Yeni deputat 20 nəfəri öz himayəsinə götürdü: Ərzaqla təmin edəcək
"Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19 koronavirusu pandemiya elan edib. Bununla bağlı ölkəmizdə virusun qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir”.
“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin gənc deputatı Nigar Arpadarai sosial şəbəkə hesabında yazıb. O, bildirib ki, ÜST-nın statistikasına görə virusa yoluxmuş yaşlı (60+) və immun sistemi zəif olan insanların yoluxmadan sonra müalicəsi ağır keçir və təəssüf olsun ki, letal nəticələrin böyük bir hissəsi bu qrup insanları əhatə edir.
“Qeyd olunanları nəzərə alaraq, belə insanların müdafiəsi üçün görüləcək tədbirlərlə əlaqədar, AR Milli Məclisinin deputatı qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə mənim tərəfimdən ilk sorğu göndərilir.
Dövlət, şübhəsiz ki, xəstəliyin yayılmasına qarşı tədbirlər görməkdədir, lakin kütləvi yoluxma təhlükəsi olduqda, məsuliyyətin böyük bir hissəsi vətəndaşların da üzərinə düşür. Məhz buna görə mən, vətəndaş mövqeyindən çıxış edərək, imkanım daxilində Səbail rayonu ərazisində yaşayan, ailə himayəsindən məhrum olan, səhətində problemi olan 20 nəfər vətəndaşı ilkin tələbat ərzaq və sanitar məhsullarının evə təchizatı üçün öz himayəmə götürürəm.
Bu insanların yoluxma riskini azaltmaq məqsədilə, onlarla daim əlaqə saxlanacaq, günaşırı ərzaq və sanitar vasitələrlə təmin olunacaqlar.
Həmvətənlilərimi öz həyət və məhəllərində də belə xidmət təşkil etməyi çağırıram. Hətta bir yaşlı və yaxud problemli səhəti olan qonşunuza çörək almaqla, onun evdən çölə çıxmasının qarşısını almış olursunuz. Beləliklə yoluxma riskini azaldırsınız, perspektivdə isə, bəlkə də, həyatını xilas etmiş olursunuz!
Əgər pandemiya reallıqdırsa, o zaman gəlin bu reallığı sosial müəsuliyyətimizin sınağına çevirək! Gəlin bizim xalqa məxsus açıqürəkliliyi və yaşlı nəslə olan qayğıkeşliyi bir daha nümayiş edək. Bu sınaqdan panikaya uğramadan birlikdə ləyaqətlə çıxaq!
Özünüzdən müğayət olun!”.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-03-2020, 13:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-03-2020, 13:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39