Prezidentdən mühüm Qarabağ bəyanatları - təmas xəttindən hədəfə sərrast atəş
Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev iyunun 3-də Ağdamdakı “N” saylı hərbi hissədə olub. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verib. Prezident İlham Əliyev hərbi hissədəki şəraitlə tanış olub. Tərtər Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra rayonun bir qrup idmançısı ilə görüşündə Prezident çox mühüm bəyanatlar verib, həmçinin işğalçı Ermənistana xəbərdarlıqlar edib.
Ölkə başçısı Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistan rəhbərliyinə və Qarabağ məsələsinə “ikili standartlar”la yanaşan beynəlxalq güclərə bir daha tarixi həqiqəti xatırladıb. Özü də konkret faktlarla.
Sitat: “İndiki Ermənistan ərazisində tarixi Azərbaycan adları, şəhərlərin, kəndlərin adları dəyişdirilib. Bu adlar neçənci ildə dəyişdirilib? Ona görə biz deyəndə ki, indiki Ermənistan tarixi Azərbaycan torpağında yaradılıb, tam həqiqəti deyirik. Biz yaxşı bilirik ki, ermənilər bizim torpağımıza, o cümlədən indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürülüblər, Rus-İran müharibəsindən sonra. Tərtərlilər yaxşı bilirlər və Azərbaycan xalqı da bilir ki, 1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərin birində ermənilərin bu bölgəyə gəlməsinin 150 illiyini əks etdirən abidə ucaldılıb. 1978-ci ildən 150 ili çıxın, deməli 1828-ci ildə gəliblər. Müharibə başlayan kimi o abidəni dağıdıblar, amma onun qalıqları qalıb və indi istənilən adam gedib baxa bilər. Onun şəkillərini də göstərmək lazımdır. Onlar gəlmədilər, Şərqi Anadoludan və İrandan bizim torpaqlarımıza köçürülüblər. Bu proses XIX əsrin əvvəllərindən başlanıb və sonralar daha geniş vüsət alıb”.
Dövlət başçısı Ermənistanın paytaxtının tarixi Azərbaycan torpağı olduğunu növbəti dəfə bəyan edib. Qeyd edək ki, onun İrəvanın ermənilərə güzəştə gedilməsi barədə bir müddət öncə dedikləri geniş ictimai müzakirəyə çevrilmişdi. Ölkə başçısı həmin fikirlərə qayıdaraq bir daha mövqeyini ifadə edib: “Mən deyəndə ki, İrəvan bizim qədim torpağımızdır, tam həqiqəti deyirəm. Bunu hər kəs bilir. Əgər belə olmasaydı, Azərbaycan Demokratik Respublikası nə üçün onda qərar qəbul edib ki, İrəvanı Ermənistana versin, bağışlasın. Özü də nə vaxt? Müstəqillik elan olunandan bir gün sonra. Müstəqillik 1918-ci il mayın 28-də elan edilib. 1918-ci il mayın 29-da isə qərar qəbul edilib, özü də yekdilliklə yox. Bu qərarın əleyhinə çıxanlar da olub, amma onların rəyi nəzərə alınmayıb. Azərbaycan Demokratik Respublikası tərəfindən qərar qəbul edilib ki, İrəvan Ermənistana bağışlanılsın, verilsin. Bunu unutmaq olmaz və bunu bağışlamaq da olmaz. Hər kəs bunu bilsin. Guya ki, bundan sonra Ermənistan Azərbaycana qarşı digər iddialarından əl çəkəcəkdi. Amma əl çəkdimi? Yox! Bizim qədim diyarımız Zəngəzur da Ermənistana verildi. Zəngəzurun verilməsi ilə böyük türk dünyasında coğrafi parçalanma baş verdi, Azərbaycanın əsas hissəsi Türkiyə ilə sərhəddən məhrum edildi. Bizim Türkiyə ilə sərhədimiz yalnız Naxçıvan Muxtar Respublikasındadır. İrəvan onlara veriləndən sonra ermənilər öz iddialarından əl çəkdilərmi? Dağlıq Qarabağ münaqişəsi. Yenə də torpaq iddiası. Əl çəkdimi? Kim əsaslandıra bilər ki, azərbaycanlıların tikdikləri İrəvan - qədim şəhərimiz Ermənistana verilsin. Kim bunu əsaslandıra bilər? Hansı adam? Qoy dursun, desin, mən hesab edirəm ki, Azərbaycan Demokratik Respublikası düz edib, bu işi görüb. Qoy desin. Ona görə bilirsiniz mifologiyaya düçar olmaq ən axırıncı şeydir. Siz gənclər, bütün gənclər tarixi olduğu kimi bilməlisiniz. Onu da bildirməliyəm. Bu hadisə 1918-ci ildə baş verib. Ancaq ilk dəfə bu tarixi faktla bağlı məsələni mən qaldırdım. Mənə qədər heç kim bunu qaldırmayıb. Bizim tarixi kitablarımızda buna rast gəlmək bəlkə nadir hallarda mümkündür. Sanki belə bir fakt olmayıb. Mən bunu qaldırdım. Müxtəlif kürsülərdən, o cümlədən xaricdə olarkən qaldırdım və dedim ki, bu, bizim şəhərimizdir, bizim torpağımızdır. Hər kəs tarixini bilməlidir”.
İlham Əliyev həmçinin bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da ölkəmizin ərazi bütövlüyünün bərpasıdır: “Başqa yol yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Mən bu yaxınlarda demişəm, biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq. Eyni zamanda, geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün addımlarımız uğurla nəticələnsin. Mən demişəm ki, Qarabağ Azərbaycandır və bir daha bunu təkrarlamaq istəyirəm: Qarabağ və onun tərkib hissəsi olan Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi. Bütün Azərbaycan ictimaiyyəti, xalqımız bu mövqeyi dəstəkləyir. Mənim apardığım siyasəti, o cümlədən bu məsələ ilə bağlı apardığım siyasəti dəstəkləyir”.
Dövlət başçısı işğalçı Ermənistanın faşizm ənənələrinə sadiqliyindən danışarkən tutarlı arqumentlərlə işğalçı ölkənin siyasətini ifşa edib: “Bu gün beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir. Sirr deyil ki, Ermənistan terror dövlətidir və bunu bu dövlət dəfələrlə göstərib, hətta öz rəhbərlərinə qarşı terror törədiblər. İyirmi il bundan əvvəl Ermənistan rəhbərliyinin bir çox üzvü bu ölkənin parlamentində qətlə yetirildi və o cinayətin üstü açılmayıb. Halbuki hər kəs bilir ki, o cinayətin sifarişçiləri kimdir. Ancaq onu ört-basdır edirlər. Çünki onların terrorçu mahiyyəti bu gün də yaşayır. Kiminsə suyunu kəsmək cinayətdir. Bu, faşizmin təzahürüdür və təsadüfi deyil ki, Ermənistanda faşistlərə abidələr ucaldılır. Azərbaycanda quruculuq, abadlıq işləri aparılır, hər bir şəhərdə sosial obyektlər, belə gözəl olimpiya mərkəzləri, xəstəxanalar, məktəblər tikilir, yollar çəkilir, qazlaşdırma aparılır. Kasıb Ermənistanda isə ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar, amma faşistlərə 6 metrlik abidə ucaldırlar. O adam ki, onun Hitlerlə əməkdaşlığı sənədlərlə təsdiq edilib. O adam ki, müharibə zamanı demişdir: ”Almaniya uğrunda ölən, Ermənistan uğrunda da ölür". O adam ki, Sovet İttifaqının müvafiq orqanları tərəfindən həbs olunub, ona 25 il hökm oxunub, həbsxanada da ölüb və reabilitasiya olunmayıb. O adama 6 metrlik abidə ucaldılır və bugünkü Ermənistan rəhbərliyi bu adamı qəhrəman kimi təqdim edir. Bu, nəyi göstərir?! Onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır və bunu hər kəs bilməlidir. Bütün dünya bilməlidir".
Ölkə rəhbəri qeyd edib ki, bu gün beynəlxalq təşkilatların Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir. “Bizim səylərimiz nəticəsində bütün aparıcı beynəlxalq təşkilatlar münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə əlaqədar müvafiq bəyanatlar vermişlər. Bizim bir çox ölkələrlə ikitərəfli formatda imzaladığımız strateji tərəfdaşlıq haqqında bəyannamələrdə ölkəmizin ərazi bütövlüyü dəstəklənir və münaqişənin məhz bu prinsiplər əsasında həll olunması təsbit edilir” - Prezident qeyd edib.
Ali Baş Komandanın bu bəyanatları cəbhə bölgəsindən səsləndirməsi, nəinki Dağlıq Qarabağın, həmçinin bugünki Ermənistanın mövcud olduğu ərazilərin belə, Azərbaycana məxsus olduğunu konkret tarixi faktlarla bəyan etməsi Azərbaycan rəhbərliyinin prinsipial mövqeyinin növbəti təzahürüdür. Bununla ölkəmizin rəhbərliyi Azərbaycanı güzəştlərə vadar etmək istəyən qüvvələrə də sözünü demiş olub.
Prezident İlham Əliyevin Dağlıq Qarabağ istiqamətindəki bölgəyə səfəri zamanı təmas xəttindəki hərbi hissəyə baş çəkməsi də Dağlıq Qarabağda “seçki” oyunu oynayanlara mesajdır. Bununla da ölkə başçısı Azərbaycan ərazilərində ikinci qondarma “erməni dövlətinin” yaradılması istiqamətində planların uğursuzluğa düçar olacağını bəyan etmiş oldu. Prezident çıxışında bildirib: “Bildiyiniz kimi, bu yaxınlarda qondarma ”Dağlıq Qarabağ respublikası"nda qondarma prezident seçkiləri keçirilmişdir. Qondarma, saxta prezident guya ki, seçilib. Bu gün Dağlıq Qarabağda hakimiyyəti zəbt etmiş xunta rejimidir və əvvəlki rejimin tör-töküntüləridir. Ermənistanın əvvəlki rejiminin bəd əməlləri haqqında bütün faktları Ermənistanın indiki rəhbərliyi açıb, ictimaiyyətə təqdim edib. Onların generalları oğru, onların dırnaqarası “qəhrəmanları” cinayətkar, onların rəhbərləri rüşvətxordur. Keçmiş rejimin nə qədər nümayəndələri həbs olunub, nə qədəri axtarışa verilib. Bu, nə deməkdir?! O deməkdir ki, 2018-ci ilə qədər 20 il ərzində Ermənistana cinayətkarlar rəhbərlik ediblər. Onlardan biri indi həbsxanadadır, o birisi isə hələ ki azadlıqda. Halbuki onun da ölkədən çıxışına qadağa qoyulub. Yəni, bir ölkənin müstəqilliyi hələ 30 ilə çatmayıb, ölkənin 20 ili cinayətkarların ixtiyarına buraxılıb. Əlbəttə ki, bu cinayətkar dəstə cinayətkar rejim yaradıb".
Ölkə rəhbəri onu da deyib ki, Ermənistandakı cinayətkar kriminal rejim bütün digər millətlərdən olan insanları müxtəlif yollarla qovub: “İndi Dağlıq Qarabağda da xunta rejimi hökm sürür. Əlbəttə, xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər bir şoudur, bir təlxəklər tamaşasıdır. Bütün aparıcı ölkələr bu dırnaqarası ”seçkiləri" qınayıb və tanımayıb. Baxın, özü də bəyanatlar qəbul ediblər".
Prezidentin bu bəyanatları Tərtər bölgəsindən səsləndirməsinin də rəmzi mənası var. 2016-cı ilin aprelində Azərbaycan Ordusu bu bölgədən də düşmənə sarsıdıcı zərbələr endirmiş və strateji yüksəklikləri azad etmişdi. Təhlillərdə xüsusilə vurğulanır ki, Prezident Tərtər-Ağdam səfərində söz, əməl, hədəf, siyasi xətt, iqtisadi və hərbi güc vəhdətini nümayiş etdirdi. İlk açılışını etdiyi yerin özü belə xüsusi mesaj idi: Dövlət Rəmzləri Muzeyi. Həmin muzeydə Sisyanın əsl adının Qarakilsə olması ilə bağlı icra başçısına tutulan iradın özü belə mesaj idi.
Əvvəla, Prezident bir daha siyasi hədəfini müəyyənləşdirmək üçün hansı tarixi bilgilərlə “silahlandığını” nümayiş etdirdi; ikincisi, bu, siyasi hədəfin milli mücadilə yoluna çevrilməsi istəyini göstərdi və üçüncüsü, bütövlükdə səfərin sıradan bir açılış etmək, lent kəsmək niyyəti daşımadığını ortaya qoydu. İlham Əliyev Azərbaycanın ilk prezidentidir ki, Ermənistanın Azərbaycan torpaqlarında yarandığını ən yüksək beynəlxalq kürsülərdən deyir. Elə Ermənistanın baş naziri Nikol Paşinyan da Münhendəki debatda Azərbaycan prezidentinin tarixi faktları xatırlatmasının qarşısında çarəsiz və arqumentsiz duruma düşmüşdü.
Təsadüfi deyil ki, məhz həmin debatdan sonra Paşinyan ölkəsində kəskin tənqidlərə məruz qaldı. Ancaq N.Paşinyanın Azərbaycan prezidentinin fikirlərini təkzib etməsi Günəşi danması kimi bir şey olardı. Ona görə də erməni hakimiyyətin gücü olsa-olsa, həyasızlıq nümayiş etdirməyə, ara-sıra Şuşaya, Xankəndinə səfər edib buradan hədyanlar söyləməyə, bununla da Azərbaycanı qıcıqlandırmağa çatır. Amma Azərbaycan Ali Baş Komandanının təmas xəttindən səsləndirdiyi bəyanatlar düşmən üçün ciddi xəbərdarlıq olmalıdır. Prezidentin mühüm Qarabağ bəyanatları həm də təmas xəttindən hədəfə sərrast atəş sayılmalıdır. Reallığa, tarixi faktlara əsaslanan arqumentləri təkzib üçün imkan yoxdur, bunu işğalçı yaxşı anlayır. Bundan öncə Müdafiə Nazirliyinin kəskin savaş xəbərdarlığı, ordu generallarının cəbhə xəttinə səfərləri və nəhayət, Prezidentin son bəyanatları savaşın an məsələsi olduğu qənaətinə gəlməyə əsas verir. //musavat.com//
Paylaş:
Müəllif : Yazar
Tarix:5-06-2020, 09:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-06-2020, 09:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29