YAP 45 dairədə başqa namizədləri dəstəkləyəcək – Siyahı hazırdır
Bələdiyyə seçkilərindən dərhal sonra Yeni Azərbaycan Partiyası (YAP) namizədlərini elan edəcək.
Etibarlı mənbədən AzPolitika.info-ya daxil olan məlumata görə, artıq hakim partiyanın siyahısı hazırdır. Uzun və gərgin müzakirələrdən sonra keçmiş deputatlardan, yeni simalardan ibarət adlar rəhbərliyə təqdim olunub.
Mənbə bildirib ki, YAP-ı parlamentdə təmsil edən yaşlı nəslin əksər nümayəndələri Naxçıvandan seçilən deputatlar istisna olmaqla siyahıya salınmayıb. Bu barədə onların özləri ilə də müvafiq söhbətlər aparılıb. Həmçinin, bir neçə "özünü doğrultmayan" deputatlar da iddiaçılar siyahısından kənarda qalıb. Hakim partiyanın üstünlük verdiyi yeni simaların bir qismi aşağı strukturlarda təmsil olunan gənclərdir.
Onları seçmək də o qədər asan olmayıb. Rəhbərlikdən verilən tapşırığa uyğun olaraq, namizədlərin bilik, bacarıq, ictimai nüfuz kimi vacib keyfiyyətləri ilə yanaşı, onların qohumluq əlaqələri, valideyinlərinin fəaliyyət dairəsi də ciddi araşdırılıb.
Məlumatarda qeyd olunur ki, hakim partiya təxminən 40-45 arası dairədə prinsipial namizəd irəli sürməyəcək. Bu yerlər hakimiyyətin də parlamentə düşməsində maraqlı olduğu bitərəflər, habelə konstruktiv müxalifət nümayəndələri üçün saxlanılıb.
Dünən QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbəri Azay Quliyev əvvəl seçildiyi 8 saylı Binəqədi Birinci Seçki Dairəsindən, Adil Əliyev də bir neçə dəfə ard-arda təmsil etdiyi 20 saylı Nərimanov İkinci Seçki Dairəsindən, AVP sədri Fəzali Ağamalı 60 Saylı Salyan-Neftçala Seçki Dairəsindən, keçmiş maliyyə naziri Fikrət Yusifov 41 saylı Sumqayıt Birinci Seçki Dairəsən namizədliklərini irəli sürüblər.
Qısa müddətdə sözügedən 40-45 Seçki Dairəsində də hakimiyyətin seçilməsində maraqlı olduğu namizədələrin adları məlum olacaq.
Paylaş:
Müəllif : Redaktor
Tarix:21-12-2019, 19:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:21-12-2019, 19:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39
Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - “İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur”
22-11-2024, 15:36