Dilqəm Əsgərov və Şahbaz Quliyevdən SON XƏBƏR
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüb.
BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA -ya bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri oktyabrın sonu və noyabrın əvvəlində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib: "Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın”.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa bu il martın 15-dən 16-na keçən gecə Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu Ermənistan Respublikası Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iyunun 28-də yaydığı məlumata görə, E. İbrahimov Azərbaycana, 20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Karapetyan Zaven Avanesoviç isə müvafiq olaraq qarşı tərəfə təhvil veriliblər.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-11-2019, 17:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-11-2019, 17:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:57
Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:32
BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Dünən, 12:24
Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? - “Onun belə bir planı var”
22-01-2025, 22:25
Azərbaycanda DƏHŞƏT: Doqquz yaşlı uşaq anasının sevgilisi tərəfindən QƏTLƏ YETİRİLDİ
22-01-2025, 12:32
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
22-01-2025, 12:12
Tramp Baydenin 78 qərarını ləğv etdi – ABŞ ÜST və beynəlxalq iqlim sazişindən çıxdı
22-01-2025, 10:54