Rusiya Bakının “borcu”nu qaytaracaqmı? - GƏLİŞMƏ
Bu gün - dekabrın 2-də Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya gələcək. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib ki, iki gün çəkəcək səfər zamanı onun Azərbaycan rəhbərliyi ilə, habelə xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub.
“Bakıda siyasi, iqtisadi və humanitar sferalar üzrə ikitərəfli əlaqələrin inkişafına dair həlledici məsələlərlə bağlı dialoq davam etdiriləcək. Bundan əlavə, 2020-ci il üçün xarici siyasət idarələri arasında məsləhətləşmə planı imzalanacaq”, - deyə Zaxarova bildirib.
Ancaq aydındır ki, ikitərəfli əlaqələrə neqativ təsir edən ən ciddi məsələ illərdir həll olunmayan Dağlıq Qarabağ problemidir - hansı problemin həllində ki, rəsmi Moskva qərəzsiz və aparıcı vasitəçiliyə iddia eləsə də, başa çatmaqda olan ildə də heç bir real təşəbbüslə çıxış etmədi. Demək, istər-istəməz bu mövzu da diqqətdə olacaq.
*****
“Yeni Müsavat” bu yerdə xatırladır ki, Rusiyanın baş diplomatı təxminən 3 həftə öncə - noyabrın 10-11-də Ermənistanda səfərdə olub və Dağlıq Qarabağla bağlı Azərbaycanda narazılıq doğuran ziddiyyətli açıqlamalar verib. Məsələn, Qarabağ problemini çox qəliz məsələ adlandıran Lavrov bildirib ki, konfliktinin həlli Dağlıq Qarabağın razılığı olmadan mümkün deyil.
Həmçinin, səfəröncəsi verdiyi müsahibədə o, konfliktin həll prinsiplərindən biri kimi xalqların öz müqəddəratını təyin etmə haqqını qeyd eləmişdi. Keçən ilə isə Rusiya XİN başçısı Moskvada azərbaycanlı jurnalistin sualına qəzəbli şəkildə verdiyi cavabda başqa bir qalmaqallı ifadə işlətmişdi. Demişdi ki, “Dağlıq Qarabağda müharibə Azərbaycanın daxili işi deyil”.
Bu kimi fikirlər, əlbəttə ki, ixtilafın həllində Azərbaycanın ərazi bütövlüyü və suverenliyini, Ermənistanın işğalçı siyasətini görməzlikdən gəlməklə yanaşı, problemin ədalətli nizamlanmasına kömək eləmir, suallar doğurur və yəqin ki, Bakı səfəri zamanı onlara aydınlıq gətirmək lazım gələcək. Ən azı ona görə ki, unitar quruluşa malik Azərbaycandan fərqli olaraq, Rusiya federativ dövlətdir. Rusiyada onlarla muxtar qurum var və öz müqəddəratını təyinetmə hüququnu da öz dövləti olan erməni xalqından fərqli olaraq, həmin xalqlar haqq edir.
Lavrova Bakıda verilə biləcək əsas sual da bu ola bilər ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyırsa, niyə Ermənistanı işğalçı adlandırmır və konfliktin dinc həllinə real töhfə vermir?
*****
Bəzi təhlilçilərə görə, Rusiya baş diplomatının İrəvan səfərindən az sonra Bakıya təşrif buyurması ilk növbədə Azərbaycanla Ermənistan arasında balans yaratmaq niyyəti güdür. Hər necə olmasa, Bakı-Moskva əlaqələri hazırda dinamik inkişafda olmaqla yüksəliş dövrünü yaşayır və bunu Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya təzəcə başa çatan ilk rəsmi və uğurlu səfəri də təsdiqləyib.
Bundan əlavə, keçən həftə Bakı Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi ilə NATO yüksək çinli generalı arasında sayca 5-ci görüşə ev sahibliyi edib ki, bu da bölgədə ölkəmizin yerinə, roluna və nüfuzuna verilən qiymətin təzahürü sayılır. Azərbaycanın artan avtoriteti, Rusiyaya münasibətdə Bakının daim onun maraqlarını gözləməsi və balanslı siyasəti davam etdirməsi niyə də Qarabağ məsələsinin həllində, nəhayət, özünü pozitiv planda göstərməsin? Qısası, Bakı Moskvadan daha ədalətli yanaşma gözləməyi haqq edir.
*****
“Rusiyanın Qarabağla bağlı mövqeyi həmişə belə olub ki, ATƏT səviyyəsində, ya da digər həmsədrlər səviyyəsində təşəbbüsü ələ almaq cəhdi onu qorxuya salır, qorxur ki, problem Rusiyanın iştirakı olmadan müəyyən məcraya yönələr, ona görə dərhal məsələyə müdaxilə etmək istəyəcək. Lavrovun qəfildən Azərbaycana gəlməsi də məsələyə müdaxilə imkanlarını əldən verməmək cəhdidir, onun bu gəlişini heç də Azərbaycanın mövqeyini dəstəkləmək kimi yozmaq olmaz”.
Bu sözləri qəzetimizə ermənişünas alim Qafar Çaxmaqlı söyləyib.
Tanınmış rusiyalı analitik Vadim Dubnov isə “168 am” erməni resursuna açıqlamasında deyib ki, Lavrovun İrəvan görüşü ilə bağlı Azərbaycan tərəfinə pərdəarxası izahatlar verilib. Onun sözlərinə görə, Lavrov ermənilərin qonağı olub və bu səbəbdən orada nəzakətli olmalı idi. “Lavrov da o dərəcədə nəzakətli idi ki, dediyi sözlər onun əvvəlki bəyanatları ilə ziddiyyət təşkil eləmirdi. Bu mənada onun İrəvanda söylədiklərinə diplomatik etiket kontekstində yanaşmaq lazımdır”, - deyə ekspert vurğulayıb.
“Ev sahibləri” üçün xoşa gələcək söz isə bu idi ki, Dağlıq Qarabağ konfliktinin həlli Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır. Fikrimcə, bu bəyanatla bağlı artıq Azərbaycan tərəfinə pərdəarxası izahatlar verilib. Üstəgəl, qənaətimcə, Lavrovun Bakı səfəri də İrəvan səfəri kimi eyni dərəcədə dostluq atmosferində keçəcək. Yəni Lavrov Bakının “borcu”nu qaytaracaq. Ona görə də biz ortada göründüyündən daha çox şey görməliyik" - bunu da Dubnov söyləyib.
*****
Ancaq əsl dost öz dostunun probleminə laqeyd olmur - o ki ola işğal məsələsi, 1 milyon insanın ən elementar hüquqdan - öz doğma yurdunda, öz ölkəsində yaşamaq hüququndan on illərdir məhrum olması. Ermənistana ən güclü təsir rıçaqı olan yeganə ölkə kimi şimal qonşumuz istəsə, onları qısa zamanda yoluna qoyar. Əks halda Azərbaycanda Rusiyaya qarşı etimad problemi heç vaxt həllini tapmayacaq. Erməni kökənli Rusiya XİN başçısının Bakıdan aparacağı əsas mesaj da, bizcə, elə bu olacaq...
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:2-12-2019, 09:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-12-2019, 09:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
26-12-2024, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
26-12-2024, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
26-12-2024, 08:29