Ağdam batalyonları Surəti dəstəkləyib? - “Hərbi Birliyi separatçı hesab etmək olar”
Azərbaycanın sabiq baş naziri, qiyamçı polkovnik son müsahibəsinə bir sıra iddialarla çıxış edib.
Surət Hüseynov deyib ki, 1992-ci ildə Ağdamda 52 batalyon komandirin imzası ilə Hərbi Birlik yaranıb.
O, Ağdamda “Ala Yaqub” kimi tanınan batalyon komandiri Yaqub Rzayevin də birlikdə təmsil olunduğunu deyib.
“Könüllülərdən ibarət batalyonlar Hərbi Birlik yaratdı. Bu quruma 52 batalyon komandiri daxil idi. Bu birlik 1992-ci ilin mayın 5-də Ağdamda Yaqub Rzayevin batalyonunun 4-cü postunda yardılıb”, - Surət Hüseynov belə deyib.
“O qurumu separatçı hesab etmək olar”
Maraqlıdır, həmin qurum qanuni idimi?
Araşdırmaçı jurnalist Asəf Quliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, Əbülfəz Elçibəyin hakimiyyətə gəlişindən sonra dövlətin qanuni icazəsindən kənarda yaradılan birlikləri separatçı hesab etmək olar:
“Məsələ burasındadır ki, Surət Hüseynov ilk günlərdən könüllü batalyonlara köməkliklər göstərirdi. 1992-ci ildə müxtəlif siyasi kataklizmlər oldu. Bu ilin fevral ayının 27-nə, yəni Xocalı hadisələrinə qədər situasiya tamam fərqli idi. Hətta deyərdim ki, 1992-ci ilin yanvarına, yəni Daşaltı əməliyyatına qədər vəziyyət başqa cür idi. Daşaltı əməliyyatından Xocalı hadisəsinə, soyqırımdan Ayaz Mütəllibovun istefasına qədər vəziyyət yenə tamam fərqli idi. Ayaz Mütəllibovun istefasından 15 maya qədər də vəziyyət bir başqa idi. Yəni bunlar hamısı fərqli situasiyalardır. O tarixlərdə də nəyin necə imzalanması fərqli anlam verir. Söhbət 1992-ci ildə Cəbhə hakimiyyətə gələndən, yəni Əbülfəz Elçibəy prezident seçiləndən sonrakı tarixdən gedirsə, o zaman artıq separatçılıqdan, bölücülükdən danışmaq olar. Amma Surət Hüseynovun dediyi vaxt yaranan birlik sadəcə vətənin müdafiəsinə qalxanların birliyi idi”.
“Bu məsələlərə birmənalı qiymət vermək olmur”
Asəf Quliyev hesab edir ki, dövr qarışıq olduğundan, batalyonlar könülül yarandığından onların hərəkətlərinə verilən qiymət də bəzən ziddiyyətli görünür:
“Əvvəla, orada məşhur 19-cu post olub. Həmin post Qarağacı qəbiristanlığından Əsgəran istiqamətində gedən yolun üstündəydi. Orada ermənilərlə görüşlər, danışıqlar olurdu, vasitəçilər gələndə ordan keçib gedirdilər. May ayında batalyon komandiri nəyisə qərara alıbsa, bu qanunsuz ola bilməz. Ümumiyyətlə, o zaman qanuni nə var idi ki, hərbi birlik də qanunsuz ola? Bu məsələlərə birmənalı qiymət vermək olmur. Gərək hər kəsi dinləyib nəticədə qərar verəsən. Onda belə deyək, əgər 52 batayon komandirinin imzasıyla yaradılmış hərbi birlik qanunsuz idisə, yaranmış könüllü özünümüdafiə batalyonları qanuni idi? Onlara həmin qanuni hüququ kim vermişdi? Allahverdi Bağırovun, Asif Məhərrəmovun və digərlərinin yaratdığı könüllü özünümüdafiə batalyonları vardı. Bunlar məgər qanuni hərbi hissələr idi? Könüllü insanlar idi. Yığışıb torpaqlarını müdafiə edirdilər. Bu məsələlərə soyuq başla münasibət bildirmək lazımdır. Könüllü özünümüdafiə batalyonları birləşə də bilər, dağıla da. Yəni o zaman yaradılan batalyonlar özünümüdafiə məqsədi daşıyırdı. Durub onları qanuni və ya qanunsuz adlandırmaq doğru olmaz. Yəni Daşaltı əməliyyatına qədər yaradılan birliklər könüllü özünümüdafiə batalyonları idi. Əbülfəz Elçibəy qanuni prezident seçiləndən sonra 12 iyunda irimiqyaslı hücum əməliyyatları başladı. Bundan sonra kiminsə haradasa birlik yaratması separatçılıq hesab oluna bilərdi ki, uğurlu döyüş əməliyyatları gedən zaman kimsə durub könüllü birlik yaradıb. Bu başqa məsələdi. Amma Əbülfəz Elçibəy prezident seçilənə qədər siyasi pərakəndəlik vardı və könüllü birliklərin yaradılması normal idi. Lakin Əbülfəz Elçibəy prezident seçildikdən sonra yaradılan birlikləri, atılan əks addımları pozuculuq, separatçılıq, siyasi sabotaj kimi qəbul etmək olar”.
“Ağdam batalyonları Surəti dəstəkləmirdi”
Araşdrımaçı jurnalist “Ala Yaqub”un Surətin tərəfində olması ilə bağlı deyilənləri də doğru saymayıb:
“Yaqub Rzayevin batalyonu və ya Ağdam batalyonları Surət Hüseynovu dəstəkləyib komandan seçmirdi. Hər kəs eyni məfkurə uğrunda döyüşürdü. Hər kəs öz komandasına rəhbərlik edirdi. Bəlkə də vahid liderin olmaması böyük səhv oldu”.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-07-2020, 12:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-07-2020, 12:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16