İtaliya parlamentindən QALMAQALLI QƏRAR: qondarma “erməni soyqırımı”nı tanıdı - TƏHRİF EDİLMİŞ TARİXİ HƏQİQƏTLƏR
İtaliya parlamenti 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələri qondarma “erməni soyqırımı” kimi tanımaq qərarına gəlib.
Qondarma “erməni soyqırımını rəsmən tanımağı və bunu beynəlxalq səviyyədə müdafiə eləməyi” təklif edən qanun layihəsinin lehinə 382 nəfər səs verib, 43 nəfər bitərəf qalıb.
İndiyə qədər qondarma “erməni soyqırımı”nı Uruqvay, yunan Kipri, Argentina, Rusiya, Yunanıstan, Kanada, Livan, Almaniya, Fransa, Belçika, Vatikan, Fransa, Slovakiya da daxil olmaqla 20-dən artıq ölkə tanıyıb. Ümumiyyətlə ermənilərin və erməni lobbisinin hədəfi "4 T" adlanan tələblərinin yerinə yetirilməsidir:
"Soyqırım"ın dünyada tanınması;
Türkiyənin "soyqırım"ı tanıması;
Türkiyənin "soyqırım"a uğramış adamların varislərinə təzminat ödəməsi;
Türkiyənin Şərqində ermənilərə torpaq verilməsi;
Birinci hədəfə faktiki olaraq yaxınlaşıblar.
Yuxarıda sadalanan ölkələrlə yanaşı, Roma papası və Avropa Parlamentinin də üzdəniraq erməni “soyqırımını” tanımasına tərəfbazlıq, haqsızlıq, ikili yanaşma, hüquqi savadsızlıq və işə diletantcasına yanaşmadan başqa, həm də rus dilində çox sərrast ifadə edilən “samosud” adını vermək olar. Yuxarıda adı çəkilən ölkələrin parlamentlərinin, Vatikan dini liderinin və Avropa Parlamenti deputatlarının özlərini müstəntiq, prokuror, ermənilərin vəkili və nəhayət, hakim hesab etmələri tarix səhifələrinə yazılacaq maraqlı bir insidentdir.
Türkiyə rəhbərliyi məsələyə aydınlıq gətirmək üçün dəfələrlə hüquqi araşdırmalara başlamaq, hər iki tərəfin arxivlərini ortaya çıxarıb düzgün qərar verməyi təklif edib. Ancaq həqiqətin üzünə baxmaqdan yayınan qarşı tərəf bu ədalət çağırışlarına cavab vermədi. Avropa parlamenti video, foto dəlillərin və canlı şahidlərin olduğu Xocalı faciəsini, Qarabağın işğalını bir tərəfə qoyub, ermənilərin uydurma soyqırımı iddiasını tanıdılar. Niyə də tanımasınlar, axı bu həmin Qoca Dünyadır ki, Şimali və Cənubi Amerikada hindu soyunu qırıb yerində, “demokratiya ixracatçısı” dövlətlər qurdu, bu həmin Qoca dünyadır ki, Avstraliyanın aborigenlərini yox dərəcəsinə endirdi, Afrikanı xətkeşlə böldü. Bu həmin Avropadır ki, göz yaşları içərisində “İlahi, mənə düşmənlərimi də sevməyi öyrət” deyə dua edən İsa Məsihin sülh dinini təhrif etdi, səlib yürüşləriylə yüzillərlə müsəlmanların qanını tökdü, yalnız Osmanlı imperatorluğunun qüdrəti sayəsində bu qırğınların qarşısının alınmasından sonra, imperiyanın çöküşü ilə dörd bir tərəfdən Türkiyənin üzərinə çökdü. Sən demə, I Dünya müharibəsi elə Türkiyəni dövlət olaraq yer üzündən silmək qəsdi imiş. Hələ öz dövlətinin müdafiəsinə qalxan anadolulu mehmetciyi demirik, bəs avropalı əsgər balalarının Çanaqqalada nə işi var idi ki, bura onların məzarına çevrilsin. Ən adi məntiqdən doan belə bir sual veririk – heç bir neçə dövlət tərəfindən işğala məruz qalan, Andronik kimilərinə paşalıq verən bir dövlət bu cür dar macalda vətəndaşlıq verib himayəsinə götürdüyü insanlara silah qaldırardımı? Bəs, Türkiyənin dar gününü fürsət bilib, Rusiya və digər əcnəbi dövlətlərin fitvasıyla üsyan qaldıran, daim türklərdən torpaq qoparmağa çalışıb yox yerdən dövlət qurmağa çalışan ermənilərin qətlə yetirdikləri müsəlmanların qanının hesabı hansı dəftərə yazılacaq?
Ötən əsrin əvvəllərində Ərzurum və onun çevrəsində rus işğalının genişlənməsi ilə ermənilər bölgənin müsəlman xalqını yer üzərindən silməyə başladılar. 1890-cı illərdən başlayaraq, xaricdən dəstək alan ermənilər Türkiyədə onlarca üsyan qaldırdılar. Osmanlı hökuməti Erməni patriki, erməni millət vəkilləri, komitələr və erməni camaatının başçılarına xəbərdarlıq etdilər ki, yeni qarışıqlıqlar baş verdiyi halda, “ölkənin müdafiəsini təmin etmək məqsədiylə sərt tədbirlər görmək məcburiyyətində qalınacaq”. Osmanlı dövlətinin bu sülh çağırışları sənədlərdə mövcuddur.
Lakin ermənilər dinc durmadılar. Bu, onların fitrətində yoxdur. Eyilə Azərbaycanda olduğu kimi, Türkiyədə də əllərinə süngü alıb, anadan olacaq türk uşağın oğlan və ya qız olacağı barədə mərcə girərək onu və anasını yaşamaq haqqından məhrum etdilər. Avropa hüquq müdafiəçiləri onlara sərf etməyən belə məzlumların haqqından danışılarkən, Molla Nəsrəddin sayağı “əcəba, körpünü gözüyumulu keçə bilərəmmi,” - deyə həqiqətə göz yumurlar.
Osmanlı dövlətinin bütün xoş niyyətli xəbərdarlıqlarına rəğmən, hələ müharibə başlamazdan əvvəl üsyan üçün hər bir hazırlıq görmüş ermənilər, əcnəbi qoşunların Türkiyəyə hücumu başlanar-başlamaz kütləvi şəkildə üsyanlara başlamışlar. Osmanlı orduları cəbhədə döyüşdüyü zaman ermənilərin silahlı çıxışları “Erməni müstəqilliyi üçün müttəfiqlərin savaşına xidmət etmək məqsədilə” plan üzrə baş vermişdir. Ancaq “mədəniyyət və demokratiya” alverçiləri erməni dəstələrinin arxa cəbhədəki arxadan vurulan zərbə olan fəaliyyətlərini dövlətlərarası hüquq məsələsinə görə xəyanət sayılmalı olması həqiqətinə göz yummaqdadırlar.
Erməni üsyanları xüsusilə Şərqi Anadoludan başlayaraq digər vilayətlərə yönəlmişdir. Ərzurum və ətrafının rus işğalına məruz qalması ermənilərə qol-qanad verdi və bir alman generalının ifadəsiylə deyilsə, “onlar bu bölgədəki müasəlman xalqını silib-süpürməyə başlayıblar”.
Erməni dəstələrinin dinc camaata, türklərə və kürdlərə qarşı zülüm və işgəncələrinin davam etdiyi zaman dövlət müdafiəsi güclərinin bölgələrdə apardıqları axtarışlarda xeyli silah-sursat və döyüş ləvazimatları ələ keçirilmişdi. Artıq dövlətin varlığını ağır şəkildə yaralayan bu vəziyyət bir az daha sülhsevərlik göstəriləcəyi təqdirdə, nəticələrini aradan qaldırmaq mümkün olmayaq fəlakətə çevrilirdi.
Osmanlı dövlətinin müharibəyə girməsindən və xüsusilə də Qafqaz Cəbhəsindəki pozuqluqdan sonra, ermənilərin müsəlman xalqa qarşı basqınları, əsgərlikdən fərarilikləri, əsgər və jandarmaya hücumları, silah-sursatla yaxalanmaları, fransızca, rusca və ermənicə şifrə qruplarının ələ keçirilməsi kimi hadisələr, ölkə miqyasında qarışıqlıq çıxarmaq istədikləri barədə ən vacib dəlillər olmuşdur. Bu vəziyyət yarandıqdan sonra 1915-ci il fevralın 25-də Ənvər Paşa əlaqədar qurumlara diqqətli olmaq barədə xəbərdarlıq etmişdir.
Lakin Van ermənilərinn üsyanı ilə vəziyyət daha da gərginləşdi. Həmin dairədəki ermənilərin Osmanlı dövlətinin müharibədə olduğu tarixlərdə Vanda toplandıqları və silahlanaraq rusların yaxınlaşmasını gözlədikləri rəsmi sənədlərlə təsdiq edilmişdir. 1915-ci il aprelin 17-də başlanan üsyan bütün vilayəti sarmış və aprelin 20-də Van şəhəri və kəndlərindəki ermənilər silahlanmışlar. Erməni katalikosu V.Kevork 10 min silahlı dəstənin bu üsyana qatıldığını bildirmişdir.
Bu səbəbdən 1915-ci il aprelin 24-də erməni komitələri bağlanıldı, idarəçilərindən 2345 nəfər dövlət əleyhinə fəaliyyət göstərmək ittihamı ilə həbs edilmişdir. Dünya ermənilərinin hər il “erməni soyqırımının ildönümü” adlandırdıqları 24 aprel tarixi məhz bu 2345 komitəçinin həbs edildiyi tarixdir və ermənilərin köçürülməsi ilə heç bir əlaqəsi yoxdur.
Ancaq ermənilər bir-biriylə əlaqədar olmayan hadisələri calayıb-birləşdirərək, təbliğat malına çevirib dərhal hərəkətə çevirmişlər. Erməni katalikosu Gevork dərhal ABŞ dövlət başçısına bu mövzuda teleqram göndərdi:
“Hörmətli dövlət başçısı, Türk Ermənistanından aldığımız son xəbərlərə görə, orada qətliam başlanmış və təşkilatlı tədbirlər nəticəsində erməni xalqının mövcudluğu təhlükəyə düşmüşdür. Belə bir həssas məqamda Zati-alilərinizin və böyük Amerika Millətinin insani hisslərinə xitab erir, insaniyyət və xristianlıq inancı adına, böyük Cumhuriyyətinizin diplomatik təmsilçilikləri vasitəsiylə dərhal müdaxilə edərək, türk fanatizminin şiddətinə tərk edilmiş Türkiyədəki xalqımın qorunmasını şiddətlə rica edirəm. ”
Kevork, Başpiskopos və bütün Ermenilerin Katokikosu.
Başpiskopos Kevorkun teleqrafı Rusiyanın Vaçlnqtondakı səfirliyinin Amerikadakı əlaqələri sayəsində yayıldı. Beləliklə, aprelin 24-nün dünya ictimaiyyətinə “türklərin erməni soyunu qırdığı gün” kimi təbliğatına start verilmişdir.
ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın müşaviri olmuş Bryus Feyn isə açıqlamalarında bildirib ki, Osmanlı imperiyası dövründə ölkənin bütün dini və etnik azlıqları türklərlə eynihüquqlu vətəndaş olmuşlar: “Yunanlar, kürdlər, çərkəslər, ərəblər və ermənilər o zamanın Türkiyəsində yetərincə yüksək vəzifələri tutmuşlar. Birinci dünya müharibəsi illərində ermənilər vətəni sataraq, Osmanlı imperiyasının düşmənləriylə ittifaqa girdilər. Ermənilər ruslarla çiyin-çiyinə vuruşurdular. Onlar türk və gürcü kəndlərini talan edir, dinc sakinləri öldürürdülər. Araşdırmanın gedişatında türk tərəfi öz arxivlərindən istifadə etməyə razılıq verdi, ermənilər isə öz arxivlərini açmağa qətiyyətlə razılıq vermədilər. Düşünürəm ki, bu arxivləri açmaq mümkün olsa, həqiqət hökmən aşkara çıxacaqdır. O zaman tarixi saxtalaşdırdıqlarına, yalanlarına görə ermənilər bütün dünya, xüsusilə də türklər qarşısında üzr istəməli olacaqlar”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:11-04-2019, 14:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:11-04-2019, 14:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti