Trampın impiçmenti seçkilərə necə təsir göstərəcək? - Karnegi Mərkəzinin təhlili
ABŞ Nümayəndələr Palatası gözlənildiyi kimi ölkənin 45-ci prezidenti Donald Trampın impiçmentini dəstəkləyib. Eynilə bu şəkildə, Senatın da yanvar ayında dövlət başçısının günahsız olduğuna dair qərar çıxaracağı gözlənilir. Bundan sonra ABŞ impiçmenti geridə qoyaraq tamamilə seçki kampaniyasına başlayacaq. Bu barədə jurnalist Aleksey Naumov Karnegi Moskva Mərkəzi üçün yazır.
Narazılar
“Bu müddət ərzində etdiyim hər şeyi Ağ Evin tövsiyələrinə əsasən edəcəm. Prezidentin mövqeyi ilə bizim mövqeyimiz arasında heç bir fərq olmayacaq”. Bəlkə də impiçment haqqında söhbəti senatdakı respublikaçı çoxluğun lideri Mitç Makkonnellin bu sözləri ilə başlayıb bitirmək olar.
İmpiçment prosesi sentyabrın sonu başlayıb. Bu müddət ərzində rəqib düşərgələrə ayrılan tərəflər eyni tezisləri təkrarlayaraq mövqeyini demək olar dəyişməyib.
Demokratlar iddia edirdilər ki, Tramp Kiyevdən keçmiş vitse-prezident, gələcək seçkilərdə prezidentin real siyasi rəqibi Co Baydenin oğlu Hanter Baydenə araşdırma tələb etdiyi üçün Ukraynaya hərbi yardımı dayandırıb.
Respublikaçılar isə öz növbələrində cavab veriblər ki, impiçment proseduru xalqın qələbəni Donald Trampa verdiyi seçkilərin nəticələrini ədalətsiz və qanunsuz bir şəkildə dəyişmək cəhdidir.
İrqçilər sosialistlərə qarşı
Hər məqalədən “impiçmentin faydasız olduğunu, bunun nəticəsiz qalacağını, Trampın tutduğu vəzifədən getməcəyini” öyrənən müşahidəçinin ağlına belə bir sual gəlir: onda bütün bunlar nəyə lazımdır? Cavab: ideologiyaya. Amerika cəmiyyəti misli görünməmiş şəkildə parçalanıb. Çoxmillətli, tolerant meqapolislərdə yaşayan və hər kafedə, dövlət müəssisəsində “unisex” tualetlərin təşkil edilməsini istəyən demokrat liberallar üçün Donald Trampın qələbəsi bütün arzuların puç olması, böyük bir apokalipsis deməkdir.
Alçaldıcı “flyover states” (yalnız bir meqapolisdən digərinə çatmaq üçün təyyarənin üstündən uçduğu ərazi kimi əhəmiyyət daşıyan torpaqlar) təxəllüsünə malik ştatların sakinləri üçün Trampın qalibiyyəti “ölkəni özünə qaytarmaq” imkanıdır.
Respublikaçıların 80%-i hesab edir ki, Demokratlar partiyasını sosialistlər ələ keçirib. Demokratların 83%-i isə hesab edir ki, Respublikaçılar partiyasını irqçilər ələ keçirib. Əgər konkret ideoloji mənsubiyyəti olmayan amerikalıları sorğuya əlavə etsək, onda hər iki halda 50-50 nisbət alınacaq. Bütün siyasi həyatın sosialistlərlə irqçlərin mübarizəsinə bənzədiyi bir vəziyyətdə yeganə məntiqli çıxış yolu ən radikal, ən “səmimi” qüvvələrə güvənməkdir.
Rus baxışı
Məqalə müəllifi qeyd edir ki, Moskva Vaşinqtondan gələn məlumatları diqqətlə izləyir: birincisi, rus hakimiyyətinin “dərin dövlətin” mövcudluğuna əminliyi üçün Trampın bəhanəsi onun müstəqilliyinə, güclü isteblişment “bataqlığını” dəf etmək bacarığına və Amerika ictimaiyyətinin böyük bir hissəsini ətrafında birləşdirə biləcəyinə əlavə sübut olacaq.
İkincisi, Donald Trampın rəqibləri üzərində növbəti qələbəsi – birinci qələbəsi Müllerin Rusiyanın seçkilərə müdaxiləsi və prezidentin seçki qərargahının Moskva ilə “gizli anlaşması” haqqında hesabatı dərc edildikdən sonra olub – prezidentin əlini-qolunu açacaq. O isə bitmək bilməyən tənqidlərə rəğmən, mütəmadi olaraq Rusiya ilə münasibətləri bərpa etmək istədiyini deyir. Tramp hətta bu yaxınlarda Rusiyanın xarici işlər naziri ilə görüşdə sanksiyalara baxmayaraq qarşılıqlı ticarət dövriyyəsinin bir neçə dəfə artırılması lazım gəldiyini bildirib.
Hələlik Amerika prezidenti növbəti qələbəyə hazırlaşır: impiçment uğursuz olacaq, Tramp isə hakimiyyətdə qalacaq. Və bugünkü hadisələrdən sonra onun daha dörd il müddətinə prezident postunda qalacağı gözlənilir.
(Tərcümə: xpressa.net)
Paylaş:
Müəllif : Redaktor
Tarix:22-12-2019, 13:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:22-12-2019, 13:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08