyü bölgələrdən kənarda qalmayacaq. Suriya vətəndaşlarının bu bölgələrə də qayıtmasını hədəfləyəcəyik. Bunun üçün nə etmək lazımdır, addım-addım həyata keçiriləcək. Təhlükəsizlik bölgəsinin gözləntilərimizə cavab verəcək şəkildə yaradılması üçün gərəkən işləri görəcəyik.
- Suriya rejimi Türkiyəyə yaxın qonşu olur. Artıq rəsmi Ankara ilə Suriya rejimi arasında birbaşa danışıqların zamanı yetişməyibmi? Türkiyədə də bu fikir tez-tez səslənir.
- Müxtəlif məsələlər gündəmə gətirilir. Lakin Türkiyənin Suriya ilə bağlı siyasəti birmənalı və açıqdır. Kimlərlə danışacağımız, kimlərlə danışmayacağımız bəllidir. Prezidentimiz də açıqladı, Suriya rejimi ilə aşağı səviyyədə, kəşfiyyat orqanları çərçivəsində müəyyən təmaslar var. Amma hazırda Türkiyə və Suriya rejimi arasında birbaşa danışıqlar müzakirə mövzusu deyil. Biz dünənki müzakirəni də Rusiya ilə apardıq, razılaşmanı da Rusiya ilə əldə etdik. Bu razılaşmanın həyata keçib-keçirilməməsini də yenə Rusiya ilə müzakirə edəcəyik.
- Türkiyə-ABŞ, Türkiyə-Rusiya anlaşmalarına diqqət yetirsək, “Barış bulağı” əməliyyatının ikinci əsas məqsədinin həyata keçməsi, yəni 1-2 milyon insanın o ərazilərə qayıtması nə qədər real görünür? Axı o insanların çoxu savaşdan qaçıb və Bəşər Əsədə sadiq qüvvələr yenə o ərazilərə nəzarət edəcək.
- Biz Türkiyə sərhədindəki təhlükəsiz bölgədə eyni zamanda suriyalı qaçqınların ölkələrinə qayıtmasını təmin edəcək mexanizmlərin yaradılmasına da çalışacağıq. Hazırda Türkiyədə 3 milyon 650 min suriyalı qaçqın var. Türkiyənin suriyalı qaçqınlarla bağlı xərclədiyi vəsait 40 milyard dolları keçib. Bizə dünyadan bununla bağlı yardım da gəlmədi. Ən çox dəstək verən Avropa İttifaqı oldu. Avropa İttifaqı 6 milyard dollar vəd etdi, ancaq indiyə qədər 3 milyard dollarının bir qismi gəldi. Türkiyə bu insanların ehtiyaclarını öz maliyyəsi ilə qarşılayır və suriyalı qaçqınların problemlərini təkbaşına üzərinə götürüb. Türkiyə hazırda suriyalı qaçqınların Avropaya axınının qarşısını alan bir tampon bölgə funksiyasını da yerinə yetirir. Əlbəttə, məqsəd suriyalı qaçqınların əmin-amanlığın olduğu bir Suriyaya geri dönmələrini təmin etməkdir. Bunun üçün nəzarətimizdə olan bölgələrdə lazımi addımları atacağıq. Suriyalı qaçqınları razı salmaqla ən azı 1 milyon suriyalının məmləkətlərinə geri dönməsini təmin etməyi qarşıya məqsəd qoymuşuq. Bu, sadəcə, “bölgədə barış təmin edildi” deməklə olmayacaq. İnsanların yaşaması üçün lazımı şəraitin yaradılmasının da təmin edilməsi, iqtisadiyyatın, canlı həyatın olması gərəkdir. Bunlar olmalıdır ki, Türkiyədəki suriyalı qaçqınlar yaxşı şəraitdə yaşayacaqlarını, məmləkətlərinə qovuşacaqlarını görüb, geri qayıtsınlar. Biz bunun nümunəsini daha öncə “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatı bölgələrində ortaya qoyduq. Həmin bölgələrdə fəaliyyətdə olan iqtisadiyyat, normal həyat var. Xalqın çörəyi var, insanlar iş tapa, yaşayışlarını təmin edə bilir. 10 gün əvvəl Prezidentimizin imzaladığı fərmanla bu bölgələrdə Qaziantep Universitetinə bağlı 3 fakültənin yaradılması nəzərdə tutulur. Yəni həmin bölgələrdə Türkiyə tək əsgəri ilə mövcud deyil. Türkiyə bütün qurumları ilə suriyalıların o torpaqlara dönməsini təmin etmək məqsədi ilə çox ciddi səylər göstərir. Bunu bizdən başqa edən də yoxdur. Biz bu işləri “Barış bulağı” əməliyyatı bölgəsində də həyata keçirməyi planlaşdırırıq. “Fərat qalxanı” və “Zeytun” budağı bölgələrinə indiyə qədər 360 min insan qayıdıb. Eyni dönüşün “Barış bulağı” əməliyyatı bölgəsində də olacağını gözləyirik. Türkiyə o insanların vətənlərində rahat yaşamaları üçün lazımi şəraiti yaradır. Evlərinə dönmək bu insanların problemlərinin həlli üçün ən real yoldur. Normal şəraitdə yaşamaları üçün biz suriyalı qardaşlarımızın vətənlərinə dönəcəyinə inanırıq.
- Bu aspektdə İdlib problemi diqqət çəkir. Türkiyə “Barış bulağı” əməliyyatı çərçivəsində ərazisindəki 3 milyon 600 min suriyalının mühüm bir hissəsini vətənlərinə qaytarmağı planlaşdırır, ancaq İdlibdən Türkiyəyə 3 milyon qaçqının gəlməsi kimi təhlükə var. Soçi görüşündə İdlib problemi də müzakirə olunubmu? Türkiyənin İdlib probleminin həllinə yanaşması necədir?
- İdlibdə durum zaman-zaman gərginləşir və hər zaman qaçqın axınının ortaya çıxması müzakirə mövzusudur. Biz bu günə qədər İdlibdə təhlükəsizliyin qorunması istiqamətində Rusiya ilə çox yaxından əməkdaşlıq etmişik. İdliblə bağlı da Rusiya ilə əldə etdiyimiz anlaşma var və hər iki tərəf bu razılaşmanın şərtlərinə sadiqdir, bu şərtləri yerinə yetirmək üçün əllərindən gələn səyləri əsirgəmir. Biz Türkiyə olaraq üzərimizə düşən vəzifəni bacardığımız qədər yerinə yetirdiyimizə inanırıq və bu vəzifələri yerinə də yetiririk. Əsas məqsəd İdlibdə gərginliyin yaranmasının qarşısının alınmasıdır. Keçmişdə belə gərginliklərin qarşısını aldıq. Silahlı qarşıdurma həddinə gəlinsə də, iki ölkənin səyləri ilə bunun qarşısı alındı. Bundan sonra da belə böyük gərginliklərin baş verməməsi, vəziyyətin gərginləşməməsi, bunun silahlı qarşıdurmaya çevrilməməsi üçün hər cür səyləri göstərəcəyik. Biz bun günə qədər olduğu kimi, bundan sonra da bunu bacaracağımıza inanırıq.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-10-2019, 17:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-10-2019, 17:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Bu gün, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Bu gün, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Bu gün, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
Dünən, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
Dünən, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
Dünən, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
Dünən, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24
Abşeronun başçısı QƏZA yaratdı, dövlət qurumları TƏCİLİ Xırdalana ÇAĞIRILDI – Fotolar
19-12-2024, 14:22