Ərdoğandan “at gedişi”: - Görünən və görünməyən hədəflər
Azərbaycanın qərb bölgəsində, düşmən təxribatı nəticəsində döyüşlər gedərkən, qardaş Türkiyə ətrafında isə Aya Sofya abidəsinin məscidə çevrilməsindən dolayı gərginlik yaşanır. İyulun 10-da məhkəmə qərarı ilə məscid statusu bərpa edilən tarixi abidə ilə bağlı xarici dövlətlər, xüsusən də xristian dünyasından reaksiyalar gəlməkdədir. Provaslavlar Aya Sofyanın məscid edilməsinə kəskin münasibət bildirirlər. Türkiyəni, xüsusən də Aya Sofyanın statusunun dəyişdirilməsi ilə bağlı göstəriş verən Prezident Rəcəb Tayyib Ərdoğanı tənqid edənlərin sayı, təqdir edənlərdən çoxdur. Dünya xristianları hesab edirlər ki, bu, dinə qarşı hörmətsizlik olmaqla yanaşı, kilsələrə hücum anlamını verir. Müsəlmanlar isə Türkiyənin addımını təbii olaraq, dəstəkləyirlər.
Qeyd edək ki, 1453-cü ildə Osmanlı sultanı Fateh Mehmet tərəfindən İstanbulun fəth edilməsi və Şərqi Roma (Bizans) imperiyasının süqutu ilə, kilsə olaraq fəaliyyət göstərən Aya Sofya məscidə çevrilib. 1934-cü ildə isə Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün qərarından sonra Aya Sofya muzey kimi fəaliyyətini davam etdirib.
Türkiyə rəhbərliyi 1934-cü ildə verilən qərarı niyə dəyişdi? Ərdoğanın niyyəti nədir?
Siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev AYNA-ya deyib ki, həm 1935-ci ildə, həm də 2020-ci ildə verilən qərarlar Türkiyənin daxili məsələsidir: “Abidə Türkiyənin ərazisindədirsə, onun tarixiliyinə toxunmadan statusu ilə bağlı qərar verə bilər. Burada qeyri-adi heç nə yoxdur”.
Ekspert burada Türkiyənin milli maraqlarının da, Ərdoğanın şəxsi maraqlarının da olduğunu deyib: “Ərdoğan çox uzaqgörən siyasətçidir. Qarşıda seçkilər var. Həmçinin, Türkiyənin başqa dövlətlərlə müqayisədə mənfi imici olan məsələlər var ki, onlardan biri də məscidlərin çoxluğudur. Türkiyə dünyada ən çox məscid olan dövlətdir - 80 min məscid var. Elə kəndləri var ki, orada 2-3 məscid var, amma bir dənə də məktəb yoxdur. Əslində Türkiyə sürətlə dini xurafata meyllənir. Burada da təbii ki, Ərdoğan maraqlı tərəfdir”.
“Türkiyədə Atatürkə böyük sevgi var. İndi Ərdoğan iqtidarı bu sevgini azaltmaq, Atatürkü unutdurmaq xətti götürüb. Bu gün nazirlərin otaqlarında, dövlət binalarında Atatürklə bərabər Ərdoğanın da şəkilləri asılır. Bu, xırda məsələ kimi görünsə də, heç də xırda deyil. Məqsəd odur ki, Atatürk çıxarılsın, təkcə Ərdoğan qalsın. Bu, başqa məsələdir. Aya Sofyanın muzeydən məscidə çevrilməsinin səbəblərindən biri də budur. Çünki vaxtilə Atatürkün qərarı ilə Aya Sofya məscid statusunu itirib, muzeyə çevrilib. Ərdoğan indi xalqa mesaj verir ki, “baxın, sizin dininizi qoruyuram, dini kimliyinizi özünüzə qaytarıram”. Yəni səbəblər arasında bu da var”, - Nuriyev vurğulayıb.
Politoloqun qənaətincə, Ərdoğan bir tərəfdən də nümayiş etdirmək istəyir ki, Türkiyə sərbəst və güclü dövlətdir, heç kəsdən qorxmur, çəkinmir: “Bununla yanaşı, hesab edirəm ki, Ərdoğan dünyanı siyasi sınaqdan da çıxardı. Bu, bir növ yoxlanış idi. Hesab edirəm ki, Türkiyə Prezidenti siyasi cəhətdən qələbəsini qazanmış oldu. Türkiyə hökumətini Aya Sofya məsələsində ittiham edən qüvvələr digər məsələlərə də baxsınlar. Necə olur ki, İspaniyada 600 illik tarixi olan ən böyük məscidi kilsə edə bilirlər, Türkiyə əvvəldən məscid olmuş muzeyin statusunu qaytara bilmir?! O zaman Avropa harada idi, məsələlərə niyə qoşulmadı? Bu günə qədər də İspaniyada çoxlu məscidlər kilsəyə çevrilib. Bu gün elə Rusiyanın özündə də qədim məscidlər kilsəyə çevrilib. Bəs buna niyə göz yumurlar?”.
Siyasi şərhçi hesab edir ki, Avropa dövlətlərinin Türkiyəyə qarşı ittihamları əsassızdır: “Sovet vaxtı bu qədər məscidləri provoslavlar dağıdanda, niyə səs çıxmırdı ki, Allahın evini dağıtmaq olmaz? Lap uzağa getməyək, müasir dövrdə xristianlar hansı hoqqalardan çıxmırlar?! Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər məscidləri dağıtdılar, tövləyə çevirdilər. Bir Şuşada məscid qalıb, bir də Ağdamda. Ağdamdakı məsciddə də donuz saxlayırlar. Bəs həmin beynəlxalq təşkilatlar harda idi? Etiraz edən ABŞ, Rusiya və Avropa ölkələri öz gözlərində tiri görmür, başqa gözlərdə tük axtarır”.
REAL Partiyasının funksioneri, deputat Erkin Qədirli isə AYNA-ya açıqlamasında sözügedən mövzunu bir neçə aspektdən dəyərləndirib: “Kimisi bunda dini mövqelərin gücləndirilməsini, kimisi populist addımın atılmasını, kimisi də gələcək seçkilərə yönəlmiş gedişi görə bilər. Ancaq mənə elə gəlir ki, Ərdoğan daha dərin düşünür və daha uzağa baxır. Hər zaman olduğu kimi, burada da konteksti anlamaq gərəkdir. Bunun üçün İsrailin gedişlərinə baxmaq lazımdır”.
Onun sözlərinə görə, İsrail İordan çayının qərb sahilini 1967-ci ildə işğal edib və bu günə qədər oranı, beynəlxalq hüquqa zidd olaraq, işğal altında saxlayır: “İndi İsrail işğal etdiyi o yerlərin bir hissəsini, təxminən 30 faizini rəsmən öz ərazisi elan etməyə hazırlaşır. Əvəzində, İsrail Fələstin dövlətini tanıyacağını bildirir. Sadəcə, Qüds tamamən İsraildə qalacaq. Əslində, bu yay onu etməli idilər, araya koronavirus pandemiyası girdi. Ayrıca, Trampın bəyanatını gözləyirlər. İsraildə hesab edirlər ki, bunu ABŞ-dakı seçkilərə qədər etmək lazımdır, çünki seçkilərdə Demokratlar Partiyasının namizədi qalib gələrsə, anneksiya alınmaya bilər. Odur ki, İsraildə Trampa ümidlər böyükdür. Tramp da ABŞ yəhudilərinin səsini və dəstəyini qazanmaq istəyir. Ona görə də ilk addım olaraq, ABŞ səfirliyini Qüdsə köçürdü, Qüdsü İsrailin paytaxtı kimi tanıdı. İordan çayının qərb sahilinin bir hissəsinin İsrail ərazisi olduğunu rəsmən elan etmək üçün Trampın açıq dəstəyinin böyük rolu ola bilər”.
“Tramp tələsmir, İsrail isə gözləyə bilmir. Ərdoğan da bunları bilir və öz oynunu qurur. Ərdoğan, onun gördüyü işlərə münasibətimizdən asılı olmayaraq, çox güclü siyasi oyunçudur. Odur ki, onun gedişlərinə ciddi yanaşmaq gərəkdir. Ərdoğan anlayır ki, ABŞ İsraili bu məsələdə açıq dəstəkləsə, Qüdsdəki Əl-Əqsa məscidi əldən getmiş olacaq. Ona görə də, Ərdoğan hadisələri qabaqlamağa çalışır, Aya Sofyanı məscidə çevirir. Türkiyə Prezidentinin bu gedişini, məncə, bu kontekstdə anlamaq olur. Muzey-məscid, dünyəvi-dini və s. kontekstlər burada anlamsızdır. Ərdoğanın Aya Sofya ilə bağlı daha öncə söylədiklərini yada salmağın, onun öncə söylədikləri ilə indi etdikləri arasında ziddiyyətin olduğunu göstərməyin də bir anlamı yoxdur”, - Qədirli əlavə edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-07-2020, 15:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-07-2020, 15:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16