reklam
Regionxeberlericom.az » Siyasət » İcra başçısının I müavini cəzalandırıldı, vəzifəli şəxs işdən çıxarıldı

reklam

İcra başçısının I müavini cəzalandırıldı, vəzifəli şəxs işdən çıxarıldı


Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) Süleyman Mikayılovun sədrliyi ilə 14 mart 2020-ci il tarixində yaradılmış xüsusi qərargahın rayon ərazisində aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirəsi keçirilib.

RİH-dən "Report"a verilən məlumata görə, müşavirə zamanı qeyd edilib ki, rayon ərazisində gündəlik genişmiqyaslı dezinfeksiya işləri aparılır və bu işlərə nəzarət məqsədi ilə monitorinqlər keçirilir. Bildirilib ki, rayonun Lökbatan və Ələt qəsəbələrində ciddi nöqsanlar buraxılmış və bu qəsəbələrdə aparılan dezinfeksiya işləri qeyri-qənaətbəxş hesab olunub.

Rayon ərazisində aparılan dezinfeksiya işlərində buraxılmış nöqsanlara görə rayon İcra hakimiyyəti başçısının birinci müavini Emil Abbasova və Lökbatan qəsəbə nümayəndəsi İlham Yusifova töhmət verilib, Ələt qəsəbə nümayəndəsi Eldar İbrаhimov tutduğu vəzifədən azad edilib.

Qaradağ rayonunun qəsəbələrində gündəlik aparılan dezinfeksiya işləri ciddi müzakirə olunub, mövcud olan nöqsan və çatışmazlıqlar təhlil edilib. Daha sonra mövcud olan nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib və ciddi şəkildə bildirilib ki, gələcəkdə öz işlərində nöqsanlara yol vermiş şəxslər cəzalandırılacaqlar.

Xatırladaq ki, dünən Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ciddi tənqid olunub və ona xəbərdarlıqla töhmət elan edilib.


Paylaş:


Müəllif : Tarix:
25-03-2020, 18:20
Sikayət   


loading...
Загрузка...