Bankların kredit faizləri gündəmdə -yeni qərar gözlənilir
Hazırda ölkənin iqtisadi gündəmində müzakirə edilən əsas problemlərdən biri də kredit faizlərinin həddindən artıq yüksək olmasıdır. Məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsini azaltmaq istiqamətində təkliflər hazırlayır və hazırda proses müzakirə mərhələsindədir. Qeyd edək ki, Azərbaycanda kredit faizləri həddindən artıq yüksəkdir, halbuki depozit faizləri çox kiçik rəqəmlərlə ölçülür. Banklar vətəndaşlardan manat üzrə 7, dollar üzrə 1 faiz ətrafında götürdükləri depozitləri digər vətəndaşlara manatla kreditlər üzrə 30 faizlə, xarici valyuta üzrə kreditləri 12-16 faizlə təklif edirlər. Bu kəskin fərqdən isə yalnız banklar qazanclı çıxırlar.
İqtisadçı ekspert Vüqar Bayramovun açıqlamasına görə, Azərbaycanda kredit portfelinin həcmi 12 milyard manatdan bir az artıq, depozit portfeli isə 8 milyard manatdır. Bu, o deməkdir ki, depozit portfeli kredit portfelinin 65 faizini təşkil edir. Yəni hər 100 manatın 65 manatı məhz depozit hesabına verilir. Yəni banklar bir vətəndaşdan vəsaiti cəlb edib, bəzi hallarda digər vətəndaşa 5-6 dəfə baha qiymətə təklif edir. Bu baxımdan faizlərin tənzimlənməsi çox vacibdir".
Ekspertlər hesab edirlər ki, kredit faizlərinin inzibati yolla tənzimlənməsi əks effekt verə bilər, bu baxımdan daha çox rəqabətin gücləndirilməsi amili önə çəkilir.
Bayramovun fikrincə, bank sektorunda rəqabətin gücləndirilməsi, bankların likvidliyinin artırılması və sağlamlaşdırılması, idarəetməsinin formalaşdırılması istiqamətində fəaliyyətlər güclənərsə, bu praktik olaraq kredit
İqtisadçı ekspert Natiq Cəfərli də “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, bu məsələnin inzibati yolla həlli mümkün deyil: “Hökumət belə bir qərar versə, bir müddət sonra fəsadlarla qarşılaşa bilərik. Bu fəsadları biz bankların kredit vermə həvəsinin azalmasında görə bilərik ki, son nəticədə, iqtisadiyyatda kredit resurslarının kütləvi şəkildə azalmasına səbəb olacaq. Banklar artıq maliyyə aləti kimi Mərkəzi Bankın qısamüddətli notlarını alaraq, qazanc əldə etməyə çalışacaqlar. Çünki bunlar dayanıqlı bir gəlir mənbəyidir”.
İqtisadçının sözlərinə görə, banklara aşağı kredit faizləri diktə edilərsə, bu kredit portfelinin də kəskin azalmasına səbəb ola bilər: “Əgər kredit faizlərinin hansı koridorda olması banklara diktə olunsa, o zaman banklar bu diktəyə baş əysələr belə, bir müddət sonra maliyyə dayanıqlıqları azala bilər. Məcburən depozit faizlərini daha aşağı sala bilərlər ki, bu da insanlarda Azərbaycan banklarına olan inamı bir qədər də zəiflədəcək. Bu da banklardan depozitlərin çəkilməsinə və xarici banklarda daha sərfəli şərtlərlə yerləşdirilməsinə səbəb ola bilər”.
N.Cəfərli vurğuladı ki, rəqabətli mühit yaradılmasa, dayanıqlı bank sektorunun inkişafı mümkün deyil: “Bunun yolları həm Mərkəzi Bankın uçot dərəcəsinin aşağı salınması ilə ölkə iqtisadiyyatında likvidliyin artması, ikinci yol isə xarici bankların birbaşa Azərbaycan bazarına daxil olaraq rəqabətli şəkildə işləməsidir. Problemin iqtisadi yolla tənzimlənəsi üsulları bunlardır. Əgər hökumət inzibati yolla kredit faizlərini tənzimləməyə qərar versə, bu orta və uzunmüddətli dövrdə bank sektorunun çox böyük fəsadlarla qarşılaşmalı olacaq. Ona görə də, kredit faizlərinin tənzimlənməsinin iqtisadi üsulları tapılmalıdır. Bunun yolu da rəqabətdən keçir”.
Natiq Cəfərli də hesab edir ki, Azərbaycanda kredit faizləri çox yüksəkdir: “Ancaq bu səbəb deyil, nəticədir. Səbəblər başqadır, həm Mərkəzi Bankın düzgün siyasət aparmamasının, uçot dərəcəsi ilə bank kreditləri ilə bağlılığın olmamasının nəticəsidir. Dünyanın hər yerində uçot dərəcəsi ilə kredit faizləri arasında bir orqanik bağ olur. Azərbaycanda bu bağ qopub, Mərkəzi Bank tənzimləmə funksiyalarını normal yerinə yetirə bilmir. Ona görə də, faizlərin yüksək olması normal haldır. Rəqabətsizlik mühitinin olmaması da buna münbit şərait yaradır. Bank sektoru çox dar çərçivədə bir neçə qrupun əlindədir.
Burada rəqabət olmadığından faiz dərəcələri yüksək olaraq qalır. Digər tərəfdən faizlərin yüksək olmasına rəğmən insanlar kreditlərdən istifadə edirlərsə, tələbat varsa, deməli iqtisadiyyatda nələrsə düzgün getmir. Ola bilməz ki, Azərbaycanda faiz dərəcələri 25-30 faiz olsun, ancaq rəsmi inflyasiya 2 faiz olsun. Deməli Azərbaycan iqtisadiyyatının ciddi struktur problemləri var ki, belə disbalans yaranır. Təkcə bank sektoru ilə iş bitmir. Bütün iqtisadi münasibətlərin və oyunçuların yenidən tənzimlənməsi lazımdır ki, bank sektoru da normal qaydada inkişaf etsin və fəaliyyət göstərə bilsin. Bunun da yolu rəqabətdən və xarici bankları Azərbaycana birbaşa girişinin təmin olunmasından keçir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-04-2019, 09:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-04-2019, 09:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45