Regionda üç ölkənin dərinləşən ittifaqı: balans dəyişə bilər? - GƏLİŞMƏ
Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlikləri rəhbərlərinin səkkizinci üçtərəfli görüşü olub.
Nazirlər hər üç ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və qəti dəstəklərini bir daha təsdiq ediblər.
Üçtərəfli görüşdə qəbul olunan Tiflis bəyanatının tam mətni açıqlanıb. Sənədi Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri - Elmar Məmmədyarov, David Zalkaliani və Mövlud Çavuşoğlu imzalayıblar.
Həmçinin enerji sahəsində strateji tərəfdaşlığı qeyd ediblər, Trans Anadolu Qaz Boru Xətti (TANAP), Cənub Qaz Dəhlizinin (CQD) digər əhəmiyyətli komponentlərinə, eləcə də Xəzər regionundan Avropaya təbii qaz nəqlinin həcminin artırılması məqsədini daşıyan enerji layihələrinə tam dəstək verdiklərini təsdiqləyiblər.
Üç qonşu ölkə nazirlərinin görüşü, çoxşaxəli əməkdaşlıq formatı, birgə sənəd imzalanması, bəyanat verilməsi regionda yeni bir ittifaqın yarandığını göstərir.
Xarici işlər naziri Elmar Məmmədyarov da deyib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlıq təkcə strateji əhəmiyyət kəsb etmir, üç ölkə ittifaq səviyyəsinə yüksəlib.
Lakin bu yaxınlaşmanın Rusiyanı nə dərəcədə narahat edəcəyi məsələsi var. Üç ölkə arasında ittifaq bölgədə balansı dəyişə bilərmi?
V çağırış üzrə deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, üç ölkə arasında həmişə yüksək münasibətlər var. Onun sözlərinə görə, bu ittifaq var idi və yeni hadisə baş verməyib:
“Nazirlərin görüşünü və yeni əməkdaşlıq sənədinin imzalanmasını ittifaqın davamı kimi qiymətləndirmək lazımdır.
Çünki neft, qaz, dəmir yolu çəkilişləri elə ittifaq deməkdir. Ona görə də yeni situasiya yoxdur və hər üç ölkə strateji əməkdaşlığı inkişaf etdirir".
F.Mustafa bu ittifaqın Moskvanın qıcığına səbəb olacağını düşünmür: “Azərbaycan, Gürcüstan və Türkiyə yaxınlaşması illərdir ki, var və Rusiyanı narahat etməməlidir”.
Politoloq Elxan Şahinoğlunun rəhbəri olduğu “Atlas” Araşdırmalar Mərkəzinin sosial mediada yaydığı geniş şərhdə qeyd olunur ki, 2020-2022-ci illəri əhatə edən yeni plan imzalandı, bu sənəd əməkdaşlıq əlaqələrinin inkişafına təkan verməlidir.
“Azərbaycan-Gürcüstan-Türkiyə siyasi və iqtisadi əməkdaşlığı bölgədə ciddi amilə çevrilib. Söhbət üçlü ittifaqdan gedirsə, ara-sıra yaranan problemlər ittifaqa zərər verilmədən həll edilməlidir.
Azərbaycan, Türkiyə və Gürcüstanın iş adamları ən qısa zamanda biznes əlaqələrini genişləndirmək məqsədilə toplaşacaqlar. Bu toplantı 3 ölkənin biznesmenləri üçün yeni əməkdaşlıq platforması yaratmalıdır.
Bakı-Tiflis-Qars dəmir yolunun və Dəmir İpək Yolunun gücləndirilməsi məqsədilə xəttin tutumunun artırılmalı və infrastruktur çatışmazlığı aradan qaldırılmalıdır. Bu da vacib razılaşmadır.
Çünki nəqliyyat xətti işə düşsə də, müxtəlif səbəblərdən hələ ki tam gücü ilə işləmir. Bu səbəblər aydınlaşdırılmalı və problemlər qısa zamanda həll olunmalıdır.
İl ərzində 3 ölkə arasında birgə hərbi təlimlər keçirilir, müdafiə nazirləri görüşürlər. Sonuncu görüş bu il Qəbələdə olmuşdu. Bu da əməkdaşlığın çox vacib qollarından biridir".
Paylaş:
Müəllif : Yazar
Tarix:25-12-2019, 11:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-12-2019, 11:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39
Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - “İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur”
22-11-2024, 15:36