YASAMALDA “17 SAYLI TOQQUŞMA” – Heç kim rəqibinə rəqib demir...
Növbədənkənar parlament seçkilərində kəskin mübarizə gedəcəyi gözlənilən və güclü namizədlərin təmsil olunduğu dairələrdən biri də 17 Saylı Yasamal Üçüncü Seçki Dairəsi sayıla bilər. Bu dairədən Respublikaçı Alternativ Partiyası (ReAL) vəkil Cavad Cavadovun, Yeni Azərbaycan Partiyası Elnur Allahverdiyevin, Vətəndaş və İnkişaf Partiyası (VİP) isə partiyanın sədri Əli Əliyevin namizədliyini irəli sürüb. Həmçinin, bu dairədən ReAL-ın keçmiş rəhbərlərindən biri, gənc siyasətçi Azər Qasımlı da namizəddir. Namizədlərin bir-birinə olan münasibəti də göstərir ki, bu dairədə adaylar arasında kəskin rəqabət mövcudur.
“AzPolitika.info” 17 saylı dairədə mübarizə aparan 3 iddialı namizədin – Azər Qasımlı, Cavad Cavadov və Əli Əliyevin seçki kampaniyası ilə bağlı fikirlərini öyrənib.
"Elə namizədlər var ki, bir siyasi partiyadan daha güclüdürlər..."
Azər Qasımlı hesab edir ki, bu dairədən onun əsas rəqibi Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Elnur Allahverdiyevdir. O, bildirib ki, Elnur Allahverdiyevdən başqa bu dairədən heç kimi özünə rəqib görmür.
Qasımlı ReAL tərəfindən namizədliyi irəli sürülən vəkil Cavad Cavadov haqqında isə danışmaq istəməyib: “Cavad Cavadov Azərbaycan Respublikasının vətəndaşıdır və seçkilərdə iştirak hüququ var. Namizədliyini irəli sürüblərsə, Allah canlarını sağ eləsin. Başqa heç nə. Onun mənə alternativ olub-olmadığını kənardan baxan müşahidəçilər və seçicilər müəyyən edə bilər. Əlbəttə, insanlar fevralın 9-da öz fikirlərini deyəcəklər. Amma kənar müşahidəçilər bu dairədən kimin favorit, kimin zəif olduğunu müəyyən edə bilir. Mənə görə, bu dairədən favorit namizəd mənəm. Əslində, hamıya görə bu belədir. Müstəqil və obyektivliyi olan adamlar belə dəyərləndirirlər. Firqə maraqları olan şəxslər isə şübhəsiz ki, fərqli düşünəcək, çünki maraqlı tərəflərdir. Vəkilin Respublikaçı Alternativ Partiyas tərəfindən irəli sürülməsi də onların öz işidir. Mən bu işlərə qarışmıram. Rəqibin arxasında hansısa siyasi qüvvənin dayanması məni çəkindirmir. Elə namizədlər var ki, bir siyasi partiyadan daha güclüdürlər. Mən də belə namizədlərdən biriyəm və bunu da işimlə sübut edirəm”.
Azər Qasımlı əlavə edib ki, bu dairədən hakim partiya tərəfindən irəli sürülən namizəd Elnur Allahverdiyev fəxri konsuldur: “Bununla bağlı MSK-ya şikayət göndərilib və hazırda MSK-nın reaksiyasını gözləyirik. Bu şikayəti mən etməmişəm, amma bunu edənləri dəstəkləyirəm. Mənə də maraqlıdır ki, bu namizədin başqa bir dövlət qarşısında öhdəliyi var, ya yoxdur? Qeyd edim ki, Cavad Cavadov və digər namizədlərlə əlaqəmiz yoxdur. Əslində, onların hansı resurslarla malik olduğunu da bilmirəm”.
"Bu dairədən özümə rəqib görmürəm"
Vəkil Cavad Cavadov isə müxbirimizə deyib ki, rəqiblərinin adını açıqlamaq, onlar haqqında danışmaq niyyəti yoxdur: “Bu, onların reklamı olardı. Niyə onları reklam edim? Bu dairədən mən özümə rəqib görmürəm”.
Namizəd bildirib ki, bu dairədən onun rəqibi yalnız YAP siyahısı üzrə irəli sürülən şəxs ola bilər: “Buna səbəb həmin şəxsin insanlar arasında olan gücü deyil, arxasında inzibati resursların olmasıdır”.
“Mən hazırda aktiv təşviqatla məşğulam” deyən Cavad Cavadov bildirib ki, rəqibləri onu maraqlandırmır: “Məqsədim seçkilərdə qalib gəlməkdir. Bu dairədən rəqibim olmadığını dedikdə ciddi arqumentlərə əsaslanıram. Əvvəla, məni bu ərazidə çox yaxşı tanıyırlar. Hazırda insanlarla görüşdəyəm. Bu ərazidə hər 3-4 nəfərdən biri məni tanıyır. Məsələn, sizə deyim ki, Hacı Cavad məscidi söküləndə mən orada insanlarla birlikdə olmuşam. O zaman nə parlament seçkiləri, nə də indiki namizədlər var idi. Bu ərazidə çoxlu sayda insanların hüquqlarını müdafiə etmişəm. Çoxlu mömin insanların vəkili olmuşam. Burada dindar çevrə də var. Mən evləri sökülən vətəndaşların vəkiliyəm. Bir sözlə, gördüyüm xeyirxah işlər səbəbindən təkcə burada deyil, ölkənin çox yerində tanınıram. Bu ərazidə isə daha çox tanınıram. Bu səbəbdən də namizəd olduğum dairədə mənimlə rəqabət aparacaq rəqib tanımıram. Və onların da adını çəkmək haqqında düşünmürəm”.
Cavad Cavadov əlavə edib ki, hazırda iş aparır, MSK-ya şikayətlər yazır: “Mən rəqiblərimdən narahat deyiləm. Yazın ki, namizəd Elnur Allahverdiyev seçicilərini aldadır. Məsələn, MSK-ya məlumat verib ki, Sloveniyanın fəxri konsulu deyil, amma paylaşdığı bukletlərdə qeyd edib ki, Sloveniyanın fəxri konsuludur. Özü barədə yalan məlumatlar verib. Azər Qasımlı bunu deyibsə, qoyun bir kənara. Bu məsələni mən qaldırmışam, MSK-ya mən müraciət etmişəm. Yəni mən real iş aparıram”.
"Rəqiblərim zəifdirlər"
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə bildirir ki, onun təbiğat-təşviqat prosesi normal gedir və seçicilərlə birbaşa ünsiyyət mövcuddur: “Kampaniyanın sonuna qədər seçicilərlə görüşlərimiz davam edəcək”.
VİP sədri əlavə edib ki, onun üçün rəqiblərinin fərqi yoxdur: “Əslində rəqib elə rəqibdir. Ən zəif rəqibə də hörmətlə yanaşmaq lazımdır. Sözsüz ki, resursları fərqli olan namizədlər var. Konkret mənim üçün bu dairədən namizəd olan rəqiblərimin heç biri təhlükəli deyil. Çünki onlar siyasi baxımdan zəifdirlər, debatlardan yayınırlar. Bəzən qeyri-qanuni və çirkli kampaniyalara da rast gəlinir. Sözün açığı, mənim rəqiblərimin içərisində təcrübəli siyasətçi olmadığından belə düşünürəm. Rəqiblərim siyasətçi kimi zəifdirlər”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:30-01-2020, 20:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:30-01-2020, 20:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16