Parlamentdə azlıqdakı 11 partiyanın yarısı üçün bəd xəbər - GƏLİŞMƏ
“Azərbaycanda çox savadlı müasir biliklərə yiyələnmiş vətənpərvər hisslərə sahib gənc nəsil formalaşıb. Biz bununla qürur duyuruq”. Bunu jurnalistlərin suallarını cavablandıran YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov deyib. Əli Əhmədov bildirib ki, bu yanaşmadan çıxış etsək, parlament seçkilərində gənclərdən ibarət olan YAP deputat korpusunun formalaşması partiyanın diqqət mərkəzində olacaq: “Azərbaycan xalqını parlamentdə təmsil etməyə ən layiq olan insanlardan söhbət gedir. Biz çalışacağıq bu gəncləri irəliyə çəkək, onları təşviq edək ki, YAP-ı parlamentdə təmsil etsinlər”.
Hakimiyyət yeni parlamentin xeyli dərəcədə yeni simalardan, yeni qüvvələrdən, əsasən gənclərdən ibarət tərkibdə formalaşmasını arzu edir. Bunu hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyinə daxil olan şəxslər də açıq şəkildə dilə gətirirlər.
Siyasi analitiklərin fikrincə, parlamentdə YAP-dan başqa təmsil olunan 11 partiyanın yarısına növbəti seçkidə parlament partiyası adını qazanmaq nəsib olmayacaq. Əvvəla, onları parlamentdə indiyə qədər təmsil edən deputatların çoxu nə özünə, nə də partiyasına nüfuz qazandıra bilməyib, nə də hakimiyyətin rəğbətini qazanmayıblar. Əksinə, zaman-zaman çıxışları və bəyanatları ilə ictimaiyyətin narazılığına, qınağına tuş gəliblər. Bir sözlə, həmin şəxsləri-partiyaları parlamentə buraxmağın yanlış olduğunu yuxarı dairələrdə də artıq dilə gətirənlər var. Bütün bunlardan çıxış etsək, siyasi analitiklərin proqnozlarının doğrulacağı ehtimalını yüksək qiymətləndirmək lazım gəlir.
Həmin partiyaların parlamentdə boş qalan yerinə isə yeni tələblərə cavab verən partiyaların təmsilçiləri seçilə bilər. Xeyli vaxtdır cəmiyyətdə, sosial mediada belə fikirlər daha çox yayılır ki, yeni parlamentdə yeni müxalifət də olacaq. Yeni parlament müxalifətinin isə REAL Partiyası olacağı iddia edilir.
Məsələ ilə bağlı REAL Partiyasının İdarə Heyətinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a bildirib ki, seçkilərdən ən çox danışan, seçkiləri daim gündəmdə saxlayan partiya həmişə REAL olub və parlament seçkilərində uğur qazanacaqlarına da inamları var: “Biz növbədənkənar parlament seçkiləri ehtimalının çox yüksək olduğunu deyəndə və bununla bağlı may ayından hazırlıqlara başladığımızı elan edəndə çox adamlar buna tənə ilə yanaşırdı. Bir sıra partiya liderləri isə bunun mənasız bir iş olduğunu düşünürdülər. Amma biz növbəti dəfə haqlı çıxdıq. Biz bu baxımdan seçki hazırlıqlarına çoxdan start vermişdik. Həm namizədlərin müəyyən olunması, həm müşahidəçilər qruplarının formalaşması, onlara treninqlərin keçirilməsi işlərinə çoxdan başlamışıq. Ona görə də biz çoxlarından fərqli olaraq seçkilərə hazırlıqsız yaxalanmadıq. Seçki ilə bağlı REAL Partiyasının məsələni tez-tez gündəmə gətirməsi və partiyanın ölkədə dəyişikliklərə seçki ilə nail olunmasının vacibliyi ilə bağlı çıxışlarımız cəmiyyətdə müəyyən bir gözlənti yaradıb. Cəmiyyətdə belə gözlənti yaranıb ki, REAL seçkiyə ciddi yanaşırsa, hazırlaşırsa, müəyyən uğur qazanması və parlament partiyasına çevrilməsi mümkündür”.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-12-2019, 09:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-12-2019, 09:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39
Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - “İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur”
22-11-2024, 15:36