İqtisadi blokda böyük dəyişikliyin 2 ayı - yeni qurumlara kimlər rəhbərlik edəcək?
Azərbaycanda 4 böyük dövlət qurumunun birləşdirilməsindən iki ay ötür. Söhbət Vergilər Nazirliyi, Dövlət Əmlak Komitəsi, Antiihnisar və İstehlak Bazarına Nəzarət Agentliyinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsindən gedir. Bu birləşmə ölkə prezidentinin bu il oktyabrın 23-də imzaladığı fərmanla iqtisadi artım üçün əlverişli şəraitin yaradılmasına cavabdeh olan dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təmin edilməsi məqsədilə imzaladığı fərmanla baş tutub.
Fərmana əsasən, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.
İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının və onların tabeliyində olan qurumların strukturu, işçilərinin say həddi, hüquqi vəziyyəti, vəzifə maaşları, əməyin ödənilməsi sistemi və xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri ilkin mərhələdə dəyişməz olaraq qalıb.
Nazirlər Kabinetinə iki ay müddətində İqtisadiyyat Nazirliyinin Əsasnaməsinin yeni layihəsini, barələrində nizamnamə kapitalındakı dövlət payının idarə edilməsi funksiyaları həyata keçiriləcək kommersiya təşkilatlarının siyahısını hazırlayaraq Prezidentə təqdim etmək tapşırılıb. Fərmanda qoyulan bu müddət artıq başa çatdığı üçün yaxın günlərdə İqtisadiyyat Nazirliyinin yeni əsasnaməsinin təsdiqlənməsi gözlənilir. Bundan əlavə, nazirlik tərkibində Vergilər Xidməti, Dövlət Əmlakının İdarə Olunması Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin strukturu müəyyənləşməli, onlara rəhbər təyin olunmalıdır.
Supernazirlik tərkibindəki Vergilər Xidməti, Dövlət Əmlakının İdarə Olunması Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin strukturu ile ilgili görsel sonucu
Qeyd edək ki, Prezident fərmanına əsasən, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının yeni əsasnamələri təsdiq edilənədək onlar öz fəaliyyətlərini mövcud əsasnamələri əsasında davam etdirməlidilər.
Fərmandan ötən 2 ay müddətində heç bir qurumda ixtisarlar, yaxud əvəzolunmalar qeydə alınmayıb. İqtisadiyyat naziri vəzifəsini Mikayıl Cabbarov tutur. O, oktyabrın 23-dək vergilər naziri olub. Əmlak Məsələləri Dövlət Komitəsinə başçılıq etmiş Kərəm Həsənov hazırda prezidentin köməkçisi-administrasiyanın dövlət nəzarəti məsələləri şöbəsinin müdiridir.
Xatırladaq ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Komitənin strukturuna ərazi şöbələri, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi, Təlim-Tədris Mərkəzi, Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Vergilər Nazirliyinin strukturuna baş idarələr, ərazi baş idarələri, ərazi vergi idarələri və rayon vergi şöbələri daxil idi.
İqtisadiyyat Nazirliyinin strukturunda isə nazirlik aparatı, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları, 9 regional bölmə var idi. Bundan əlavə, nazirliyin tabeliyində olub strukturuna daxil edilməyən İstehlak Mallarının Ekspertizası Mərkəzi MMC, Bakı Biznes Mərkəzi MMC, Təsərrüfat Müəssisəsi, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, Sumqayıt Kimya-Sənaye Parkı MMC, Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, nazirliyin təsisçisi olduğu AZPROMO, “Azərlotereya” ASC, səhmlərinin saxlanması və ya idarə olunması nazirliyə həvalə olunmuş “Təmiz Şəhər” ASC və Azərbaycan İnvestisiya Şirkəti ASC, nazirliyin Müşahidə Şurasının sədri olduğu və bəzi təsisçi səlahiyyətlərini həyata keçirdiyi “Azerigold” QSC və “Azərxalça” ASC kimi qurumlar da var.
Prezidentin sərəncamı ilə təsdiq olunmuş struktura isə İqtisadiyyat Nazirliyinin aparatı (şöbələr və sektorlar), Nazirlik yanında Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, nazirliyin regional bölmələri, həmçinin Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları daxil edilib. Nazirliyin strukturuna daxil edilməyən digər qurumlarla bağlı sərəncamlarda heç bir bənd nəzərdə tutulmadığına görə yeni əsasnamə ilə onların taleyinə də aydınlıq gələcəyi gözlənilir.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:27-12-2019, 11:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-12-2019, 11:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09