reklam
Regionxeberlericom.az » Siyasət » Azərbaycandan investiya cəlb edir, Ermənistana silah verir... - Deputat deyir ki, həmin ölkəni...

reklam

Azərbaycandan investiya cəlb edir, Ermənistana silah verir... - Deputat deyir ki, həmin ölkəni...


“Serbiya Ermənistana mina satıb. Bizdən fərqli olaraq ermənilərin silah-sursatı 15 günlük müharibəyə çatmır. Serbiyadan silah almaq istəyiblər, onlar da satıb. Vaxtı ilə Sloveniya da Ermənistana təyyarə satmışdı. Biz imkanlarımızdan istifadə edərək Serbiyanın üstünə bozarmalıyıq”.

Bu fikirləri Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Serbiyanın Ermənistana silah satması haqqında məlumatları şərh edərkən deyib.

Deputat bildirib ki, Azərbaycan Serbiyaya yardım edir: “Bizim investisiya hesabına orada yol inşa edilir. Onlar isə Azərbaycan torpaqlarını işğal edən Ermənistana münaqişə yenidən qızışan vaxtda silah satırsa, sözsüz ki, bu, münasibətlərimizə təsir göstərməlidir. Bizim Serbiyadan hər hansı asılılığımız yoxdur”.

R. Musabəyov Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkilinin Xarici İşlər Nazirliyinə dəvət edilərək ona rəsmi etiraz bildirilməsi və izahat tələb edilməsinin yerində atılan addım olduğunu deyib. Qeyd edib ki, rəsmi Belqrad baş verənlərin mahiyyətinə varmalıdır:

“Bir daha deyirəm, bizim imkanımız var ki, onların üzünə bozaraq. Serbiyanın bizə olan ehtiyacı, bizim Serbiyaya olan ehtiyacımızdan qat-qat çoxdur. Nəzərə almaq lazımdır ki, bu gün Avropada təklənən və izolyasiyada olan Azərbaycan deyil, Serbiyadır. Üstəlik, bizim resurslarımız var və Sebriyadan asılılığımız yoxdur”.

Deputat xatırladıb ki, Serbiya Azərbaycan qazını almaq üçün növbəyə durub:

“Biz Serbiyanı rədd edə bilərik. Azərbaycana qarşı belə səhv etdikləri üçün düşünər, özləri üçün müəyyən edərlər ki, ermənidən qəpik-quruş qazanc götürmək yaxşıdır, yoxsa Azərbaycandan investisiya cəlb etmək, qaz və s. mallar almaq. Əks-təqdirdə onlar çox şey itirə bilərlər”.


Paylaş:


Müəllif : Tarix:
21-07-2020, 10:22
Sikayət   


loading...
Загрузка...