Zatulindən misilsiz həyasızlıq: “Aprel döyüşlərinin təşəbbüskarı Azərbaycan idi...”
Bu gün İrəvanda məlum “Lazarev klubu”nun üçüncü iclası öz işinə başlayıb. Rusiya Dövlət Dumasının deputatı, klubun təşkilat komitəsinin sədri Konstantin Zatulin yenə su bulandırmaqla məşğul olub.
Zatulin çıxışında bildirib ki, “Rusiyanın obrazı Ermənistanda, Ermənistanın da obrazı Rusiyada yalnız müsbət rəy yaratmalıdır. Təəssüf ki, həmişə belə olmur” - deyib, erməni-rus dostluğu arasında yaranan bəzi soyuqluqdan qayğılandığını etiraf edib.
Zatulin ola danışa, özü də İrəvanda danışa və Azərbaycanı, Qarabağı yada salmaya. İlk növbədə Qarabağ haqqında sözə başlayan bu simasız Rusiya deputatı, mövcud status-kvonun pozulmasında Azərbaycanın maraqlı olduğunu və aprel döyüşlərini yada salıb.
Zatulin: "Müəyyən bir zamanda, xüsusən də Kazan görüşündə belə bir təəssürat yaranmışdı ki, tərəflər razılığa gəlirlər. Ancaq sonra proses pozuldu. Bundan başqa, 2016-cı ildə hərbi təxribat edildi. Mən çoxlarından fərqli olaraq ürəyimi aldatmaq istəməzdim və istəyirəm ki, bu təxribatın təşəbbüsünün Azərbaycana aid olduğunu biləsiniz” - deyib.
Zatulinin sözlərinə görə, münaqişə bölgəsində status-kvonun pozulmasında maraqlı olan məhz Azərbaycandır. Bakı bu problemin hər hansı bir şəkildə, o cümlədən hərbi yolla həllinin vacibliyi barədə çox danışır.
"Ancaq inanıram ki, bu, sülhü bizə yaxınlaşdırmır. Bu vəziyyətdə Rusiyanın tərəflər arasında səbirli və əzmkarlıqla razılaşma əldə etməsidir. Əsas odur ki, tərəflər hərbi güc tətbiq etməsinlər. Düsturları, planları və başqa hər şeyi onların müəlliflərinə tapşıraq." Zatulin demək istəyib ki, bu işlərin müəllifi Rusiyadır və Kreml özü həll edəcək. Dolayısı ilə demək istəyib ki, Rusiya Qarabağ məsəsləsini Ermənistanın xeyrinə həll edəcək. Amma, Zatulin unudub ki, bu həllin əsas müəlliflik hüququ Azərbaycanındır, çünki onun torpağı işğal olunub və kimin hansı variantı təklif etməsindən asılı olmayaraq Azərbaycan ərazi bütövlüyü qırmızı xəttdir və onu keçmək istəyən, bir daha bu xalqı qarşısında görəcək. Hazırlaşırıq!
Klubun iclasında Zatulin maraqlı bir məsələyə də toxunub-özünün kitabına. Zatulin deyib ki, onun kitabı belə adlanır:” Ermənistan-Qafqazda Rusiyanın İsraili”. Bu ad özü Ermənistanın vassal durumda, bir alət rolunda olduğunun birbaşa təsdiqidir. Zatulin ermənilərə demək istəyib ki, ABŞ dövləti İsraili Yaxın Şərqdə bütün ərəb dünyasından və bəzi islam ölkələrindən necə müdafiə edirsə, Rusiya da Ermənistanı Türkiyə və Azərbaycandan qoruyacaq. Bu məsələyə münasibət bildirən bəzi ayıq erməni jurnalistləri bəlanın məhz Zatulindən və Rusiyadan gəldiyini qeyd edərək, Dövlət Dumasının deputatına “yaxşı olardı ki, Rusiya Ermənistandan əl çəksin” cavabını veriblər.
Paylaş:
Müəllif : Redaktor
Tarix:14-12-2019, 08:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:14-12-2019, 08:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Bu gün, 11:29