Qarabağda qondarma “seçkilərin” favoritləri: “Bir qarış da olsun torpaq vermərik...” - BAKININ BUNA CAVAB VARİANTI VAR
İşğal altındakı Dağlıq Qarabağda qondarma “prezident seçkiləri” kampaniyasının əsas favoritləri “bir qarış da olsun torpaq qaytarmamaq” şüarlarından çıxış edirlər.
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, qondarma “dqr hökumətinin” keçmiş rəhbəri, yerli oliqarx Araik Arutyunyan münaqişənin həllinin yaxın vaxtlarda mümkün olmayacağını deyir və işğal altındakı ərazilərdə kənd təsərrüfatı işlərini genişləndirəcəyini vəd edir.
“Arminfo” agentliyinin “Münaqişə necə həll edilməlidir?” sualına cavab olaraq Araik Arutyunyan deyib: “Bizim yanaşmamız belədir-düşmənə bir qarış da olsun torpaq qaytarmaq olmaz. Münaqişənin digər nizamlama variantını mən görmürəm”.
Arutyunyan onu da deyib ki, “prezident” seçilərsə işğal edilmiş ərazilərdə bağçılığı genişləndirmək, sonrakı 5 ildə 10 min hektar ərazidə meyvə bağları saldırmaq niyyətindədir.
“Dqr prezidentliyinə” digər iddiaçı, keçmiş səhra komandiri və general Vitali Balasanyan isə daha “diplomatik” danışıb. Deyib ki, Azərbaycanla danışıqlar prosesində erməni tərəfinin başlıca məqsədi “hərtərəfli sülh razılaşmasının” imzalanması olmalıdır. Onun fikrincə, yalnız sülh müqaviləsinin imzalanmasından sonra danışıqlar masasına oturub hansısa məsələləri həll etmək olar.
Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin “bir qarış da olsun torpaq qaytarmamaq” ritorikası əslində yeni deyil. Lakin məsələ bundadır ki, bu yanaşma əvvəllər hansısa səhra komandirləri və ifrat populistlər tərəfindən ortaya qoyulurdusa indi Ermənistanın rəhbərliyi də faktiki olaraq belə avantürist yanaşmadan çıxış etməkdədir. “Bir qarış da olsun torpaq qaytarmamaq” şüarı baş nazir Paşinyanın komandasının üzvləri və müxtəlif formalarda onun özü tərəfindən də dəfələrlə irəli sürülüb. Ona görə də bu vəziyyət rəsmi Bakının münaqişənin həllinə dair yanaşmasında bəzi korrektələri zəruri edir. Nə qədər ki, Ermənistanda və işğal altındakı ərazilərdə “bir qarış da olsun torpaq qaytarmamaq” barədə danışanlar var, Azərbaycan tərəfinin buna cavabı belə ola bilərdi: Dağlıq Qarabağ üçün heç bir status nəzərdə tutmur və bu region da ətraf ərazilərlə birlikdə, heç bir yüksək muxtariyyət statusu almadan Bakının nəzarəti altına qaytarılmalıdır.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-03-2020, 11:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-03-2020, 11:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39