“QARABAĞDAKI 3 OBYEKTƏ ZƏRBƏ ENDİRMƏLİYİK” – “Əvvəlcədən xəbərdarlıq edib, 48 saat vaxt verməliyik”
“Azərbaycan və Ermənistanı bir araya gətirmək, məncə, daha çox cəbhədə baş verənlərin hansı nəticəyə doğru gedəcəyindən asılıdır. Fikrimcə, cəbhədə uğurlu mövqe ermənilərin əlində olduğu halda bizi heç kim barışdırmağa çalışmayacaq. Uğurlu mövqe bizdə olduqda belə missiyaların sayı çoxalacaq. O da aydındır ki, barışdırıcı missiya rolunda daha çox Rusiya çıxış edir. Beynəlxalq təşkilatlar təbii ki, “atəşkəs edin” deyəcəklər”.
Bu fikirləri “AzPolitika.info”-ya açıqlamasında politoloq Fərhad Mehdiyev Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində Ermənistan ordusunun hücumlarını davam etdirməsini şərh edərkən deyib.
Politoloq təklif edir ki, Azərbaycan Silahlı Qüvvələri təxirə salmadan Azərbaycanın işğal edilən ərazilərindəki üç obyektə zərbə endirsin: “Birincisi, Xocalıda yerləşən hava limanıdır. Hesab edirəm ki, Azərbaycan ordusu Xocalıdakı hava limanını yararsız hala salmalıdır. Nəzərə almaq lazımdır ki, indi bizim əlimizdə bunu etmək üçün imkan və bəhanə var. Naviqasiya qülləsi və digər cihazlar məhv edilməlidir. Çünki ermənilər bu hava limanına təyyarə xətti açmaq istəyir. Biz də düşünürük ki, müharibə çıxarmadan bunun qarşısını necə alaq? Hətta Beynəlxalq Aviasiya Təşkilatına yazırıq ki, həmin hava limanı bizim ərazimizdir, siz ora maliyyə ayıra bilmərsiniz, ora beynəlxalq uçuşlar olmamalıdır və s. Amma Ermənistan öz ərazisindən Xocalı hava limanına uçuşlar həyata keçirir. Ən azı helikopter uçuşları var. Məsələ budur ki, biz nə vaxtsa Dağlıq Qarabağ ərazisində hərbi əməliyyatlara başlamaq istəsək, birinci vəzifəmiz Ermənistanla Dağlıq Qarabağ arasındakı nəqliyyat vsitəsini kəsmək olmalıdır. Məsələn, Laçın dəhlizini yararsız hala salmaq. Amma biz hava limanını da vurmalı olacağıq. İndi əlimizdə fürsət və bəhanə var ki, Xocalı hava limanını yararsız hala salaq.
İkincisi, Ermənistanla Dağlıq Qarabağı birləşdirən kommunikasiya xəttlərindən elektrik xətti və avtomobil yolları dağıdılmalıdır. Beynəlxalq konvensiya deyir ki, mülki əhalinin yaşaması üçün zəruri olan vasitələr sıradan çıxarıla bilməz. Bu, ancaq su ilə əlaqədardır. Su istisna olmaqla, insanlar işıqsız yaşaya bilərlər. Sözsüz ki, elektrik xətti ilə yanaşı avtomobil yolları da yararsız hala gətirilməlidir.
Üçüncüsü, bizim işğal edilən ərazilərimizin bəzi hissələrində ermənilər məskunlaşıb və yaşayış massivləri yaradıblar. Öncədən xəbərdarlıq etmək şərti ilə bu yaşayış məntəqələrinin bəzilərinə zərbə endirmək lazımdır. Çünki onların başqa bir dövlətin işğal edilən ərazilərində məskunlaşması qanunsuzdur. Bu, beynəlxalq konvensiyaya da ziddir. Konvensiyaya görə, heç bir dövlət işğal etdiyi əraziyə öz mülki əhalisini yerləşdirməməlidir. Biz 48 saat vaxt verib, sonra bəzi nöqtlərə zərbə endirə bilərik. Bir sözlə, nəticə olaraq emənilər bu ərazilədə məskunlaşmaqdan qorxmalıdırlar. Son illər onlar Suriyadan və digər yerlərdən erməniləri gətirib bu ərazilərdə yerləşdirirlər. Erməni də bu halda deyəcək ki, yox, mən orada niyə yerləşirəm. Onsuz da hansısa məqamda oranı bir də vuracaqlar”.
Fərhad Mehdiyev qeyd edib ki, bu məqamda Dağlıq Qarabağ ərazisinə zərbələr endirməliyik: “Sual edilə bilər ki, niyə Azərbaycan zərbələr endirməlidir? İnanıram ki, Dağlıq Qarabağ ərazisinə hərbi zərbələr endirsək, Dağlıq Qarabağda yaşayan ermənilər anlayacaqlar ki, Azərbaycanla razılaşmadan bu ərazidə dinc yaşaya bilməyəcəklər. Onlara bunu daima hiss etdirmək lazımdır. Onun üçün indi ən yaxşı məqamdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-07-2020, 09:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-07-2020, 09:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50