Avropalı deputatlardan Rusiya əleyhinə məktub - Pandemiyadan istifadə edir
“Rusiyanın bəzi Avropa ölkələrinə göstərdiyi tibbi-humanitar yardımların əsl məqsədi Rusiyaya qarşı sanksiyalara yenidən baxılmasına nail olmaqdır”.
Bu iddia Avropa İttifaqının bir qrup deputatının yazdığı məktubda qeyd olunub. Aprelin 3-də Avropa Parlamentinin 19 deputatı tərəfindən imzalanmış məktub Avropa Komissiyasının prezidenti Ursula von der Leyenə, Avropa Şurasının prezidenti Çarlz Mişelə və Avropa İttifaqının xarici işlər komissarı Jozef Borrellə ünvanlanıb.
Avropa deputatları bildirirlər ki, Rusiya Federasiyasına qarşı sanksiyaların yenidən nəzərdən keçirilməsi və ya qaldırılması üçün edilən istənilən cəhd rədd edilməlidir:
“İtaliyaya göndərdiyi istifadə üçün az qala yarasız humanitar yardım kimi ictimai kampaniyaları aparmaqla və ya BMT rəsmilərinin bəyanatlarını yanlış təfsir etməklə Rusiya hakimiyyəti Avropa İttifaqının və onun üzv ölkələrinin sanksiyalara münasibətini dəyişmək istəyir”.
Məktubda daha sonra qeyd edilir ki, Rusiya üzərinə onun 2014-cü ildə Krımı ilhaq etməsinə və Ukraynanın şərqində separatçılara dəstək verməsinə görə qoyulmuş sanksiyalar Moskvanın öz vətəndaşlarının sağlamlığını qorumasına və koronavirusa qarşı qlobal mübarizəyə töhfə verməsinə maneçilik yaratmır. Xüsusilə vurğulanır ki, onsuz da sanksiyalar dərmanlara və tibb avadanlığına şamil edilmir.
Avropa Parlamentinin deputatları yazırlar ki, Rusiyaya qarşı sanksiyalara yalnız Moskvanın Ukrayanada münaqişəyə dair Minsk razılaşmalarına əməl etməkdə tərəqqiyə malik olduğu təqdirdə yenidən baxıla bilər.
Belə bir məktubun yazılması səbəbinə gəlincə, iddia edilir ki, bu, Rusiya Prezidenti Vladimir Putinin mövcud sanksiyaların dondurulması barədə təklifi ilə əlaqədardır. Putin bu təklifi martın 26-da G20 qrupunun videobağlantı ilə aparılan sammitində səsləndirib.
O bildirib ki, pandemiya şəraitində ölkələr arasında dərmanların, ərzağın, avadanlıq və texnologiyaların daha rahat qarşılıqlı mübadiləsi üçün, humanitar əsaslarla mövcud məhdudiyyətlər aradan qaldırılmalıdır.
Avropa Parlamentindəki mənbə də Azadlıq Radiosuna məktubun yazılmasını bununla izah edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-04-2020, 13:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:4-04-2020, 13:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07