Lukaşenkonun varis planı: “Maydan ssenarisi” pozulacaq?
Belarus Hərbi-Sənaye Kompleksinin rəhbəri Roman Qalovçenko baş nazir təyin edilib.
Prezident Aleksandr Lukaşenko bu barədə fərman imzalayıb. Namizədliyi Nümayəndələr Palatası tərəfindən təsdiqlənənə qədər o, baş nazir vəzifəsini icra edəcək.
Qeyd edək ki, bundan öncə Belarus Nazirlər Şurasına Sergey Rumas rəhbərlik edib. Bu yaxınlarda ölkədə kadr dəyişikliklərinin vacib olduğunu deyən Belarus prezidenti iyunun 3-də Rusmasın başçılıq etdiyi hökuməti istefaya göndərib. Aleksandr Lukaşenko avqustun 9-a təyin edilmiş prezident seçkilərinə qədər hökumətin yeni tərkibini hazırlamaq niyyətində olduğunu bildirib. Ümumiyyətlə, prezidentin seçkilərin nəticələrini gözləmədən Belarusda hökumət dəyişikliyinə qərar verməsi ilk növbədə, daxili auditoriyaya hesablanmış addımdır. Seçkilər öncəsi əhali arasında hakimiyyətdən narazılıq xeyli artması özünü daha çox Belarusda etiraz aksiyalarının tez-tez keçirilməsində göstərir.
Əvvəlki illərlə müqayisədə müxalifətin sosial bazası xeyli güclənib. Sergey Tixanovski, Svetlana Tixanovskya, Viktor Babariko kimi ictimai fəallar Lukaşenkonun real alternativinə çevrilib. Belə vəziyyətdə seçkilərin Lukaşenkonun xeyrinə məcburi saxtalaşdırılması Belarusda dinc inqilabın başlanmasına yol aça bilər. Prezidentin bu günlərdə “Belarusda “Maydan” olmayacaq”-deməsi də əslində mövcud vəziyyətdən narahatlığı kimi başa düşülə bilər. Aleksandr Lukaşenko rəqiblərinə güzəştə getməyəcəyini bəri başdan elan etsə də, dəyişikliyə getmədən beşinci müddətə prezident seçilməyin çətin olacağının fərqindədir. Hökumətin istefaya göndərilməsi də seçkiqabağı protest elektoratın neytrallaşdırılmasına hesablanıb. Bunun nə qədər səmərəli olacağını isə seçkilərin nəticəsi göstərəcək. Lakin baş verən dəyişikliklər fonunda Roman Qalovçenkonun baş nazir kürsüsünə gətirilməsi diqqəti cəlb edir. Belarus hərbi sənaye kompleksinin rəhbəri artıq prezidentdən sonra ikinci səlahiyyət sahibinə çevriləcək. Bu isə onun Lukaşenkodan sonra hakimiyyətin namizədi kimi prezidentin siyasi varisi olmaq şanslarını artırır.
Təbii ki, Lukaşenko hələlik prezident postunda özünü görür və varisi barədə danışmamağa üstünlük verir. Ancaq Lukaşenko seçkilərdən sonra konstitusiya islahatlarına hazırlaşır və referendum yolu ilə prezidentin səlahiyyətlərinin azaldılacağı istisna edilmir. Yəni Lukaşenko beşinci müddətə prezident postunda qalsa, yeni konstitusiya ilə səlahiyyətlərinin bir qismini baş nazirə ötürəcək. 2019-cu ildə “mən prezidentlikdən yorulmuşam” deyən Lukaşenkonun müəyyən müddətdən sonra Yeltsin-Putin üsulundan istifadə edərək hakimiyyəti Qalovçenkoya və ya başqa şəxsə verməklə hakimiyyətdən çəkilməyəcəyini də söyləmək olmaz. Ancaq indiki situasiyada Roman Qalovçenkonun üzərində dayanılması Aleksandr Lukaşenkonun özündən sonra hakimiyyəti Belarusun milli təhlükəsizliyini təmin edə biləcək bir şəxsə ötürmək niyyətində olduğu qənaətini yaradır. Çünki hazırda Rusiya ilə Qərb arasında geosiyasi maraqlar toqquşmasında getdikcə daha çox sıxılan Belarusun təhlükəsizliyi rəsmi Minsk üçün prioritetə çevrilib. Lukaşenko özündən sonra Belarusu Rusiyanın təzyiqlərindən və təcavüzündən qoruya biləcək varis axtarır. Belarus lideri hesab edir ki, müxalifətin hakimiyyətə gəlişi Ukrayna ssenarisinin Belarusda təkrar olunması ilə nəticələnə bilər. Ona görə də gələcək prezident Belarusun müstəqilliyi və suverenliyi məsələsində Rusiyaya güzəştə getməyəcək bir şəxs olmalıdır. Lukaşenko həmin şəxsi hazırda hakim komanda daxilində axtarır. Bu baxımdan, ilk etimad göstərilən kadr kimi Qalovçenkonun seçildiyini söyləmək olar. Ancaq onun post-Lukaşenko dövründə hakimiyyətin namizədinə çevrilməsi özünü siyasi cəhətdən doğrulda bilməsindən asılı olacaq. Yeni baş nazirin Lukaşenkonun prezident seçilməsinə hesablanmış bu günkü təyinatı perspektivdə iqtidar dəyişikliyi planının tərkib hissəsi ola bilər. Bu isə Roman Qalovçenkonun siyasi sınaqdan nə qədər uğurla çıxmasından asılıdır. Əks təqdirdə, Lukaşenko namizədi dəyişmək məcburiyyətində qalacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-06-2020, 16:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:4-06-2020, 16:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16