ABŞ Rusiyanı böyük faciədən qurtardı

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tamp arasında telefon danışığı olub.Virtualaz.org bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, V.Putin amerikalı həmkarına Rusiyada terror aktlarının qarşısını almağa kömək edən informasiyaya görə təşəkkürünü bildirib. İnformasiya xüsusi xidmət orqanlarının xətti ilə verilib.
Rusiya və ABŞ liderləri həmçinin qarşılıqlı maraq doğuran kompleks məsələləri müzakirə ediblər. Terrorla mübarizə sahəsində birgə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəlinib.
Bu arada RİA-Novosti həmin informasiyaya əsasən Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sankt-Peterburqda Yeni il şənlikləri zamanı insanların sıx toplaşdığı ərazidə terakt həyata keçirməyi planlaşdıran 2 nəfəri yaxaladığı barədə məlumat yayıb.
Qeyd olunur ki, Rusiya İstintaq Komitəsi “Cinayətə hazırlıq”, “Terrorizm” və “Terror qruplaşmasının tərkibində iştirak etmək” maddələri ilə cinayət işi başladıb.
Saxlanılan şəxslər Rusiya vətəndaşlarıdır.
Paylaş:
Müəllif : Redaktor
Tarix:29-12-2019, 22:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:29-12-2019, 22:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 12:52
Dünən, 12:39

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB