Poroşenko-Zelenski savaşı: Ölkə uçuruma yuvarlana bilər
Debatlar Pyotr Poroşenko üçün çox vacibdir. Çünki birinci turun nəticəsinə görə o, Zelenskidən xeyli geridədir. Bu fərqi azaltmağın yolu isə yalnız debatlardan keçir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, bundan öncə Poroşenko rəqibini televiziya debatına dəvət etmişdi:
“Poroşenko bu debatlarda peşəkar siyasətçi kimi naşı Zelenski üzərində qələbə çalacağını düşünürdü. Zelenski debatdan imtina etmədi və tam əksinə, Kiyevin 100 minlik stadionunda debatlar keçriməyi və bunu bütün televiziya kanalları vasitəsilə yayımlamağı təklif etdi. Zelenski bununla debatlardan qaçmadığını və Poroşenko ilə debata çıxmağa hazır olduğunu göstərmiş oldu. Bundan sonra Poroşenko debatlar vasitəsi ilə xalqa özünün təcrübəli siyasətçi, qarşısındakının isə naşı olduğunu göstərməlidir. Amma məsələ burasındadır ki, Zelenski şoumendir və hazırcavablıq nümayiş etdirə bilir. Ümumiyyətlə, debatlarda Poroşenko qələbə çalsa belə, fərq o qədər çoxdur ki, Zelenskinin qalib gəlmə ehtimalı yüksəkdir”.
Politoloq vurğulayıb ki, Poroşenkonun seçkidə qələbə şansı çox azdır:
“Çünki Zelenski ilə Poroşenkonun səs fərqi 14,3%-dir (Zelenski 30,24%, Poroşenko isə 15,95% səs toplayıb – red). Digər tərəfdən ikinci tura keçə bilməyən müxalifət namizədlərinin səsləri də Zelenskiyə keçə bilər. Poroşenko bu iki həftədə insanlara sübut etməlidir ki, Zelenski hakimiyyətə gəlsə, ölkə uçuruma yuvarlana bilər. Amma bunu nə dərəcədə edəcəyi sual altındadır. Onun əhaliyə hansı şirnikləndirici vəd verəcəyini indidən demək çətindir. Doğrudur, ortada Gürcüstan nümunəsi var. Orada da Vaşadze birinci turda qalib gəlsə də, ikinci turda bunu təkrarlaya bilmədi. Ukraynada da Gürcüstan ssenarisinin təkrarlanması ehtimalı var. Amma bu, çox aşağı ehtimaldır”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:4-04-2019, 13:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:4-04-2019, 13:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39