Tramp Ərdoğana 100 milyardlıq saziş təklif edib
ABŞ Prezidenti Donald Tramp Vaşinqtona səfəri ərəfəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana 100 milyard dollarlıq ticarət sazişi, habelə Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemləri ətrafındakı ziddiyyətləri həll etməyin mümkün yolları haqqında təklif irəli sürüb. Bu barədə “The Washington Post” nəşri yazıb.
“Tramp keçən həftə Ərdoğana ünvanladığı yeni məktubda Türkiyə Prezidentinə Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemlərini alması ilə əlaqədar ABŞ-ın sanksiyalarının qarşısını almaq üçün 100 milyard dollarlıq bir sövdələşmə və bir həll yolu tapılmasının hələ mümkün olduğunu söyləyib”, - deyə nəşr ABŞ Prezident Administrasiyasındakı yüksək səviyyəli mənbələrə istinadən yazıb.
“Biz bunu türklər Suriyaya girəndə (ticarət təklifi – red.) gündəmdən çıxartdıq. Ancaq atəşkəs barədə razılıq əldə etdikdən sonra hazırkı səfərin də daxil olduğu təkliflər paketini qaytarmağa qərar verdik”, -deyə mənbələrdən biri qəzetə açıqlamasında deyib.
Qeyd edək ki, Trampla Ərdoğanın bu gün görüşü planlaşdırılıb.
Xatırladaq ki,rəsmi Vaşinqtonun xəbərdarlıqlarına baxmayaraq, Ankaranın “S-400” alması, ABŞ-ın Türkiyəni istehsal zəncirindən kənarlaşdırması və eləcə də Amerikanın “F-35” qırıcılarının alınması ilə nəticələnib.
Bundan əlavə, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen bildirmişdi ki, “S-400” sazişi qüvvədə qalacağı təqdirdə, Konqresin təsdiqlədiyi “ABŞ-ın düşmənlərinə qarşı sanksiyalar” (CAATSA) qanunu ilə Türkiyəyə sanksiya tətbiq ediləcək.
Paylaş:
Müəllif : Redaktor
Tarix:13-11-2019, 10:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:13-11-2019, 10:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:10
Əmlak Məsələləri Dövlət Xidmətinin “Akif Çovdarovu”ndan Xankəndidə yeni il şousu... - 30 minlik viski, nadir ov əti və 300 minlik hədiyyə...
Dünən, 08:54
İcra başçısının qalmaqallı sabiq müavini seçkiyə qatılıb - Məktəblini döydüyü üçün vəzifədən çıxarılmışdı
6-01-2025, 12:21