reklam
Regionxeberlericom.az » Siyasət » İran generalı ABŞ gəmilərinin vurulmasını əmr etdi

reklam

İran generalı ABŞ gəmilərinin vurulmasını əmr etdi


İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri, general-mayor Hüseyn Səlami ölkəsinə məxsus mülki və ya hərbi gəmilərə təhdid törədəcəyi halda, ABŞ-a aid hərbi gəmilərin vurulması əmrini verib.

Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

ABŞ Prezidenti Donald Trampın "Fars Körfəzi" və çevrəsindəki Amerika donanmasına aid gəmilərə mane olacağı təqdirdə, İrana aid sahil mühafizə katerlərinin vurulması əmrini şərh edən general-mayor bildirib ki, ölkəsinin ərazi bütövlüyünə və təhlükəsizliyinə qarşı təhdidlərə qətiyyətli və sərt şəkildə cavab veriləcək.

"Biz də hərbi dəniz qüvvələrimizə mülki və ya hərbi gəmilərimizə təhdid törədəcəyi halda, ABŞ-a aid hərbi gəmilərin vurulması əmrini vermişik. Fars Körfəzi bizim üçün strateji əhəmiyyətlidir", - H.Səlami vurğulayıb.(Virtualaz.org)


Paylaş:


Müəllif : Tarix:
23-04-2020, 19:26
Sikayət   


loading...
Загрузка...