Danışıqlar sıfır nöqtəsində — “Qarabağ münaqişəsinin həlli mümkün görünmür”
“Vyana görüşü arxada qaldı. Həmsədrlər il ərzində növbəti görüşün hazırlıqlarına başlayacaqlar”.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, həmsədrlərin hazırda başlıca məqsədi isti aylarda hərbi toqquşmanın qarşısını almaqdır:
“Bu məsələdə Nikol Paşinyan həmsədrlərlə həmrəydir. Paşinyan Vyanada Azərbaycan prezidenti ilə görüşdən sonra erməni diaspor nümayəndələri ilə görüşdü. Paşinyanın verdiyi açıqlamadan bu qənaətə gəlirəm ki, Ermənistanın baş naziri əvvəlkitək danışıqlarda münaqişənin həlli mexanizmlərini müzakirə etməkdən yayınır, çünki üzərinə məsuliyyət götürmək istəmir. O danışıqlarda əsasən “mövcud durumu necə qoruyaq”, “necə edək ki, atəşkəs pozulmasın” kimi bəndlər ətrafında müzakirə aparmaq istəyir”.
Politoloqun sözlərinə görə, bu, danışıqların sıfır nöqtəsinə qayıdışdır:
“Bizi bu bəndlər maraqlandırmır və maraqlandırmamalıdır. Biz prinsipial – “Dağlıq Qarabağ ətrafındakı rayonlar nə zaman boşaldılacaq?”, “Qaçqınların geri qayıtması müddəti nə qədər çəkəcək?” və sair bəndlərin müzakirəsində maraqlıyıq. Belə anladım ki, Vyanada bu bəndlər müzakirə olunmayıb. Bunu proqnozlaşdırmaq çətin deyildi”.
Politoloq Məhəmməd Əsədullazadə isə düşünür ki, bu il Qarabağ münaqişəsinin həlli mümkün görünmür:
“Paşinyana bundan sonra Qarabağa helikopterlə gəlməyə imkan verilməməlidir. Artıq dünya bizim qətiyyətimizi görməli, prinsipiallığımızla barışmalıdır. 30 ildir ki, ərazilərimiz işğaldadırsa, nədən danışmalıyıq?!”.
Qeyd edək ki, ötən gün Avstriyanın paytaxtı Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan görüşüb. Görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında keçirilib. Bu, liderlərin ilk rəsmi görüşü olub, Paşinyan və Əliyev bundan öncə üç qeyri-rəsmi görüş keçirib.(“Yeni Sabah”)
Paylaş:
Müəllif : Redaktor
Tarix:30-03-2019, 13:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:30-03-2019, 13:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
21-11-2024, 12:40
RƏQQASƏ Bakıda faciəvi şəkildə öldü - Son kadrları yayıldı: Təsirli GÖRÜNTÜLƏR + VİDEO
21-11-2024, 10:33