ReAL-çı deputata hücumların səbəbi nədir - özü və partiyası açıqladı
ReAl Partiyasının parlamentdəki yeganə üzvü Erkin Qədirliyə deputatlıq fəaliyyətinə başladığı gündən aramsız tənqidlər, hücumlar olur, hətta təhqirə yol verilir. İnsafən, Milli Məclisin ən aktiv, sosial mediada daim hesabat verən üzvlərindən olan E.Qədirlinin indiyə qədər antixalq, antiseçici çıxışı, təşəbbüsü də qarşımıza çıxmayıb.
Əksinə, çıxışlarında əhalinin maraqlarına uyğun təkliflər irəli sürür. Bununla belə, deputat Qədirliyə qarşı bir kampaniya, hücum piarı müşahidə edilir.
Əvvəlcə onu mandatdan imtinaya çağırırdılar, bəziləri saxta yolla seçildiyini söyləyirdilər, ardınca Milli Məclisdə Mərkəzi Seçki Komissiyası sədri Məzahir Pənahovdan mandatını alarkən çəkilmiş fotosunu sosial mediada paylaşaraq məsxərəyə qoydular, bugünlərdə isə parlamentdəki bir çıxışı sərt tənqid edilir. Sosial şəbəkə istifadəçiləri qeyd edirlər ki, E.Qədirlinin açıqlaması biabırçılıqdır.
Sitat: “Sosial şəbəkələr və digər məlumat məkanları yoxlanılmamış, təxribatsayağı yalan məlumatlarla doludur. Ciddi məlumatları şit zarafata çevirirlər. Yalanın qarşısına həqiqətlə çıxmaq lazımdır. Ən çətini inandırıcılıqdır”.
Erkin Qədirli: “Yaraşdırmadığım gümanların yayılmasına çox üzüldüm”
“Yeni Müsavat” xəbər verir ki, E.Qədirli özü facebook-da aydınlıq gətirərək bu çıxışının kəsildiyini, kontekstdən çıxarıldığını yazıb.
Onun sözlərinə görə, kontekstdən qoparılmış cümlələr yazılıb, onlar da yanlış yozumlara yol açıb:
“Söylədiklərimlə bağlı ağlıma gətirə bilmədiyim, özümə yaraşdırmadığım gümanların yayılmasına çox üzüldüm. Heç gözləməzdim.
Bu, nə başlıqdır? Bu, nə xəbərdir? Başlıqda mənim adım getsə də, içində başqaların dediklərindən yazıblar, axırda da mənim adımdan bunları əlavə ediblər:
“Sosial şəbəkələr və digər məlumat məkanları yoxlanılmamış, təxribatsayağı yalan məlumatlarla doludur. Ciddi məlumatları şit zarafata çevirirlər. Yalanın qarşısına həqiqətlə çıxmaq lazımdır. Ən çətini inandırıcılıqdır”.
Mən belə danışmamışam axı. Cümlələr mənimdir, amma bu məqalədə onların arasında rabitə yoxdur, arada önəmli parçaları kəsiblər. Üstəlik, konteksti unudublar.
Koronavirusla bağlı yayılan məlumatlar kontekstində hökumətin sosial şəbəkələrə uduzduğunu, məlumatları düzgün verə bilmədiyini, inandırıcı görünmədiyini söyləmişəm. Çıxışımdan sonra Zahid Oruc mənimlə razılaşmadığını söyləməli oldu".
ReAL Partiyasının icraçı katibi Natiq Cəfərlinin “Yeni Müsavat”a bildirdiyinə görə, olduqca dar bir çərçivədə azlıq səs-küy salmaqdadır.
Onun sözlərinə görə, onlar sayca azdırlar, amma mərəkə qoparmağa çalışırlar. N.Cəfərli hesab edir ki, bu, həm partiyaya, həm E.Qədirliyə olan qərəzli münasibətin göstəricisidir.
“Biz işimizlə, siyasətlə məşğuluq. Məsələn, hökumət biznesi dəstək proqramını müzakirə edir və təkliflərimizi ünvanlamışıq. Bundan əvvəl Mərkəzi Banka sorğu yolladıq və Elman Rüstəmov açıqlama verdi.
Biz siyasətlə məşğuluq, bəziləri qeyr-ciddi işlər görürlər. Onların bir hissəsi xaricdə yaşayır, bəziləri siyasi təşkilatların üzvləridir.
Onların gözləmədiyini Erkin Qədirli dilə gətirir. Ona görə də bütün bu mənzərə üzücü haldır", - deyə partiya rəsmisi vurğuladı.
O, ReALın sağlam tənqid tərəfdarı olduğunu xatırlatdı: “Bizim də səhvlərimiz ola bilər və normaldır. Sağlam tənqid bizə yardımçı ola bilər.
Ancaq bəziləri savadsızdır, sözləri başa düşmürlər. Bir kiçik xor qrupu var. Partiya nə etsə, eyni mövqedən qərəzli çıxış edəcək.
Əgər o adamlar səmimidirsə, hökumətə verdiyimiz təkliflərin doğru olduğunu təsdiqləsinlər, dəstəkləsinlər.
Bunların heç birini etmirlərsə, kontekstdən çıxarılan sözlərə ilişməklə özlərini təsdiq etmək istəyirlərsə, buyursunlar. Amma getdikləru qısa yoldur və dalana dirənəcək.
Erkin Qədirlinin deputatlıqdan qabaq yazdıqlarını sosial şəbəkədə 300-500 nəfər bəyənirdisə, indi onların sayı 2-3 min nəfəri keçib. Bu özü onun fəaliyyətini bəyənənlərin çox olduğunu sübut edir".
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:19-03-2020, 14:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-03-2020, 14:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39