Diplomatlar Qarabağ “düyünü”nü aça bilməsə... - onu Azərbaycan Ordusu kəsəcək
Qarabağa dair sülh danışıqlarında pauza davam edir. Sükutun nə vaxt pozulacağı hələ ki dəqiq məlum deyil. Bəzi iddialara görə, erməni tərəf işğal altındakı Dağlıq Qarabağda bu ayın sonunda nəzərdə tutulan növbəti “prezident və parlament seçkiləri” şousunu gözlədiyi üçün konstruktiv danışıqlara can atmır. Ancaq nəticəsini heç kimin tanımadığı və tanımayacağı bu saxta, qeyri-legitim seçkilər olsa da, olmasa da, fakt budur ki, Ermənistanın indiki rəhbərliyi də sülh danışıqlarında realist mövqeyə köklənməyə can atmır və sələfləri kimi vaxtı uzatmağa çalışır.
Təəssüf ki, bu məsələdə təcavüzkar ölkənin əsas müttəfiq və himayədarı rolunda çıxış edən Rusiya da İrəvana təsir və təzyiq göstərib, onu “daşı ətəyindən tökməyə” məcbur eləmir. Buna səy eləmir. Ötən illər ərzində Moskvadan yalnız “Bakı və İrəvan razılaşsın, biz qarant olaq” kimi şablon və quru bəyanatlar eşitmişik.
*****
“Dağlıq Qarabağ münaqişəsində vəziyyət, yumşaq desək, sadə deyil”. Bu sözləri Moskva-Vyana videokörpüsündə çıxış edən Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib. Qarabağ münaqişəsinin nizamlanmasındakı vəziyyət və münaqişənin həlli prosesində yaxın vaxtlarda hansısa konkret tədbirlərin görülüb-görülməyəcəyi ilə bağlı sualı cavablandıran rusiyalı diplomat vəziyyətin sadə olmadığını bildirib.
“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra müşahidə etdiyimiz tendensiyalara gəlincə, bu haqda danışmaq mənim üçün hələlik çətindir. Mövzu mürəkkəb, çoxşaxəlidir. Bu mövzu ilə ATƏT-in Minsk Qrupunun həmsədrləri məşğul olur, regiona səfər edir, fəaliyyətdə olan sədrə məruzə edirlər. Yaxın vaxtlarda həmsədrlərin Minsk Qrupu iştirakçılarını məlumatlandırmaq üçün Vyanaya səfərini gözləyirik. Əlbəttə ki, vəziyyət, yumşaq desək, sadə deyil. Ancaq böyük insidentlər yoxdur, silahlı fəaliyyət geridə qalıb. Fikrimcə, bunu ATƏT daimi şurasında müzakirələrlə mühakimə edə bilərəm. Münaqişə tərəfləri arasındakı mübahisə bir az soyuyub. Mənə elə gəlir ki, tərəflər siyasi tənzimləmənin parametrləri ilə bağlı ciddi müzakirələr aparmaq üçün əlavə imkanlardan istifadə etməyə çalışacaqlar. Sizi də bütün 57 iştirakçı dövlətin dəstəyindən istifadə edən ATƏT-in Minsk Qrupu həmsədrləri ”üçlüyünün" razılaşdırılmış bəyanatlarına yönləndirərdim", - deyə Lukaşeviç vurğulayıb.
Əlbəttə, danışıqlarda qəliz vəziyyətin yaranmasında məsuliyyətin böyük hissəsi Rusiyanın üzərindədir. Çünki Moskva nəinki vasitəçi qismində öz neytrallığını və qərəzsizliyini gözləmir, üstəlik, Ermənistanı himayə eləməklə, Azərbaycanın öz ərazi bütövlüyünü güc yolu ilə azad eləməsinə mane olur. Eyni zamanda əlində İrəvana ciddi təzyiq rıçaqları ola-ola, konfliktin dinc yolla həllinə töhfə vermək istəmir. Digər iki vasitəçi dövlətin - ABŞ və Fransanın isə Rusiya qədər problemin həllinə təsir imkanları yoxdur.
Bütün bunlara rəğmən, Azərbaycan təbii ki, öz haqq işini, münaqişənin ədalətli həlli üçün Qarabağ həqiqətlərini dünyaya çatdırmaqda davam edəcək. Bunu son olaraq, Azərbaycan prezidenti İlham Əliyev martın 10-da parlamentin yeni tərkibinin ilk iclasında çıxışı zamanı bir daha bəyan elədi. Dövlət başçısı xüsusi vurğuladı ki, hamı, o cümlədən Milli Məclisin deputatları Dağlıq Qarabağ konflikti ilə bağlı olan bütün təşkilatlarda fəal olmalı, hücum diplomatiyası aparmalıdır.
Sitat: “Əlbəttə ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan bütün təşkilatlarda biz fəal olmalıyıq, hücum diplomatiyası aparmalıyıq. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Xocalı soyqırımı haqqında. Artıq 10-dan çox ölkənin parlamenti bunu rəsmən tanıyıb. Bu proses davam etdirilməlidir və deputatlar bu prosesdə fəal olmalıdırlar. Çünki bu qərarların qəbul edilməsində dövlət qurumları böyük dərəcədə əsas rol oynayırlar. Ona görə parlament fəal olmalıdır. Bu, artıq beynəlxalq münasibətlər çərçivəsində qəbul edilmiş faktdır. Ermənistan tərəfinin çox yersiz, yalançı, cılız cəhdləri Münhen Təhlükəsizlik Konfransında özünü göstərdi və bir daha onları ifşa etdi. Çünki onların bütün tarixi saxtadır. Onlar tarixi Azərbaycan torpağında dövlət qurublar, əfsuslar olsun ki, bizim Azərbaycan Xalq Cümhuriyyətinin köməyi ilə. İndi bütün tarixi adlarımızı dəyişdirib bizim tariximizi, abidələrimizi özününküləşdirmək istəyirlər. Ona görə deputatlar daim bu məsələni qaldırmalıdırlar”.
*****
Qarabağla bağlı təbliğatını müstəsna olaraq yalanlar üzərində quran işğalçı Ermənistanda isə bu arada Türkiyə-Rusiya münasibətlərindən dolayı yaşanan xof davam edir. Düşmən ölkənin ekspert çevrələrində belə bir fikirlər dolaşır ki, Ankara-Moskva münasibətləri özünü Güney Qafqazda, konkret olaraq Dağlıq Qarabağ məsələsində erməni maraqlarının zidd olaraq göstərə bilər.
“Ermənistan üçün ən mühüm və real problemlərdən biri - Qarabağda hərbi eskalasiyadır”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri erməni siyasi icmalçı Andranik Tevanyan deyib.
“Biz baş verənlərə heç cür təsir göstərə bilmirik. İstisna deyil ki, Ankara və Moskva bir-biri ilə başqa ərazilərdə də rəqabət aparmağa cəhd edəcək. Həmin ərazilərdən biri Qarabağdır. Biz buna hazırıqmı?”, - deyə erməni ekspert sual edib. Onun sözlərinə görə, Ermənistan üçün hazırda ikinci problem koronavirusun sürətlə yayılması ilə bağlıdır.
Digər erməni politoloq Suren Sərkisyan isə əmindir ki, yaxın vaxtlarda Dağlıq Qarabağ konfliktinin nizamlanması prosesində ciddi dəyişikliklər baş verəcək. Bu barədə o, özünün facebook səhifəsində yazıb.
“Əgər erməni tərəfinin razılığı olmasaydı, ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ilə görüşməzdilər. Həmsədrlərin görüşü onun (icmanın - red.) statusunu qanuniləşdirdi və digər şeylərə ”yaşıl işıq" yandırdı. Erməni tərəfi də eyni cür hərəkəti etdi və “DQR”in nümayəndəsini irəli sürdü ki, balans yaransın. Onu da qeyd edək ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndəsi ilə görüşüb", - deyə Sərkisyan statusunda yazıb.
Yada salaq ki, bundan qabaq ABŞ-ın ölkəmizdəki səfiri də Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüşmüşdü. Erməni politoloq Suren Sərkisyan isə az öncə verdiyi açıqlamada demişdi ki, Azərbaycan prezidenti İlham Əliyev Tural Gəncəliyevi azərbaycanlı icmanın rəhbəri təyin eləməklə erməni tərəfinin mövqeyinə ciddi zərbə vurmağı bacarıb: “Azərbaycanın dövlət başçısı erməniləri ”iki icma" statusuna razı salmaqla onları bundan sonra öz müqəddəratını təyin etmə hüququna istinaddan məhrum edib. Ermənilərin manevr üçün məkanlarını müstəsna olaraq, BMT-nin və Helsinki Yekun Aktının əsas müddəaları çərçivəsinə sala bilib. Həmsədrlərin və səfirlərin Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ilə görüşləri isə bir daha yuxarıdakı arqumentləri təsdiqləyir".
*****
Erməni tərəfinin təlaşı əsaslıdır. Ona görə ki, illərdir rəsmi İrəvan Qarabağdakı bir ovuc ermənini münaqişənin müstəqil tərəfi kimi təqdim edib işğalçı yarlığından qurtulmaq, konfliktin guya Azərbaycana qarşı ərazi iddiasından deyil, Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmə haqqı uğrunda mübarizəsindən qaynaqlandığını iddia edir. Guya Azərbaycan ərazilərini də Ermənistan yox, Dağlıq Qarabağın mifik “özünü müdafiə qüvvələri” işğal edib.
Təbii ki, bu nağıllara heç kim inanmır. BMT Təhlükəsizlik Şurasının, AŞ PA-nın, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmamaq Hərəkatının qəbul elədiyi qərar və qətnamələrin hamısında Ermənistan işğalçı kimi göstərilir, hansısa üzdəniraq “özünü müdafiə qüvvələri” haqda heç nə deyilmir. Eləcə də ATƏT-in Minsk Qrupunun mandatında Dağlıq Qarabağ konfliktinin münaqişə tərəfləri qismində haqlı olaraq Ermənistan və Azərbaycan, maraqlı tərəflər kimi isə Dağlıq Qarabağın azərbaycanlı və erməni icması göstərilib.
Bu, həm də o deməkdir ki, Azərbaycan öz ərazi bütövlüyünü istənilən yolla bərpa eləmək hüququna malikdir. Diplomatlar Qarabağ “düyünü”nü açmazsa, onu Azərbaycan Ordusu kəsəcək... //musavat.com//
Paylaş:
Müəllif : Yazar
Tarix:13-03-2020, 09:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-03-2020, 09:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16