YAP-ın veteranları niyə təbliğat aparmır?
Növbədənkənar parlament seçkilərində partiyaların iştirakı olduqca zəif təsir bağışlayır. Tanınmış müxalifət təşkilatlarının strukturlarının dağılması, maliyyə imkanlarının olmaması, üzvlərinin yorulub kənara çəkilməsi onların ciddi siyasi proseslərdə aktiv iştirakını əngəlləyir. Hazırda davam edən seçki kampaniyasında onların faktiki görünməməsini bu səbələrlə izah etmək olar.
Bəs 1993-cü ildən iqtidarda olan Yeni Azərbaycan Partiyası (YAP) niyə seçkilərdə zəif iştirak edir? Partiyanın 750 min üzvü, güclü maliyyə imkanları, eyni zamanda xidmətində duran böyük inzibati güc var.
Xatırladaq ki, YAP KİV-də seçki təbliğatından imtina edib və bundan sonra İctimai Televiziyadan (İTV) başqa bütün telekanallar seçki təşviqatında iştirak etməyəcəklərini açıqlayıblar. İTV isə seçki təşviqatına elə astronomik qiymət qoyub ki, heç bir namizəd bu telekanalın qapısını döyə bilməz.
Əslində büdcədən maliyyələşən, ictimai maraqları qorumalı, ölkənin siyasi həyatında ən vacib hadisə sayılan seçkilərin bütün iştirakçılarını, obyektiv, hərtərəfli işıqlandırmalı olan kanalın bu addımı ciddi qanun pozuntusu olmaqla bərabər cəmiyyətə açıq hörmətszilikdir. YAP təşviqatdan imtina etməklə bu hörmətsizliyi stimullaşdıran əsas siyasi təşkilatdır.
Seçki kampaniyasının iki həftəsi geridə qalsa da, hakim partiyanın siyahısında olan əksər tanınmış üzvləri “əllərini ağdan-qaraya vurmurlar”. Nə seçicilərlə görüş keçirir, nə təbliğat materialları yayır, nə də prosesə hədəflənmiş başqa bir fəaliyyətlə məşğul olurlar.
Siyavuş Novruzovla Eldar İbrahimovun arxayınçılığı
Məsələn, YAP-ın Naxçıvandan irəli sürdüyü, partiyanın əsas simalarından olan Siyavuş Novruzovla Eldar İbrahimovun seçki təşviqatına nəzər salaq. Ömrünün 20 ilini parlament kürsülərində keçirən komitə sədrlərinin kampaniyası ilə bağlı hər hansı informasiya yoxdur. Bu fəaliyyətsizlik nə ilə izah oluna bilər? Onların cəmiyyətdən böyük dəstəyi iləmi? Əlbəttə, yox. Onları əmin-arxayın salan seçkidə ənənəvi "qələbə mexanizmi"dir. Həmin dairələrdən nə real alternativləri var, nə də başqa bir əngəl. Ötən seçkidə necə deputat seçiliblərsə bu dəfə eyni qayda ilə mandat alacaqlar. Beləliklə, daha 5 il cəmiyyət Siyavuş Novruzovun, Eldar İbrahimovun ABŞ-a, Avropaya, müxalifətə demokratiya dərsi keçməsinin şahidi olacaq.
Seçicilərinə hörmət qoymayan Səməd Seyidov AŞPA-nı ittiham edir
YAP-ın başqa tanınmış üzvlərindən olan Səməd Seyidovun namizəd olduğu 107 saylı Qazax Seçki Dairəsində isə vəziyyət bir qədər fərqlidir. Bütün icra strukturları Səməd müəllimin "qalib gəlməsi" üçün səfərbər olunub. Onun əsas rəqibi Qazaxda tanınmış Göyüşovlar nəslinin nümayəndəsi, ictimai fəal Ramil Göyüşovdur. Seçki təbliğatı başlayandan onun seçicilərlə görüşləri əngəllənir, əhaliyə hədə-qorxu gəlinir, təşviqat materialları cırılır. S.Seyidov isə "işlərinin çoxluğundan" cəmi bir dəfə Qazağa səfər edib, yerli icra hakimiyyəti ona tələm-tələsik bir görüş təşkil edib. Bununla da onun seçki kampaniyasında iştirakı başa çatıb.
Səməd Seydov Azərbaycanın Avropa Şurasındakı Nümayəndə Heyətinin rəhbəridir. Bu günlərdə qurumun sessiyasında iştirak edərkən o, AŞPA-nın böhran içərisində olduğunu bəyan etmişdi. S.Seyidovun öz seçicilərinə qarşı sayğısızlığı ilə Avropada verdiyi bəyanatları bir araya gətirib müqayisə etdikdə, qəribə mənzərə yaranır.
Nizami Cəfərovun yüksək "mədəniyyət" nümayişi
YAP-ın başqa bir tanınmış siması, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov 108 saylı Ağstafa Seçki Dairəsindən namizəddir. Bu günə qədər onun dairə ərzisindən tək bir fotosu çəkilib, nə seçicilərlə görüşü olub, nə də təşviqat materialları yayılıb. N.Cəfərov kifayət qədər mədəni insan olsa da, seçicilərinə qarşı bu nəcib keyfiyyətlərini nümayiş etdirmir. O da partiyadaşları kimi "deputat seçdirən" mükəmməl mexanizmin qüdrətinə güvənir.
Hüseynbala Mirələmovun rahatlığını heç bir qüvvə poza bilməz
33 saylı Xətai birinci Seçki Dairəsindən YAP-ın namizədi Hüseynbala Mirələmovdur. Dairədə onun bir neçə rəqibi ölkədə tanınmış şəxslərdir, həm sosial mediada, həm də ərazidə aktiv seçki kampaniyası aparırlar. Amma rəqiblərinin bu aktivliyi Hüseynbala müəllimi qətiyyən narahat etmir. O, seçki təbliğatının heç bir formasından istifadə etmir. Sosial mediada sonuncu paylaşımı isə ötən ilin 13 dekabrında Nərgiz Paşayevaya doğum günü təbriki yazmaqdan ibarət oub. Biznesmen, yazıçı, uzun illərdir, parlamentdəki kürsüsündə mürgüləyən H.Mirələmov rahatlığını seçki kimi "xırda şeylərə" görə pozmaq niyyətində deyil. Ümumiyyətlə, özü haqqında elə təəssürat formalaşdırıb ki, simasında əks olunan komfort həyatın cizgilərini heç bir qüvvə dəyişə bilməz.
Madər Musayevin deputatlığının otuz illiyidir
1990-cı ildən Azərbaycan Ali Sovetində, daha sonra fasiləsiz olaraq Milli Məclisdə arxa sırada əyləşən, 10 saylı Binəqədi üçüncü Seçki Dairəsindən yeddinci dəfə deputatlığa namizəd Madər Musayev həmkarlarından bir qədər fərqlənir. İnternet resurslarında onun seçki qərargahı yaratdığı barədə informasiya var. Məlumatlarda qeyd olunur ki, qərargah seçicilərlə 27 görüş keçirib. Amma bu görüşləri əks elətdirən fotoların heç birində Madər müəllim yoxdur. Belə məlum olur ki, seçicilərlə görüşməyə özü getmir, vəkillərini göndərir.
Madər Musayev ölkədə tanınmış biznesmendir, onun 30 illik parlament fəaliyyəti yalnız bir faktla məşhurdur. Üç onilliyə çatan deputatlıq dövründə o Milli Məclisdə yalnız bir dəfə çıxış edib və onda da ona soyuq olduğunu deyib, texniki işçilərdən "fortuçkanı" bağlamağı xahiş edib. Əlbəttə, Madər müəllim də dalbadal deputat olmaq üçün "Amerika kəşf etməyib", həmkarlarının mandat əldə etmək texnologiyasından yararlanıb.
İşlər hələ yaxşı gedir, amma...
YAP-ın seçki kampaniyası aparmayan namizədlərinin sayını kifayət qədər uzatmaq olar. Həmin dairələrdə də təxminən yuxarıda təsvir olunan mənzərə təkrar olunur. Hakim partiya funksionerlərinin seçkilərə barmaqarası yanaşması şübhəsiz ki, seçki sistemi, ümumiyyətlə siyasi sistemlə bağlıdır. Uzun illərdir qanunverciliyin sərtləşdirilməsi, çoxpartiyalı sistemin sıradan çıxarılması YAP-ı alternativsiz qoyub.
Siyasətdə rəqabət mühitinin olmaması başqa siyasi təşkilatlarla yanaşı elə hakim partiyanı da arzuolunmaz duruma salıb. YAP-ın deputat siyahısına nəzər yetirdikdə partiyanın olduqca aşağı siyasi imkanlara malik olduğu üzə çıxır. Bu təşkilatda siyasi inkişaf yoxdur, 25-30 il əvvəl elitaya yerləşən, oliqarxa çevrilən şəxslər gənclərin irəli çıxmasına imkan vermir. Belə vəziyyət monoton siyasi şəraitdə əlverişlidir, amma bir gün Azərbaycan siyasi həyatında rəqabət yaransa, YAP onun əsas iştirakçılarından biri olmaqda çətinlik çəkəcək.
Paylaş:
Müəllif : Redaktor
Tarix:1-02-2020, 10:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:1-02-2020, 10:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09