"Əvvəlki etirazlarda bu qədər itki olmamışdı" - İranlı hüquq müdafiəçisi
"Amnesty International" kimi beynəlxalq qurumlar son xalq etirazlarının qurbanları ilə bağlı məlumatları toplamaq üçün iranlı hüquq müdafiəçiləri ilə koordinasiyalı şəkildə çalışırlar.
"Amerikanın Səsi"nə danışan hüquq müdafiəçisi Şahin Xiyavlının dediklərinə görə, son xalq etirazları zamanı hakimiyyətin tətbiq etdiyi insan haqları pozuntuları keçmişdə baş verənlərlərlə müqayisədə daha ağır olmuşdur.
“2017-ci ildə də iqtisadi etirazlar oldu. Amma onun nəticəsi bu qədər ağır deyildi. Bu qədər çox itki olmamışdı. Bu etirazlar çox fərqli idi. Xüsusilə İranın interneti kəsməsi insan haqları pozuntularının ilk addımı oldu”- deyə, Xiyavlı vurğulayır.
"Amnesty International" təşkilatının bildirdiyinə görə, İranda noyabrın 15-də başlanan kütləvi etirazlar zamanı əksəriyyəti məmurların açdığı atəş nəticəsində olmaqla, 200-dən artıq vətəndaş həlak olub.
Bəzi qurumlar ölənlər və saxlanılanların sayının daha artıq olduğunu önə çəkirlər. Şahin Xiyavlının sözlərinə görə “Amnesty International" təşkilatına hələ də yeni məlumatlar gəlir.
“Yaşıl hərəkat dönəmində çox ciddi insan haqları pozuntularına şahid olduq. Təcavüzdən tutmuş, çeşitli işgəncə metodlarına qədər. Bunların hamısı rejim tərəfindən İranda yaşayan millətlərə tətbiq edildi... Son etirazlarda daha ağır olaylar baş verib.” - hüquq müdafiəçisi söyləyir.
Müxtəlif insan haqları qurumları, Şahin Xiyavlının sözlərinə əsasən, son etirazlarda ölən və xəsarət alanlarla bağlı məlumatları əldə etmək üçün koordinasiyalı bir şəkildə çalışıblar: “Beynəlxalq insan haqları qurumları, xüusilə Amnesty International koordinasiyalı bir şəkildə xaricdə yaşayan İranlı insan haqları fəalları ilə irtibata keçdi. Məsələn biz internetin kəsildiyi gündən onlara gələn və bizə gələn məlumatı toplayıb, onların doğru olub-olmadığını araşdırırıq. Biz Qaşqay Eli və Xorasanda yaşayan türklər, habelə türkmənlərə də müraciət edib və istədik ki, tutulan və ölənlərlə bağlı məlumatı bizə göndərsinlər ki, Amnesty ilə paylaşaq.”
Hüquq müdafiəçisi İran Azərbaycanında milli hərəkata mənsub fəalların da bu istiqamətdə faydalı fəaliyyətlər yürüdə biləcəklərinə diqqət çəkir.
“Azərbaycan Milli Hərəkatı olaraq biz bunu öz içimizdə daha çox mənimsəməliyik. Türklərin yaşadığı bölgələrdəki etirazlarda hər hans bir şəxs tutulsa, biz ona sahib çıxmalıyıq. Bəlkə bu insan milli fəaliyyətlərdə olmayıb, amma o etirazlarda tutulub.”- deyə, Xiyavlı qeyd edir.
Hakimiyyətin etirazlardan sonra interneti bütünlüklə bloklamasına diqqət çəkən Şahin Xiyavlı əlavə edib ki, “bundan sonrakı proseslərdə həm insan haqları qrupları, həm də digər qruplar fərqli metodlar axtaracaqlar ki, bu kimi etirazlar baş verdiyində xəbərləri içəridən ala bilsinlər. Bu bir təcrübə oldu və mən düşünürəm ki, gələcəkdə fərqli çözüm yolları tapılacaq”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:7-12-2019, 15:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:7-12-2019, 15:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
26-12-2024, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
26-12-2024, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
26-12-2024, 08:29