reklam
Regionxeberlericom.az » Siyasət » Həbs olunan icra başçısının hakim oğlu danışdı: - “Kimsə narahat olmasın”

reklam

Həbs olunan icra başçısının hakim oğlu danışdı: - “Kimsə narahat olmasın”


Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, hazırda həbsdə olan Nizaməddin Quliyevin hakim oğlu Ramin Quliyevin səhhətində yaranan problemlə bağlı bülletenə çıxdığı bildirilir.

Bir müddət əvvəl isə Nərimanov Rayon Məhkəməsində hakimin icraatında olan işlər ondan alınaraq başqa hakimlərə həvalə olunub.

Məsələni dəqiqləşdimək üçün Ramin Quliyevlə əlaqə saxladıq. O, Modern.az-a açıqlamasında mətbuatdan onu narahat etməməsini xahiş edib.

“Yaxşıyıq-pisik, işdəyəm, ya deyiləm. Buna görə kimsə narahat olmasın və məni də narahat etməyin”, - deyərək dəstəyi asıb.

Xatırladaq ki, Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyev 2019-cu ilin 19 dekabr tarixində Dövlət Təhlüləsizlik Xidmətinin əməkdaşları tərəfindən iş otağında həbs olunub. Daha sonra o, ölkə başçısının sərəncamı icra başçısı vəzifəsindən çıxarılıb.

Nizaməddin Quliyevin digər oğlu Ramal Quliyev özünün müraciəti əsasında Baş prokurorun müvafiq əmri ilə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində tutduğu vəzifəsindən azad olunub.


Paylaş:


Müəllif : Tarix:
16-01-2020, 12:03
Sikayət   


loading...
Загрузка...