“BU SƏHV İRANIN ÖZ BAŞINDA ÇATLAMALIDIR...” – “Gücün qarşısına güc çıxarmalısan, gücün yoxdursa xoş gəldin”
Yaxın Şərqdə baş verən hadisələrin geosiyasi tərəfilə yanaşı, beynəlxalq hüquq normalarına nə dərəcədə uyğun olması məsələsi də var.
“AzPolitika.info” hələ də dünyanın gündəmində olan İran mövzusunu beynəlxalq hüquq üzrə mütəxəssis, hüquq elmləri doktoru, professor, Prezident Administrasiyasının sabiq sektor müdiri Rüstəm Məmmədovla müzakirə edib.
Müsahibəni təqdim edirik:
- Rüstəm müəllim, beynəlxalq hüquq İran tərəfindən Ukraynaya məxsus təyyarənin vurulmasına görə hansı cəzanı nəzərdə tutur və bunun hansı nəticələri ola bilər?
- Təyyarənin, xüsusilə sərnişin təyyarəsinin vurulması böyük səhv olub. İndi İran dövləti ən azından bu təyyarə ilə bağlı təzminat ödəməlidir. Hazırda İran üzərində beynəlxalq hüquqdan irəli gələn məsuliyyət yaranıb. İrana müəyyən sanksiyalar və cərimələr tətbiq olunacaq. Bu, böyük problemdir. İran nəinki təyyarədə olan sərnişinlər, təyyarənin özü ilə bağlı da təzminat ödəməlidir. Baş verənlər İranın öz günahının nəticəsidir və buna görə də cəzasını çəkməlidir. Sərnişin təyyarəsini vurmağa heç kəsin haqqı çatmır. Bu təyyarə sərhədi pozmayıb, İran qanunlarını pozaraq özbaşına havaya qalxmayıb. Odur ki, bu siyasi və hərbi səhv İranın öz başında çatlamalıdır. İranı məcbur edib kompensasiya alacaqlar.
- Bu məsələyə beynəlxalq məhkəmədə baxıla bilərmi?
- İlk olaraq Ukrayna Beynəlxalq Aviasiya Təşkilatına ultimatum təqdim edəcək. Bundan sonra Beynəlxalq Aviasiya Təşkilatında məsələ qaldırılacaq və İrana qarşı tələblər qoyulacaq - kompensasiya tələbi. İran bunu ödəməsə, başı daha çox ağrıyacaq. İndiki halda İran təzminat məsələsindən boyun qaçıra bilməz.
- Sizcə, İran ətrafında yaşanan son hadisələr, xüsusilə Qasım Süleymaninin öldürülməsindən sonra yaşanan gərginlik hansı xətt üzrə davam edə bilər?
- Əslində, İran məsələsi yeni deyil. Açıq deyək ki, İranı çoxdan hədələyir, təhdid edirdilər. Amma İran bunları qulaqardına vurur və öz düşündüyünü həyata keçirirdi. İran bu saat Yaxın Şərqdə at oynadır. Bu da digər qüvvələrin xoşuna gəlmir. Odur ki, İranı məsuliyyətə cəlb etməyin yolu kimi ilk olaraq onun tanınan sərkərdəsini vurub sıradan çıxardılar. Bu mənada general Süleymaninin öldürülməsi bir növ İrana xəbərdarlıqdır.
- Bir ölkənin generalının başqa bir ölkədə terrorçu kimi öldürülməsi beynəlxalq hüquqda cinayət sayılırmı?
- Əslinə qalsa cinayət hadisəsi sayıla bilər. Xüsusilə də, əgər öldürülən şəxs sərhədi pozmayıbsa və olduğu ölkənin qanunlarını tapdamayıbsa. Ancaq digər tərəfdən, əgər bir dövlət kimisə terrorçu elan edibsə, ona qarşı belə addımlar atmasını əsaslandıra bilər. Və ən əsası, onun qanunsuz və ya qanuni şəkildə vurulmasının sübutu da çətindir. Bir tərədən, general heç bir qanunu pozmayıb və getdiyi ölkədə onun olduğu avtomobil raket zərbəsi ilə darmadağın edilib. Digər tərəfdən, ABŞ həmin generalı terrorçu elan edibsə, öz baxışlarına görə onu məhv etməkdə haqlıdır.
Bu gün terrorizmə qarşı mübarizə belə gedir. Məsələn, Türkiyə İraq ərazisinə daxil olaraq silahlı kürd terrorçulara zərbələr endirir. Və özünün bu addımlarına da haqq qazandırır. Fakr budur ki, terrorla mübarizə bu formada gedir. Heç kəsin rəyini, mövqeyini soruşmurlar və heç kəsdən də razılıq tələb edilmir.
- İran öz generalının öldürülməsini Haaqa Beynəlxalq Cinayət Məhkəməsində qaldıra, ABŞ-a qarşı iddia ilə çıxış edə bilərmi?
- Prinsipcə, İran tərəfi belə bir məsələni qaldıra bilər. Ancaq bununla heç nə həll edilməyəcək.
- Bəs İranın ABŞ-a cavab olaraq onun İraqdakı hərbi bazalarını atəşə tutmasını necə qiymətləndirmək olar?
- Bu kimi hərəkətlər əslində müharibəni alovlandırmağa xidmət edir. İran hazırda ABŞ-ın müharibə oyununa girişir. Fikrimcə, bu doğru deyil. Çünki belədə İranın özünün başı ağrıyacaq. İran heç bir halda ABŞ-la bacarmayacaq. General Süleymaninin öldürülməsi ilə əslində İrana xəbərdarlıq edildi. Yəni ki, özünü yığışdır.
- Sizcə, bu münaqişədə haqlı tərəf kimdir?
- Hesab edirəm ki, ABŞ doğru hərəkət edib. ABŞ-ın maraqlarına ciddi ziyan vuran, terrorçuluğu yayan bir adamı vurmaqla əslində terrorizmin kökünü kəsmək istəyirlər. Bu gün faktiki mübarizə müşahidə etdiyimiz şəkildə aparılır. Biz isə yalnız kənardan hadisələri şərh edirik.
- Süleymaninin fəaliyyəti barədə şəxsi düşüncəniz nədir?
- O, çox oyunlardan çıxıb. Zamanında Qarabağ məsələsində də hansısa fəaliyyətləri olub.
- Bir ölkənin generalının öldürülməsi halında dövlətlərin öz simasını qorumaq zərurəti ortaya çıxmırmı?
- Nə sima qorumaq? Boş söhbətdir. Gücün qarşısına güc çıxarmalısan, gücün yoxdursa, xoş gəldin. İran Yaxın Şərqdə nə qədər aktiv, nə qədər güclü olsa da, ABŞ-la bacarmayacaq.
- İranda xalqın yenidən ayaqlanması, etirazları müşahidə olunur. Bu etirazlar nədən xəbər verir və nəylə nəticələnə bilər?
- Əhali müharibə istəmir, İran hökumətini ağıllı yola çəkmək istəyir. Bu, dəqiqdir. İran əhalisi müharibəyə qarşıdır və indiki siyasətdən bezib.
Digər tərəfdən, İranda bahalaşma var, iqtisadi cəhətdən durğunluq müşahidə edilir. Əhali də real vəziyyəti görür və onun dəyişməsini istəyir.
- Sizcə, İranla bağlı müşahidə edilən gərgin situasiya Cənubi Qafqaza hansı təsirləri göstərə bilər?
- ABŞ İranı təhdid edir, ona müxtəlif yollarla təsir göstərir. Müharibə olsa, İran qaçqınlarına Azərbaycanda yer tapmayacağıq. 100 milyona yaxın əhalisi olan bir dövlətdir. Bunu zarafat saymayın. Suriya qaçqınları Türkiyəni, Hollandiyanı, Almaniyanı doldurdu. Bu, gözümüzün önündə olub. Allah etməsin ki, biz də belə bir situasiya ilə qarşılaşaq.
Paylaş:
Müəllif : Redaktor
Tarix:17-01-2020, 09:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:17-01-2020, 09:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16